Məhkəmə qərarları › İş №2(044)-377/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-377/2022

18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-377/2022 18.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2015-ci ilin mart ayında qonşusu Zenfira ona Cavabdeh torpaq sahəsi satıldığını, içərisində tikintisinin olduğunu bildirmiş, almaq istəyirsə gəlib baxmasını təklif etmişdir. O, Elşənin xalası Solmaz gilə getmiş, həmin vaxt Cavabdeh da orada olmuş və Cavabdeh ona torpağı satmasını bildirmişdir. Onlar cavabdehlə birlikdə gedərək torpaq sahəsinə baxış keçirmişlər, cavabdeh ona torpaq sahəsinin iki sot olmasını bildirmiş və həmin torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüş tikinti onun torpaq sahəsi ilə bağlı ölçünü müəyyən etməkdə aldatmışdır. O, torpağa baxarkən cavabdeh ona torpaq sahələrinin onun olmasının bildirmişdir. Həmin gün onlar cavabdehlətorpaq sahəsinin qiymətini 3500 manata razılaşmışlar. Növbəti gün onlar cavabdehlə görüşüb torpaq sahəsinin qiymətindən 2000 manatını Zülfiyyənin yanında Elşənə vermiş, iki gündən sonra cavabdeh onun yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 184 ünvana gələrək Zülfiyyənin yanında ondan 1500 manat pulu da götürmüşdür. Bundan sonra o, torpaq sahəsini sənədləşdirmək istəyərkən məlum olmuş ki, Cavabdeh ona saxta sənədlər əsasında torpaq sahəsinio satlışdır. Bununla bağlı o, Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə müraciət etmiş və Polis İdarəsində onun şikayətinə baxılarkən Cavabdeh izahatında ondan guya 2500 manat almasını göstərmişdir. Əslində isə torpaq sahəsinin sənədləşdirilməsi mümkün olmadığından və torpağa dair sənədlər saxta olduğundan o, cavabde4hə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 15.11.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. 19.03.2015-ci il tarixdə Cavabdeh tərəfindən yazılmiş ərizədən görünür ki, Gəncə- Çay stansiyasında adına olan iki sot torpaq sahəsini yaxın tanışı olan İddiaçı bağışlamasına ailə üzvlərinin heç bir etirazı yoxdur. X1 stansiyası tərəfindən verilmiş çıxarışdan görünür ki, 25.12.2002-ci il tarixli 20 saylı protokola əsasən Gəncə-Çay ərazisində bağçılıq üçün birliyin üzvü İddiaçı 2 (iki) sot torpaq sahəsi bağ evi üçün ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 3500 (üç min beş yüz) manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 3500 (üç min beş yüz) manat tutularaq, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat tutularaq, İddiaçı verilsin. İş üzrə ödənilmiş 66.00 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar