Məhkəmə qərarları › İş №2(044)-43/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-43/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-43/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «tikilinin sökülməsi və cavabdehin oradan çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı «tikilinin sökülməsi və cavabdehin oradan çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksində və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsində aparılan qanunsuz tikililərin sökülməsi, Cavabdeh və tikinti işləri aparan 3-cü şəxslərin oradan çıxarılmalarına, bağlanmış icarə müqavilələrinin ləğv edilməsi və əmlakların Cavabdeh hesabına sökülərək ilkin vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə əsas vəsaitlərinin artırılması məqsədi ilə 60 ay müddətinə 953925 ABŞ dolları məbləğində kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliklərin təmini kimi cavabdehə məxus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibi ipoteka qoyulmuş, bu barədə iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, yenə də cavabdehə məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi də ipoteka qoyulmuş və bu barədə xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və nəticədə bank tərəfindən kredit müqvailəsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsinə, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 953925.00 ABŞ dolları məbləğində əsas borcun və 53392.40 ABŞ dolları məbləğində faizin, cəmi 1007317.40 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumunun, bildidrişlərin qeydə alınması üçün ödənilmiş 60.0 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyəti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibinə-ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsinə-ilkin satış qiyməti ******* manat müəyyən edilməklə yönəldilməsi və göstərilən əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğlərinin Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, icraya yönəldilmiş və məhkəmə iclaçısının qərarı icraata başlanılmış, davam etdirilən məcburi icra hərəkətləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi açıq hərrac nəticəsində Banka satılmışdır. Lakin Cavabdeh tərəflər arasında bağlanmış ipoteka müqavilələrinin tələblərini pozaraq, ipoteka predmeti olan və məhkəmə qərarı ilə tutma yönəldilmiş Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksində və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsində ipoteka saxlayanın razılığı olmadan qanunsuz tikililər inşa edir və ipoteka ilə yüklü edilmiş əmlakı saxlayanın razılığı olmadanm icarəyə vermiş və qanunsuz olaraq gəlir əldə edilmişdir. Cavabdeh tərəfindən həmin əmlakı heç bir müvafiq razılıq rəylər alınmadan, qanunsuz tikilər inşa edilir və bütün tikililər cavabdeh tərəfindən 3-cü şəxslərə icarəyə verilir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinin 4.1.12-ci bəndinə əsasən “İpoteka saxlayanın” yazılı razılığı olmadan İpoteka predmetini dəyişmir, başqa şəxslərə özgəninkiləşdirmir və ya ona dair digər sərəncamlar vermir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə əsasən hərrac protokolu nəticəsində bağlanmış alqı-satqı müqaviləsindən sonra sahiblik və istifadə hüququ alıcıya keçir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin vəkili X3 məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(83)- 495/2016 saylı qətnamənin surətindən görünür ki, Cavabdeh əsas borc üzrə 953925.00 ABŞ dolları məbləğində əsas borcun və 75438 ABŞ dolları, cəmi 1.029.363.67 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.0 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibinə-ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə və xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsinə-ilkin satış qiyməti ******* manat müəyyən edilməklə yönəldilməsi və göstərilən əmlakların açıq hərracdan satılması, həmin əmlakların satılmasından əldə edilən vəsaitdən 1029363.67 ABŞ dolları məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 60.0 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)”ASC-nə ödənilməsi, borcun tam ödənilməsindən sonra əmlakların satışından əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh verilməsi, “Bank VTB (Azərbaycan)”ASC və Cavabdeh arasında bağlanmış 151-1-17383 saylı, xx.xx.2015-ci il tarixli “Baş kredit Razılaşması” və 151700-1- 17383/1 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilməsi qət edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfində yerləşən Əmlak kompleksi (Çayçı) “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi “Bank VTB (Azərbaycan)” ASC-nin hesabına yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli 328050 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi “Bank VTB (Azərbaycan)”ASC-nə ipoteka qoyulmuşdur. xx.xx.2015-ci il tarixli151700-1-17383/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibi “Bank VTB (Azərbaycan)” ASC-nə ipoteka qoyulmuşdur. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2011-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi Cavabdeh adına qeyd edilmişdir. xx.xx.2017-ci il tarixli 36/04 saylı Hərraccın yekunları barədə protokolun surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanında istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibi 286875 manata “Bank VTB (Azərbaycan)” ASC tərəfindən alınmış, bu barədə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2017-ci il tarixli 36/05 saylı Hərraccın yekunları barədə protokolun surətindən görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi 669375 manata “Bank VTB (Azərbaycan)” ASC tərəfindən alınmış, bu barədə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17144 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda yerləşən torpaq sahəsinə baxış keçirildiyi zaman həmin torpaq sahəsinin üzərində müxtəlif növ taxta, metal və beton konstruktiyasından fiqurların (adam, heyvan, dəyirman və s) quraşdırıldığı və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsinin üzərində dəmir və taxta materiallarından (vaqon) tikilinin quraşdırılması müəyyən edilmişdir (ekspertiza xərci 100 manat). Beləliklə məhkəmə iclasında iddiaçının izahatı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 17144 saylı rəyi ilə və iş materiallarında olan digər sənədlərlə təsdiq olundu ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İH-ti inzibati binasının cənubi-qərb tərəfi ünvanda istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi və onun tərkibi və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsi iddiaçı “Bank VTB (Azərbaycan) ASC-nin istifadəsində və mülkiyyətində olan ərazi olduğu, iddiaçıya məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda Cavabdeh tərəfindən müxtəlif növ taxta, metal və beton konstruktiyasından fiqurları (adam, heyvan, dəyirman və s) quraşdırılmış və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsində torpaq sahəsinin üzərində dəmir və taxta materiallarından (vaqon) tikilinin quraşdırılmışdır. İddiaçı qanuni əsaslarla özünə məxsus torpaq sahəsindən cavabdehin çıxmasını tələb etdikdə, cavabdeh torpaq sahəsindən çıxmamış, faktiki olaraq oranı zəbt etməklə iddiaçının hüquqlarını pozaraq torpaq sahəsini tərk etməmişdir. Məhkəmə iddia tələbinin “bağlanmış icarə müqavilələrinin ləğv edilməsi və 3-cü şəxslərin oradan çıxarılmaları” hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbinin bu hissəsinə dair iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən iddia tələbinin həmin hissədə təmin olunması istisnadır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksində və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsində aparılan qanunsuz tikililər Cavabdeh tərəfindən sökülməli və Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsindən çıxarılmalıdır. xx.xx.2019-cu il tarixli 17144 saylı rəyi üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksində və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsində aparılan qanunsuz tikililər Cavabdeh tərəfindən sökülsün. Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, İcra Hakimiyyətinin inzibati binasının cənubi-qərb tərəfi ünvanda istifadədə olan 0.0507 ha torpaq sahəsində yerləşən 445.6 kv.m ümumi sahədən ibarət əmlak kompleksindən və Göygöl rayonu, Quşqara kəndində yerləşən 1.5 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319 - a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar