Məhkəmə qərarları › İş №2(044)-387/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-387/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-387/2022 10.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mağazadan “Nisiyə alqı-satqı” müqaviləsi əsasında götürdükləri ümumi dəyəri 2496 (iki min dörd yüz doxsan altı) manatlıq məişət avadanlıqlarından ödənilmiş qalan 900 (doqquz yüz) manatın (yəni 12.06.2020-ci il tarixli qrafiq üzrə 480 manatın və 01.08.2020-ci il tarixli qrafiq üzrə ödənilməmiş qalan 420 manatın), dəbbə pulu 100 (yüz) manat və məhkəmə xərci olan 30 (otuz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ona məxsus olan Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” (Xəmsə Elektroniks) mebel mağazasında mebel və digər avadanlıqların satışı ilə məşğul olur, sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN-də Vergi İdarəsi tərəfindən ona verilmişdir. Mağaza malların satışını həm nağd, həm də kredit yolu ilə həyata keçirir. 12.06.2020-ci il tarixdə Cavabdeh1 mağazadan dəyəri 660 manat olan “Acer” markalı soyuducu və dəyəri 852 manat olan 7 kq.lıq ”Vesder” markalı paltaryuyan maşınını 12 ay müddətinə “Nisiyə” alqısatqı müqaviləsinə əsasən almış və həmin əşyaların alınmasında iddiaçı ilə arasında bağlanmış “Nisiyə” alqı-satqı müqaviləsinin təmini kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 ümumilikdə mağazadan 2496 manat dəyərində mal götürmüş və cavabdeh ilk vaxtlar qrafik üzrə ödənişləır etmiş, lakin sonradan ödənişlər etməmiş, müqavilənin şərtlərinə əməl edilməmiş, nəticədə mağazaya 900 manat məbləğində borcu yaranmışdır. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamışdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul edərək, bildirdi ki, o, Gəncə şəhəri, Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mebel mağazasından dəyəri 660 manat olan “Acer” markalı soyuducu və dəyəri 852 manat olan 7 kq.”Vesder” markalı paltaryuyan maşınını 12 ay müddətinə “Nisiyə” alqı-satqı müqaviləsi əsasında almış və həmin əşyaların alınmasında iddiaçı ilə arasında bağlanmış “Nisiyə” alqı-satqı müqaviləsinin təmini kimi iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk vaxtlar ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, 12.06.2020-ci il tarixli 113 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış nisyə alqı-satqı müqvailəsinə əsasən Cavabdeh1 dəyəri 660 manat olan “Acer” markalı soyuducu və dəyəri 852 manat olan 7 kq.lıq ”Vesder” markalı paltaryuyan maşını “Nisiyə” alqı-satqı müqaviləsinə əsasən almış və Cavabdeh2 arasında 01.08.2020-ci il tarixdə 115 saylı zaminlik müqaviləsi bağlanmışdır (12.06.2020-ci il tarixli qrafik üzrə 480 manat və 01.08.2020-ci il tarixli qrafik üzrə 420 manat). 16.09.1998-ci il tarixli, 023619 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. 16.11.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mağazaya olan borcun ödənilməsi üçün 10 gün vaxy verilmiş və əks halda bu barədə tərəflərindən məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 900 (doqquz yüz) manat məbləğində pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə cavabdehlər risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən 900 (12.06.2020-ci il tarixli qrafik üzrə 480 manat və 01.08.2020-ci il tarixli qrafik üzrə 420 manat) manat, cərimə 10 manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 900 manat, cərimə 10 manat və ödənilmiş 30 manat dövlət alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar