Məhkəmə qərarları › İş №2(044)-375/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-375/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-375/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tapşırıq müqaviləsi əsasında verilmiş pulun cavabdehdən alınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir, o, “ORATOR CONSULTİNQ” hüquq firmasının rəhbəri Cavabdeh ilə 2017-ci il tarixdə tapşırıq müqaviləsi bağlamışdır. Cavabdeh hüquqi xidmət göstərmək müqabilində ondan istədiyi 1465 manat məbləğində pulun 1000 manatını o, 25.12.2017-ci il tarixdə "xxxx" ASC vasitəsi ilə, qalan 465 manatı isə müxtəlif vaxtlarda şəxsən cavabdehin özünə vermiş və sonuncuya işlərini aparmaq üçün 22.11.2017-ci il tarixli etibanamə vermişdir. Tapşırıq müqavilsiənin məzmunu ondan ibarət olmuşdur ki, Cavabdeh onun adından “Yunayted Kredit Bank”a qarşı pulunun qaytarılması üçün Bakı 1 İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıracaq və Ali Məhkəməyə kassasiya şikayəti tərtib edəcəkdir. Lakin Cavabdeh götürdüyü öhdəliyin heç birinə əməl etməmişdir. O, işlərinin görülmədiyini və həmin şəxsin lazımi keyfiyyətdə hüquqi xidmət göstərə bilmədiyini başa düşüb cavabdehdən pulunu geri istədikdə sonuncu müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Cavabdehdən götürdüyü öhdəlikləri niyə yerinə yetirmədiyini soruşanda sonuncu götürdüyü öhdəlikləri yerinə yetirdiyini bildirmişdir. Sonda o, məcbur qalıb Bakı 1 və 2 saylı İnzibati-İqtisadi Məhkəmələrinə sorğu (ərizə) göndərmiş və həmin məhkəmələrdən ona cavab gəlmişdir ki, həmin məhkəmələrdə onun iddiasına dair məhkəmənin icraatında iş olmamışdır. Bundan başqa Cavabdeh ilə oxşar münasibətlər X5 ilə də yaşanmış və Cavabdeh əməlinə mülki qaydada hüquqi qiymət verilmişdir. O, Cavabdeh sözügedən məbləği qaytarmağı dayanmadan tələb etdikdə, sonuncunun atası Həsənov Saləddin pulu özünün ödəyəcəyini bildirərək 465 manat məbləğində pulu qaytarmış, qalan məbləği isə evilərini sataraq ödəyəcəyinə söz versə də, 11.11.2021-ci il tarixdə Saləddin Həsənov vəfat etmiş və o, məcbur olub pulun alınması üçün hazırki iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 22.11.2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı X1 31.12.2017ci il tarixədək bütün məhkəmə instansiyalarında və digər orqanlarda bütün hərəkətləri və hüquqlarının müdafiə edilməsini etibar etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 25.12.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 1000 manat pulu Cavabdeh hesabına ödəmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 13.02.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı 12.02.2019-cu il tarixli sorğusuna cavab olaraq 2011-ci ildən-2019-cu ilin fevral ayınadək olan dövr ərzində 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində iddiaçı və cavabdeh qismində İddiaçı barəsində iddia ərizəsi daxil olmadığı bildirilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 13.02.2019-cu il tarixli məktubun surətindən görünür ki, 2017-2018-ci illər ərzində İddiaçı iddiaçı və cavabdeh qismində iştirak etdiyi hər hansı bir iş məhkəmənin icraatında olmamışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28.10.2020-ci il tarixli, 2(044)- 718/2020 saylı qiyabi qətnamənin surətində görünür ki, iddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilmiş, Cavabdeh 2000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Çünki iddiaçı cavabdehə 1000 manat xidmət haqqı ödəsə də, cavabdeh ona verilən tapşırığı vicdanlı şəkildə icra etməmiş, nəticədə iddiaçıya zərər dəymiş və bu zərər üçün cavabdeh məsuliyyət daşıyır. Buna görə də iddiaçının cavabdehdən dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. - 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. - 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. - 779.2-ci maddəsinə əsasən vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. - 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 1000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar