Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-414/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə HOFFMANN LED markalı televizor və musiqi mərkəzi üçün 1232 manat ödənilməmiş hissə, 208 manat dəbbə pulu, cəmi 1440 manat, Samsung markalı soyuducu üçün 1260 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu, cəmi 1449 manat borcun, ümumilikdə 2889 manat borcun və 30 manat dövlət rüsumu olmaqla cəmi 2919 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddanı müdafiə edərək, bildirmişdir ki, Cavabdeh “xxxx” MMC ilə xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən HOFFMANN LED markalı televizor və musiqi mərkəzi və Samsung markalı soyuducu almış və nəticədə 2889 manat borcu yaranmışdır. xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqısatqı qiyməti 1848 manat (24 ay x 77 manat, 0 manat ilkin ödəniş) olan HOFFMANN LED markalı televizor və musiqi mərkəzi üçün ümumilikdə 1440 manat olmaqla ondan, 1232 manat ödənilməmiş hissə, 208 manat dəbbə pulu; xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən alqı-satqı qiyməti 1629 manat (18 ay x 90 manat, 9 manat ilkin ödəniş) olan Samsung markalı soyuducu üçün ümumilikdə 1449 manat olmaqla ondan, 1260 manat ödənilməmiş hissə, 189 manat dəbbə pulu miqdarında borc yaranmışdır.Cavabdehin cəmi ödədiyi məbləğ 985 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00654990 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 1848 manat olan HOFFMANN LED markalı televizor və musiqi mərkəzi üçün ayda 77 manat olmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 24 ay ərzində hər ayın 15-də tarixində ayda 77 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00969629 nömrəli müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən cəmi qiyməti 1629 manat olan Samsung markalı soyuducu üçün ayda 90 manat olmaqla, 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında bağlanmış müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 18 ay ərzində hər ayın 7-də tarixində ayda 90 manat ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin 2-ci bəndinə əsasən alıcı ödəmə cədvəli üzrə ödənişlərini vaxtında ödəməzsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış bir faizi həcmində penya ödəyir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1232 manat ödənilməmiş hissə, 208 manat cərimə, ümumilikdə ödənilməmiş məbləğ 1440 manat, xx.xx.2019-cu il il tarixli müqavilə üzrə 1260 manat ödənilməmiş hissə, 189 manat cərimə, ümumilikdə 1449 ödənilməmiş məbləğ, cəmi 2889 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqaviləyə əsasən xxxx MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə pulu azaldılaraq hər bir müqavilə üzrə 2 manat, cəmi 4 manat müəyyən olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1232 manat əsas, 2 manat cərimə olmaqla, cəmi 1234 manat məbləğində pul, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1260 manat əsas, 2 manat cərimə olmaqla, cəmi 1262 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun 26 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1232 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, cəmi 1234 manat məbləğində borc, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 1260 manat ödənilməmiş hissə, 2 manat cərimə olmaqla, cəmi 1262 manat, ümumilikdə 2496 (iki min dörd yüz doxsan altı) manat və ödənilmiş 30 manat dövlət rüsumunun 26 (iyirmi altı) manatı tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-414/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-414/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver