Məhkəmə qərarları › İş №2(044)-383/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-383/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-383/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair ərizə ilə məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarına xitam verilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə və qeydiyyatdan çıxarılmalarına dair müstəqil qərardad qəbul edilməsini, digər Cavabdeh2 qarşı isə hərbi xidmətdən qayıdana kimi iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” tələbinə dair 2(044)-383/2021 nömrəli mülki işdən İddiaçı Cavabdeh2 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbinə dair mülki iş ayrıca icraata ayrılmışdır. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia tələbinin yaşayış evində pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh Cavabdeh3 onun bacısıdır. Bacısı ərə gedəndən sonra əri Cavabdeh1 və oğlu Cavabdeh2 ilə 1998-ci ildə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Lakin, uzun müddətdir ki, onlar Sumqayıtda yaşayırlar və özlərinin şəxsi evləri var. O, cavabdehlərin qeydiyyatdan çıxarılması üçün Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona qeydiyyatdan çıxarılmanın yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsinin mümkün olduğu bildirilmişdir. Hazırda iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda olmaları onun bir mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüquqlarına xitam verilməsinə və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, İddiaçı onun əridir. Həqiqətən də cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mülkdə pasport qeydiyyatında olmalarına baxmayaraq 1998-ci il tarixdən həmin ünvanda yaşamırlar. İş materiallarında olan Ərazi üçlüyü tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yaşamırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli ******* saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 saylı ünvanda həqiqətən də qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş qeydiyyat vərəqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, sərəncam hüququ dedikdə-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı kimi başa düşülür. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir- “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. X3 haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı xüsusi mülkiyyətində olmaqla, mülkiyyətində olan əmlakdan istifadə etmək hüququ dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı ailə üzvü hesab edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli mənzil üzərində qanundan və ya müqavilədən irəli gələn hər hansı bir hüququnun olması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdehlərin mülkiyyətçinin iradəsinə zidd olaraq mübahisəli mənzildə qeydiyyatda qalması sonuncunun öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırmaqla, onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion hüquqlarını kobud şəkildə pozur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus olan ünvan 1 ünvanına dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 İddiaçı məxsus olan ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar