Məhkəmə qərarları › İş №2(044)-402/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-402/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-402/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında 07 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6351,47 manat, faiz borcu üzrə 10,46 manat, cəmi 6351,93 manat, 0.40 manat xidmət haqqı və ödənilmiş 83,50 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş sənədlərindəki 10 noyabr 2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh cəmi 6351,93 manat borcu vardır.

3. İş sənədlərindəki “güzəştli kredit və bank hesabı müqviləsindən görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin arasında 01.08.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır.

4. İş sənədlərinə 665rstKPZ/19 saylı kredit müqaviləsinə 1 saylı əlavə və 10 iyun 2021-ci il tarixli bildiriş əlavə edilmişdir.

Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

5. İddiaçı "xxxx" KB ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 6351,47 manat, faiz borcu üzrə 10,46 manat, cəmi 6351,93 manat, 0.40 manat xidmət haqqı və ödənilmiş 83,50 manat dövlət rüsumunun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 7127,28 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin banka 6351,93 manat məbləğində borcu yaranmışdır.

7. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya gəlməməsinin mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

9. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, X2 məhkəmə iclasında verdiyi izahatında iddiasını müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq:

10. Mülki Məcəllə

385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.

11. Mülki Prosessual Məcəllə:

Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi cavabdehlə aralarında bağlanmış 10 noyabr 2021-ci il tarixinə kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan 6341,47 manat əsas, 10,46 faiz borcu, cəmi 6351,93 manat borc və 0,40 manat xidmət haqqının iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasına təkid etmiş, cavabdeh isə yazılı etiraz etməmişdir. İşin sənədlərini nəzərə almaqla məhkəmə tərəflər arasındakı mübahisə üzrə iddiaçının iddiasının təmin edilməsinə dair nəticəyə gəlir. Məhkəmə iclasında təqdim edilmiş dəlilləri nəzərə alaraq qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

13. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 6341,47 manat, faiz borcu üzrə 10,46 manat, 83,5 manat məbləğində dövlət rüsumu, cəmi 6351,93 manat, xidmət haqqı 0,40 manat borc iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar