Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-393/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 (qırx altı min) ABŞ dolları əsas borcun, əsas borcdan hesablanmaqla hesablanmaqla yarım illik 5 (beş) faiz olmaqla 2300 (iki min üç yüz) ABŞ dolları faizin, cəmi 483000 (qırx səkkiz min üç yüz) ABŞ dolları pulun (və ya ödənildiyi günə Azərbaycan manatına məzənnəsi ilə), hər ay üçün nəzərdə tutulan 3000 (üç min manat) gəlir hesablanmaqla 21000 (iyirmi bir min) manat zərərin, əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumu pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Cavabdeh1 2015-ci ildən tanıyır və Cavabdeh1 2018-ci ilin yayında onun obyektini arendaya götürmüş, dollar alqı-satqısı ilə məşğul olur. O, həmin vaxt uşağının müalicəsi ilə əlaqədar Türkiyədə olmuş və həmin ilin axırında Gəncəyə gələndə Vüsal ona təklif etmiş ki, dollar alveri çox yaxşı gedir, telefon alveri əladır, malları Tibilisidən gətirir, yaxınlıqdakı lombarddan xeyli pul götürüb onlara xeyir verir. Cavabdeh ona təklif etmiş ki, “əgər imkanın varsa mənə pul ver, mən qazanım, xeyiri də sənə verim”. Guya ki, hər telefonun birindən 50-100 manat qalır. O, Cavabdeh1 19000 (on doqquz min) ABŞ dolları vermiş, Cavabdeh1 isə ona hər ay 750 manat verəcəyinə vəd vermiş, özü isə guya ayda 1500 (min beş yüz) ABŞ dolları qazanacaqdır. O, Türkiyədən qayıdana kimi və ondan sonrakı müddət ərzində həmin pulu Vüsala vermiş, qısa müddətdə o işlə məşğul olmuş, sonra biznesi dayandıraraq Vüsal ilə hesablaşmışdır. 2019-cu ilin sentyabr ayında Vüsal ona velosiped və kolyaska satışında yaxşı pul olmasını, guya onun şəriki olan Cavabdeh2 yaxşı əlaqələrinin olmasını demişdir. Onlar görüşüb müzakirə etmişlər, 6000 (altı min) manat alaraq, mal vurmuşlar, həmin pulu ona 15 günə qaytarmışlar, ona isə 200 manat qazanc vermişlər. Bundan sonra xx xxxx 2020-ci ildə Gəncə şəhərində yaşayan Cavabdeh1 və onun şəriki Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları alver məqsədi ilə pul vermiş, həmin pulu şahid X4 iştirakı ilə vermişdir. Cavabdehlər ona vəd edərək, guya “X3” velosiped, kolyaska, plitka vədigər mallar gətirib qazanc əldə edəcəklər, ona isə hər ay 3000 (üç min) manat qazanc verəcəklər. Guya ki, Cavabdeh2 “X5” yaxşı əlaqələri var, hər ay ona 7000 (yeddi min) manat qazanc verəcəklər. O, həmin pulu verəndən sonra məlum olmuşdur ki, Cavabdeh2 Cavabdeh1la birgə qabaqcadan əlbir olaraq insanlardan külli miqdarda pul yığıb atmaq məqsədi ilə insanları aldadıb qaçıb gizləniblər, onu və bir çox insanları aldadaraq pulu mənimsəyərək özlərinin şəxsi mənafeləri üçün xərcləmişlər. Cavabdeh2 bir çox bank və kredit təşkilatlarına borcu olmuş, onları bağlamış və özünə yeni ev tikdirmişdir. O, pulunun qaytarılmasını cavabdehlərdən tələb etdikdə, cavabdehlər gizlənmişlər, gah da ziyan etdiklərini, mallarının batdığını bəhanə gətirmişlər. Cavabdehlər hazırda ona cəmi 1000 (aprel ayında 500 manat, may ayında 500 manat) pul ödəmişlər. Onun cavabdehlərə verdiyi pulun müqabilində verəcəkləri qazanc əldən çıxmış, üstəlik də məlum olmuşdur ki, cavabdehlərin ona borcu qaytarmaq imkanları artıq yoxdur, olması da gözlənilmir. Cavabdehlər dəfələrlə pulu qaytaracaqlarına və nəzərdə tutulan veirini verəcəklərinə yalan vəd verib vaxt istəyirdilərsə də, artıq onların düşdüyü vəziyyətə görə pulunu geri tələb etməkdə qərarlıdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, o, iddiaçıdan iki il əvvəl 19000 (on doqquz min) ABŞ dolları borc pul götürmüşdür. O, həmin pulun faizini hər ay iddiaçıya ödəmişdir. Sonradan o, ziyana düşdüyündən, iddiaçıya olan borcundan nə faizini, nə də əsas hissəsini ödəyə bilməmiş və nəticədə iddiaçıya olan borcun məbləği artmışdır. Hazırda o, işləmir, maddi vəziyyəti yaxşı deyildir və ona məhkəmə tərəfindən müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və Cavabdeh1 zahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasından şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə uşaqlıqdan dostdurlar. Rufat bir gün əsəbi halda ona bildirdi ki, Vüsal və Xəqani adlı şəxslərə pul 46000 (qırx altı min) ABŞ dolları vermişdir. Günorta vaxtı Yeni Gəncədə çay evində görüşəcəklər. Həmin görüşdə Rufatın, Vüsalın, Xəqaninin və onun da iştirakı ilə akt tərtib olunan zaman 44000 manat Xəqaninin, 34000 manat isə Vüsalın Rufata borcu olmasını etiraf etmişlər. Bu barədə akt tərtib olunmuş və o, da həmin akta imza etmişdir. Bundan o, Vüsalı və Xəqanini görməmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı, Cavabdeh1 və Cavabdeh2 və X6 tərəfindən tərtib olunmuş AKT-dan görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 46000 (qırx altı min) ABŞ dolları (həmin günə məzənnə ilə 78000 (yetmiş səkkiz min manat) alver məqsədi ilə pul verilmiş,pulun bir hissəsini, yəni 26000 (iyirmi altı min) ABŞ dolları (44200 – qırx dörd min iki yüz manat) ayda 3000 (üç min) manat verməklə razılaşmışlar. Ödənişi hər ayın 25-nə kimi Cavabdeh2 və Cavabdeh1 ödəməyə razılıq vermişdir. Pulun qalan hissəsini, yəni 20000 (iyirmi min) ABŞ dolları (34000-otuz dörd min manat) Cavabdeh1 hissə-hissə ödəməyə razılıq vermiş və akt iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iddia tələbinin əsas borcdan hesablanmaqla hesablanmaqla yarım illik 5 (beş) faiz olmaqla 2300 (iki min üç yüz) ABŞ dolları faizin, hər ay üçün nəzərdə tutulan 3000 (üç min manat) gəlir hesablanmaqla 21000 (iyirmi bir min) manat zərərin ona ödənilməsi hissələrinə qiymət verərək hesab edir ki, iddiaçı həmin hissələrə dair məhkəməyə sübutlar təqdim etmədiyindən iddia tələbinin həmin hissələrdə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddiaçı X1 mülkiyyətini təşkil edən 46000 (qırx altı min) ABŞ dolları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədikləri bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlərdən 46000 (qırx altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 46000 (qırx altı min) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, iddiaçı X2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-393/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-393/2021
02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver