Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4223/2021 17.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Qoşa Çinar” kafesinin müdiri Cavabdeh 10 ay ödəmədiyi 550 manat pulun alınaraq, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə portalından çıxarışdan görünür ki, Cavabdeh 25.06.2012-ci il tarixdən (VÖEN: **********) vergi ödəyicisidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyətinin subyektləri olduqlarından mülki işə Gəncə Kommersiya Məhkəməsində baxılmaılıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə, yəni iddia ərizəsinə mülki icraat qaydasında məhkəmədə baxılmalı olmadığına görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-4223/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4223/2021
17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver