Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-403/2022 02.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı AccessBank Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AccessBank QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin və 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 müştərək qaydada AccessBank QSC-nin xeyrinə 30.12.2019cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2476.14 manat məbləğində kredit borcu, 19.63 manat məbləğində faiz borcu və 759.84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3255.61 manat məbləğində borcun, Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3 müştərək qaydada AccessBank QSC-nin xeyrinə 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müaviləsi üzrə 5427.06 manat məbləğində kredit borcu, 41.66 manat məbləğində faiz borcu və 1623.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7092.27 manat məbləğində borcun və tərəfimizdən ödənilmiş 121.2 manat mabləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Elektron Məhkəmə Sistemindən Cavabdeh3 26.07.2020-ci il tarixdə öldüyü məlum olmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli 2(044)-403/2022 saylı qərardadına əsasən Cavabdeh3 vəfat etdiyi üçün ona aid hissədə iddiaya xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, kreditor AccessBank QSC ilə borclu Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2476.14 manat məbləğində kredit götürmüşdür. O, kredit müaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müaviləsi üzrə 05.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan ödəniş etməmiş, və onun iddiaçıya 2476.14 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddısinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 17.11.2021-ci il tarixə 285 gün üçün hesablanmış faiz borcu 19.63 manat təşkil edir. Kredit müaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumi məbləği 5 il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 17.11.2021-ci il tarixə 285 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 759.84 manat təşkil edir. Bundan başqa Cavabdeh1 AccessBank QSC ilə 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% olmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5427.06 manat məbləğində kredit götürmüşdür. O, götürdüyü kredit borcundan ödəniş etməmiş, və onun iddiaçıya 5427.06 manat məbləğində kredit borcu qalmışdır. Kreditora qaytarmadığı üçün 17.11.2021-ci il tarixə 285 gün üçün hesablanmış faiz borcu 41.66 manat təşkil edir. Kredit müaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 zaminlik müaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, o, bankdan krediti mərhum oğlu Cavabdeh3 müalicəsi üçün götürmüş, onun oğlu 26.07.2020-ci il tarixdə vəfat etmiş, hazırda o, əsas borclu kimi borcu ödəməyə etiraz etmir, lakin cərimə borcunun azaldılmasını xahiş edir. Sonda o, iddianın qismən təmin edilməsini xahiş etmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPMnin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 faiz dərəcəsi illik 1% olmaqla, 60 ay müddətinə 2476.14 manat məbləğində kredit verilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 1% olmaqla, 60 ay müddətinə 5427,06 manat kredit verilmişdir. - 30.12.2019-cu il tarixli 006A********** saylı müqavilədə kreditin verilməsi qəbzindən görünür ki, Cavabdeh1 2476.14 manat məbləğində pul köçürülmüşdür. - 30.12.2019-cu il tarixli 006A********** saylı müavilədə kreditin verilməsi qəbzindən görünür ki, Cavabdeh1 5427.06 manat məbləğində pul köçürülmüşdür. - 30.12.2019-cu il tarixli 006G**********02 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə İddiaçı KB QSC arasında zaminlik müqaviləsi bağlanmış, borclu Cavabdeh1 Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh2 Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə İddiaçı KB QSC-yə 17.11.2021-ci il tarixə 2476.14 manat əsas borc, 19.63 manat faiz borcu, 759.84 manat cərimə borcu, cərimə hesablanmış gecikdirilən günlərin sayı 285 gün, ümumilikdə 3255.61 manat borcu vardır. - maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə İddiaçı KB QSC-yə 17.11.2021-ci il tarixə 5427.06 manat əsas borc, 41.66 manat faiz borcu, 1623.55 manat cərimə borcu, cərimə hesablanmış gecikdirilən günlərin sayı 285 gün, ümumilikdə 7092.27 manat borcu vardır. - xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdirlər. Məhkəmə iddiaçının nümayəndəsini və Cavabdeh1 dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçı ondan borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə cərimə azaldılaraq 15 manat, 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə cərimə azaldılaraq 20 manat müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiklərindən iddiaçı ondan da borcun tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi və 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilməli, 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2476.14 manat məbləğində əsas borc, 19.63 manat məbləğində faiz borcu, 15 manat cərimə borcu, cəmi 2510,77 manat borc, 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müaviləsi üzrə 5427.06 manat məbləğində kredit borcu, 41.66 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 5488,72 manat, hər iki müqavilə üzrə ümumilikdə cəmi 7999.49 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının dövlət rüsumu kimi ödədiyi 121.2 manat məbləğində pul vəsaitinin 93 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 arasında bağlanmış 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi və 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi ləğv edilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 2476.14 manat məbləğində əsas borc, 19.63 manat məbləğində faiz borcu, 15 manat cərimə borcu, cəmi 2510,77 manat borc, 30.12.2019-cu il tarixli 006A********** saylı kredit müaviləsi üzrə 5427.06 manat məbləğində kredit borcu, 41.66 manat məbləğində faiz borcu və 20 manat məbləğində cərimə borcu olmaqla cəmi 5488,72 manat borc, hər iki müqavilə üzrə ümumilikdə cəmi 7999 (yeddi min doqquz yüz doxsan doqquz) manat 49 (qırx doqquz) qəpik borc və 121.2 manat dövlət rüsumunun 93 (doxsan üç) manatı tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-403/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-403/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver