Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-3967/2021 24.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 840 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yaşayır və 1971-ci ildə hərbi xidmətdən əvvəl Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığının göndərişi ilə 3 ay sürücülük kursunu bitirmiş və sürücülük vəsiqəsi almışdır. Hazırda BC dərəcəli sürücü olmaqla, Gəncə şəhər 5 saylı Notariat kontorunun 14.07.2009-cu il tarixli, 7E-5-1136 saylı Xanlar şəhəri F.Kərimzadə küçəsi ev 16 ünvanda yaşayan X2 tərəfindən verilmiş AA682015 saylı Baş Etibarnamə ilə “KAMAZ-5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobilini pul ilə almış və həmin avtomobillə inşaat materialları daşımaqla çörək pulu qazanaraq ailənin maddi ehtiyaclarını ödəyir. Gəncə şəhəri, Nizami rayonu, M.Hacıyev küçəsi, ev 13, mənzil 36-da yaşayan Cavabdeh ilə dost münasibətlərində olmuşlar və Cavabdeh ondan “KAMAZ-5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobilini müvəqqəti ona idarə etməyi, Bakı şəhərindən mişar daşı gətirməyi öhdəsinə götürmüş, ondan hər dəfə mişar daşı gətirəndə bunun müqabilində ondan 120 manat verəcəyi ilə razılaşmışlar. Eyni zamanda o, “KAMAZ-5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobilini idarə etməsi üçün etibarnamə vermişdir. Cavabdeh ilə razılaşdıqları kimi, hər dəfə Bakı şəhərindən daş karxanasından mişar daşı gətirib, o, cavabdehlə razılaşdıqları kimi 120 manat pulunu vermiş, aralarında heç bir söz-söhbət olmamışdır. Sonuncu dəfə Cavabdeh Bakı şəhərindən daş karxanasından 12000 ədəd mişar daşı gətirmiş, ona demədən 1200 əməd mişar daşını Bəxtiyar adlı şəxsə hər birini 70 qəpikdən satmış, o, cavabdehdən hər birinin 70 qəpikdən satdığı 1200 ədəd mişar daşın 850 manat pulunu tələb etdikdə, o, həmin pulu verməkdən imtina etmişdir. O, da məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun iahat verdi və məhkəmədən iddia tələbinin təımin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 23.04.2012-ci il tarixli AB 727567 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı BC dərəcəli sürücülük vəsiqəsi verilmişdir. 01.05.2006-cı il tarixdə verilmiş AA 682015 sylı X1 Şəhadətnaməsinin surətindən görünür ki, “KAMAZ-5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobili X4 adına qeyd edilmişdir. 14.07.2009-cu il tarixdə Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən 7E-5-1136 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, “KAMAZ-5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobilinə dair X5 tərəfindən İddiaçı 15 (on beş) il müddətinə etibarnamə verilmişdir. 24.02.2014-cü il tarixdə Gəncə şəhər 5 saylı notariat kontoru tərəfindən verilmiş 7E- 4530 nömrəli etibarnamənin surətindən görünür ki, X5 tərəfindən Cavabdeh “KAMAZ- 5511” markalı ** BD *** dövlət qüeydiyyat nömrəli yük avtomobilinə dair 3 ay 11 gün müddətinə etibarnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 7146 (yeddi min yüz qırx altı) manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 840 (səkkiz yüz qırx) manat tutularaq, iddiaçı X3 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 840 (səkkiz yüz qırx) manat tutularaq, iddiaçı X3 verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-3967/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-3967/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver