Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-4264/2021 21.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim-Hünmətov Zaur Adil oğlu İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi, avtomobilə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı Cavabdeh2 ilə aralarında “KİA Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair bağlanmış alqı-satqı müqaviləsinin tanınması, onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsini AR Daxili işlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə həvalə edilməsi, “KİA Cadenza” minik markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 Salyan rayonu, Qarabağlı ərazi dairəsi, Qarabağlı kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, kirayə müqaviləsi əsasında yaşadığı ev isə Gəncə şəhəri Kəpəz rayonu ərazisindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı isə Salyan rayon və yaxud Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə müraciət etməli olduğu halda Gəncə şəhəri Nizami rayon məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Həmin Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən isə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, cavabdehlərin rəsmi qeydə alındıqları ünvan Gəncə şəhəri Nizami rayonu ərazisinə aid olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-4264/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-4264/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver