Məhkəmə qərarları › İş №2(044)-410/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-410/2021

05.03.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-410/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən ünvan 1 ünvanda yaşayış evinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssisi tərəfindən müvafiq ölçü işlərinin aparılmasına yönəlmiş maneələrin məhkəmə qaydası ilə qarşısının alınması tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evi iddiaçının mərhum qayınatası X2 adınadır. Həmin mülk rəsmi qaydada ərazi idarəsində qeydiyyatdan keçməsə də, bütün sənədləri vardır ki, iddiaçı mərhum qayınatasının mülkündən mərhum ərinə çatan miras paya qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün notariat kontoruna müraciət etmişdir. Həmin mülkə dair bu sənədlər əsasında ərazi idarəsindən çıxarış ala bilər. İddiaçı bu məqsədlə ərazi idarəsinə müraciət etsə də, orada ona bildirmişlər ki, mülkdə olan tikililərin hamısı mütəxəssis tərəfindən ölçülüb-biçilməli və mülkə dair bu hərəkətlərdən sonra mülkiyyət hüququ ilə bağlı çıxarış verəcəklərərini bildirmişdilər. Ancaq Cavabdeh1 mülkə mütəxəssisləri buraxmırlar, iddiaçı bu barədə polisə də müraciət etmişdir. Oradan ona rəsmi qaydada bildirmişlər ki, o, bununla bağlı məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət edib cavabdeh tərəfindən mülkdə aparılmalı olan ölçü işlərinin aparılmasına yönələn maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin təmin olunmasını xahiş etdiyini bildirmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, o, uzun illərdir ki, ünvan 1 ünvanda yerləşən yaşayış evində yaşayır. O, iddia tələbinin təmin edilmısinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan: -Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli arayışlardan görünür ki, Cavabdeh1, İddiaçı2 və İddiaçı1 ünvan 2 ünvanda qeydiyyatdadırlar. -Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı2 nikahları xx.xx.1987-ci il tarixdə bağlanmışdır. -Ölüm haqqında şəhadətnamənin surətindən X5 xx.xx.2010-cu il tarixdə ölmüşdür. -Ölüm haqqında şəhadətmanin surətindən görünür ki, X6 xx.xx.1988-ci il tarixdə ölmüşdür. -Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış məktubundan görünür ki, mərhum X2 nəvəsi İddiaçı1 vərəsəlik şəhadətnaməsi verilməsi üçün ünvan 1 ünvandakı evə mərhum X2 adına dövlət reyestrində qeydə alınıb çıxarış verilməsi üçün məktub göndərilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, ünvan 1 ünvanda yaşayış evinə yerində müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrası mümkün olmamışıdr. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdeh miras qalmış əmlakın sənədləşdirilməsi üçün müvafiq orqanın mütəxəssislərinin həmin əmlakda ölçü işləri aparmasına maneə olub hüquqdan sui-istifadə etmişdir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilərək ünvan 4 ünvanda yaşayış evinə mütəxəssislər tərəfindən ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən yaşayış evinə mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 tərəfindən yaradılmış maneə aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar