Məhkəmə qərarları › İş №2(044)-404/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-404/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-404/2022 04.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna, Cavabdeh4 və Cavabdeh2 «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğluna, Cavabdeh4 və Cavabdeh2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlundan, Cavabdeh4 və Cavabdeh2 əsas borc üzrə 12890.87 manat, faiz borcu üzrə 1050.48 manat, cərimə 3262.4 manat, cəmi 17203.75 manat və ödənilmiş 141.7 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 03.12.2019cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş, tərəflərin imzaladıqları 08.05.2020-ci il tarixli 006A**********S saylı, 24.09.2020-ci il tarixli 006A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 götürdüyü kredit borcundan 17109.13 manat ödəniş etmiş və hazırda 12890.87 manat məbləğində borcu qalmışdır. Kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3 Məmməd oğlu, Cavabdeh4 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında, iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlu, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 03.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 12 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh3 Məmməd oğlu, Cavabdeh4 və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 05.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-nə 17.11.2021-ci il tarixinə əsas borc üzrə 12890.87 manat, faiz borcu üzrə 1050.48 manat, cərimə 3262.4 manat, cəmi 17203.75 manat məbləğində borcu vardır. 08.05.2020-ci il tarixdə kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi edilməsi haqqında 006A**********S saylı Sazişdən görünür ki, 03.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti 07 ay artırılmışdır. 24.09.2020-ci il tarixdə kredit müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi edilməsi haqqında 006A**********SA saylı Sazişdən görünür ki, 03.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə kreditin müddəti 12 ay artırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Məmməd oğlundan, Cavabdeh4 və Cavabdeh2 əsas borc üzrə 12890.87 manat, faiz borcu üzrə 1050.48 manat, cərimə 120 manat, cəmi 14061.35 manat və ödənilmiş 141.7 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 əsas borc üzrə 12890.87 (on iki min səkkiz yüz doxsan manat səksən yeddi qəpik) manat, faiz borcu üzrə 1050.48 (min əlli manat qırx səkkiz qəpik) manat, cərimə 120 (yüz iyirmi) manat, cəmi 14061.35 (on dörd min altmış bir manat otuz beş qəpik) manat və ödənilmiş 141.7 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar