Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3799/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zaynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4400 (dörd min dörd yüz) manat məbləğində əsas borcu və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 06.01.2020-ci il tarixli 0350 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə hər ay 100 manat ödəmək şərti ilə LG markalı 1 ədəd televizor almış, həmin malın dəyərindən cavabdeh 200 manat ödəniş edilmiş, 1000 (min) manat pul ödənilməmiş qalmışdir. Bundan başqa 07.02.2020-ci il tarixdə 0352 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə hər ay 200 manat ödəmək şərti ilə LG markalı 1 ədəd soyuducu almış, həmin malın dəyərindən 200 manat ödəniş edilmiş, 2200 manat pulu ödənilməmiş qalmışdır. Bundan başqa 07.03.2020-ci il tarixli 0355 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə, hər ay 100 manat ödəmək şərti ilə LG markalı 1 ədəd paltaryuyan almışdır. Cavabdeh üçüncü məhsul kreditdən ümumiyyətlə heç bir ödəniş etməmişdir. Bununlada cavabdehin "xxxx" MMC-nə borcu 0350 saylı kredit müqaviləsi üzrə 1000 manat, 0352 saylı kredit müqaviləsi üzrə 2200 manat, 0355 saylı kredit müqaviləsi üzrə isə 1200 manat, ümumilikdə 4400 (dörd min dörd yüz) manat təşkil edir. Cavabdehə borcunu ödəməklə bağlı sifarişli məktub göndərilməsinə baxmayaraq cavabdeh yenə də heç bir ödəniş etməmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edti. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 06.10.2020-ci il tarixli 0350 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən ilə Cavabdeh 1 ədəd LG televizor satılmışdır. 07.02.2020-ci il tarixli 0352 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən ilə Cavabdeh 1 ədəd LG soyuducu satılmışdır. 07.03.2020-ci il tarixli 0355 saylı müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən ilə Cavabdeh 1 ədəd LG paltaryuyan satılmışdır. 07.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh oğlunun "xxxx" MMC-nə 0350 saylı, 0352 saylı və 0355 saylı müqavilələr üzrə 4400 (dörd min dörd yüz) manat məbləğində borcu vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin borcun gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 635 manat məbləğində borc hissəsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4400 (dörd min dörd yüz) manat və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu tutularaq, "xxxx" MMC -nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4400 (dörd min dörd yüz) manat və ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" MMC-nə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3799/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-3799/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver