Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-422/2021 17.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qanun üzrə vərəsəsi Cavabdeh 20.06.2014-cü il tarixli, 005CASA141710002 saylı kredit limiti müqaviləsinə əsasən 28.09.2020-ci il tarixə manat krediti üzrə əsas borc 5701.58 manat, faiz borcu 65.16 manat, cərimə 0.0 manat, cəmi 5766.74 manat, USD krediti üzrə əsas borc 9673.51ABŞ dolları, faiz borcu 46.33 ABŞ dolları, cərimə 0.0 ABŞ dolları, cəmi 9719.84 ABŞ dolları, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına dair ödənilmiş 30 manat pulun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, onun açıq hərracda satışı yolu ilə ələd ediləcək vəsaitin hesabına cavabdeh X1 İddiaçı ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, Cavabdeh istifadəsində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin (borcun) qalan hissədə Cavabdeh ümumi qaydada icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh X2 20 iyun 2014-cü il tarixli, 005CASA141710002 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 30000 manat məbləğində kredit limiti ayrılmış və həmin müqaviləyə əsasən X2 23.10.2014-cü il tarixdə 5000 (beş min) manat, 12.11.2014-cü il tarixdə 5000 (beş min) manat, 28.11.2014-cü il tarixdə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları, 11.02.2015-ci il tarixdə 6370 (altı min üç yüz yetmiş) ABŞ dolları, 12.03.2015-ci il tarixdə 5200 (beş min iki yüz) ABŞ dolları, 30.06.2015-ci il tarixdə 4600 (dörd min altı yüz) manat kredit verilmişdir. Kredit limiti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi X4 ilə 20.06.2014-cü il tarixli 005QYASH45991101 saylı ipoteka müqaviləsi bağlanmış, X1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsi 20.06.2014-cü il tarixli, 005CASA141710002 saylı kredit limiti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X4 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və bank tərəfrindən ona dəfələrlə şifahi və yazılı şəkildə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini tam icra etməmiş və cavabdeh X4 01.03.2016-cı il tarixdə vəfat etmişdir. Hazırda ipoteka predmeti Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsi onun arvadı Cavabdeh tərəfindən idarə olunur. Bu fakt Gəncə şəhər 3 saylı notariat ofisinin xüsusi notariusunun 18 sentyabr 2020-ci il tarixdə təqdim etdiyi 29.04.2017-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə ilə təsdiq olunur. Müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən X1 iddiaçıya - manat krediti üzrə 28.09.2020-ci il tarixə cəmi 5766.74 manat, USD krediti üzrə cəmi 9719.84 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 20.06.2014-cü il tarixli 005CASA141710002 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-ti ilə X4 arasında kredit limiti müqaviləsi bağlanmış və X2 30 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit limiti ayrılmışdır. 20.06.2014-cü il tarixli 005QYASH45491101 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC-ti ilə X4 arasında bağlanmış kredit limiti müqaviləsinin təmini kimi X2 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 0.18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 164.4 kv.m olan 1 mərtəbəli, 2A saylı qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və İddiaçı ASC-ti ilə X4 arasında ipoteka müqaviləsi bağlanmışdır. 17.07.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan qeyri yaşayış sahəsi X1 adına qeyd edilmişdir. 13.03.2016-cı il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 mart 2016-cı il tarixdə vəfat etmişdir. 18.09.1976-cı il tarixdə Kirovabad şəhəri VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İsgəndərova (Qasımova) Qətibə Cumalı qızının nikahları 18 sentyabr 1976-cı il tarixdə 224 saylı akt qeydi ilə bağlanmışdır. 29.04.2017-ci il tarixdə 3 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 mart 2016-cı il tarixdə vəfat etmiş X1 vərəsəsi Cavabdeh tanınmış və miras əmlak ünvan ünvanda yerləşən 0.18 ha torpaq sahəsində ümumi sahəsi 164.4 kv.m olan qeyri yaşayış binasından ibarətdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderlərinin surətlərindən görünür ki, İddiaçı ASC-ti tərəfindən X2 30.06.2015-ci il tarixdə 4600 manat, 11.02.2015-ci il tarixdə 6370 ABŞ dolları, 28.11.2014-cü il tarixdə 6370 ABŞ dolları, 12.11.2014-cü il tarixdə 500 manat, 23.10.2014-cü il tarixdə 500 manat ödənilmişdir. 01.03.2021-ci il tarixli “xxxx” MMC-nin ƏQ-135/2021 saylı rəyindən görünür ki, ünvan ünvanda yerləşən 0.18 ha torpaq sahəsində inşa edilmiş, 164.4 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının torpaq sahəsinin torpaq sahəsi ilə birlikdə 01.03.2021-ci il tarixə olan likvid dəyəri 45000 (qırx beş min) manat, real bazar dəyəri 55000 (əlli beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunmuş vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qətnamənin (borcun) qalan hissədə Cavabdeh ümumi qaydada icra edilməsi hissəsinə qiymət verərək, hesab edir ki, iddia tələbinin həmin hissəsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən 20.06.2014-cü il tarixli kredit limiti müqaviləsinə əsasən 28.09.2020-ci il tarixə manat krediti üzrə əsas borc 5701.58 manat, faiz borcu 65.16 manat, cəmi 5766.74 manat, USD krediti üzrə əsas borc 9673.51ABŞ dolları, faiz borcu 46.33 ABŞ dolları, cəmi 9719.84 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və bildirişin qeydiyyata alınmasına görə 30 manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməli, tutma ipoteka predmetinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və əldə ediləcək vəsait hesabına borc ödənilməli, Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Yevlax şəhəri, VÖEN:- **********, Bank:-İddiaçı ASC Yevlax filialı, kod - 509299, VÖEN:********** (bankın VÖENİ), h/h: AZ61BRES********************, SWİFT: BRESAZ722 m/h: AZ80NABZ******************** - ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: Cavabdeh 20.06.2014-cü il tarixli, 005CASA141710002 saylı kredit limiti müqaviləsinə əsasən 28.09.2020-ci il tarixə manat krediti üzrə əsas borc 5701.58 manat, faiz borcu 65.16 manat, cəmi 5766.74 (beş min yeddi yüz altmış altı manat yetmiş dörd qəpik) manat, USD krediti üzrə əsas borc 9673.51 ABŞ dolları, faiz borcu 46.33 ABŞ dolları, cəmi 9719.84 (doqquz min yeddi yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və bildirişin qeydiyyata alınmasına dair ödənilmiş 30 manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilsin. Tutma Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılsın. Likvid dəyəri 45000 (qırx beş min) manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş vəsait hesabına 5766.74 (beş min yeddi yüz altmış altı manat yetmiş dörd qəpik) manat və 9719.84 (doqquz min yeddi yüz on doqquz dollar səksən dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və bildirişin qeydiyyata alınmasına dair ödənilmiş 30 manat, ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ASC-nə ödənilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai pr., 2A ünvanda xüsusi mülkiyyətində olan 0.18 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 164.4 kv.m olan qeyriyaşayış sahəsi satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılsın. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-422/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-422/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver