Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-403/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı” İB-yə vurulmuş 2064.20 manat məbləğində zərərin və 30 ödənilmiş dövlət rüsumunun, ümumilikdə isə 2094.20 manat pulun Cavabdeh məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İstehsalahat Birliyinin “xxxx” ASC-nin “İddiaçı” şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə və ən son olaraq xx.xx.2019-cu il tarixinə AKX- 01502xx/xx-2019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus, Abşeron rayonu Güzdək kəndində yerləşən fərdi yaşayış evi təbii qazla təchiz edilmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB –nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01290 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan istifadə qaydalarının 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Akta əsasən cavabdehin 1975.80manat məbləğində “İddiaçı” İB-yə maddi zərər dəymiş olduğu müəyyən olunmuşdur. Bundan başqa 2020-ci ilin mart-iyul ayları üzrə sərfiyyata görə 87.40 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən ödənilməli olan borc xx.xx.2020-ci il tarixinə ümumi olaraq 1975.80 aktlar üzrə borc, 87.40 manat sərfiyyat üzrə borc, 1 manat mənfiyə getmə, cəmi 2064.20 manat təşkil edir. Ərizəyə əlavə olunmuş: - xx.xx.2019cu il tarixli AKX-01502xx/xx-2019 qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsinin surətindən görünür ki, paylacı İddiaçı İB ilə Cavabdeh arasında müqavilə bağlanmışdır; Abonentin Saldosundan görünür ki, Cavabdeh 07/2020-ci ilə 10714 m3 qaz sərf etmişdir. - xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli ******* saylı cəmi 324 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 02116971 saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 13324 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 648 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 1098 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən cəmi 3888 m3-dir; xx.xx.2018-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, abonent təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə istifadə etməsi aşkar edilmişdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 1332 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 972 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında 033994 saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən cəmi 324 m3-dir; xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cəmi 8856 m3-dir; xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacın kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur; xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Cavabdeh tərəfindən dəymiş ziyanın həcmi xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən cəmi 984 m3-dir; xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacın kənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Buna baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt verməmişdir və işə оnun iştirаkı оlmаdаn bаxılmаsı bаrədə məhkəməyə vəsаtət dаxil оlmаmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci madədsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməyinin səbəbini üzürlü hesab etmədiyindən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə, iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, onun izahatını iş üzrə tədqiq olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı orqanın əməkdaşları tərəfindən cavabdehə məxsus fərdi yaşayış evində yoxlama keçirilmiş, sayğaca müdaxilə olduğu müəyyən edilərək akt tərtib edilmiş və dəymiş ziyanın həcminin 1975.80 manat, o cümlədən 87.40 manat sərfiyyat üzrə borc və 1 manat mənfiyə getmə,2064.20 manat zərərin əvəzi abonentdən tələb edilmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 nömrəli Qərarının 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh məxsus fərdi yaşayış evində qanunsuz xətt aşkar edilmiş, bu barədə ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmişdir. Belə olduğu halda qaz paylayıcısı dəymiş zərərin ödənilməsini Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.4.3-cü bəndinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifələrindəndir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən Məcəllənin 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, akt üzrə yaranmış dəymiz ziyanın əvəzi olan 1975,80 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.Məhkəmə iddia tələbinin qalan hissəsini də əsaslı hesab edir. Belə ki, sayğac göstəricilərinə əsasən sərfiyyatın həcmi və istehlakçının həyata keçirdiyi ödənişlər abonent saldosunda öz əksini tapdığından və cavabdeh tərəfindən abonent saldosuna daxil edilmiş sərfiyyat göstəriciləri və ödənişlərin məbləği barədə məlumatların həqiqətə uyğun olmadığına dair sübutlar təqdim edilmədiyindən məhkəmə həmin sənədi istehlakçının təbii qazdan istifadəyə görə borcunun məbləğinin müəyyənləşdirilməsi üçün mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 287-ci maddəsinə əsasən, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “İddiaçı” İstehsalahat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsinə» dair iddia tələbi təmin edilməli, akta əsasən cavabdehdən 1975.80manat məbləğində dəymiş ziyan, 2020-ci ilin mart-iyul ayları üzrə sərfiyyata görə 87.40 manat borc və 1 manat geriyə hesablanmış borc, cəmi 2064.20 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalahat Birliyinin Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsinə» dair iddia tələbi təmin edilsin. Cavabdeh 1975.80manat məbləğində dəymiş ziyan, sərfiyyata görə 87.40 manat borc, 1 manat geriyə hesablanmış borc, cəmi 2064.20 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq “İddiaçı” İstehsalahat Birliyinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-403/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-403/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver