Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-430/2022 22.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X3 1913-cü ildə Gəncə şəhərində doğulmasının qeyd edilmə faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamə verilən zaman ata qrafasında “X17”, ana qrafasında isə “X7” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında bildirdi ki, o, xx.xx.1960-cı il tarixdə və atası X14 isə 1913-cü il tarixdə Gəncə şəhərində anadan olmuşlar. O, atasının doğum haqqında şəhadətnaməsini hər yerdə axtarmasına baxmayaraq tapa bilməmişdir. O, bibisi oğlundan qalmış miras mülkə dair vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəmədə iddia qaldırmış, lakin atasının doğum haqqında şəhadətnaməsini tapa bilmədiyi üçün qohumluq əlaqəsinin sübut edilməsi mümkün olmadığından, onun iddiasının təmin olunması mümkün olmamışdır. Səbəb kimi isə onun atasının doğum haqqında şəhadətnaməsinin olmaması göstərilmişdir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunması bildirilmişdir. Məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, gəlməmişdir. Maraqlı şəxs Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə daxil olmuş 10.01.2022-ci il tarixli məktubda, məhkəmə hazırlıq və baxış iclaslarının onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi Gülşən onun bacısıdır. Onun atası Süleyman Əliyev 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Onun atası Süleyman Əliyev 1989-cu ildə, anası Urqiyə 2016-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, ərizəçi Gülşən onun bacısıdır. Onun atası Süleyman Əliyev 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Onun atası Süleyman Əliyev 1989-cu ildə, anası Urqiyə 2016-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirdi ki, ərizəçi Gülşən onun bacısıdır. Onun atası Süleyman Əliyev 1913-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Onun atası Süleyman Əliyev 1989-cu ildə, anası Urqiyə 2016-cı ildə vəfat etmişdir. 23.11.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən X4 ünvanlanmış məktubda, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet Hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Gəncə şəhəri Bala Bağman məhəlləsi üzrə 1913-cü il təvəllüdlü X3 və 1923-cü il təvəllüdlü Əsgərova Dilarə Qafar qızının doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmamışdır. 29.10.2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X24 Fililaı tərəfindən X4 ünvanlanmış məktubda, X6 1913-cü ildə və Əsgərova (Əliyeva) Dilarə Qafar qızının 1923-cü ildə doğum qeydləri barədə X24 Filialında mühafizə olunan Gəncə şəhər X34 fondunun 13.01.1940-cı il tarixli 35 saylı doğum aktı doğum akt qeydi təqdim olunmuşdur, lakin filialda mühafizə olunan 1936-1944cü illər üzrə mövcud doğum bərpa qeydlərinin aktları yoxlanılmış, X3 doğum akt qeydi aşkar olunmamışdır. 13.01.1940-cı il tarixli 35 saylı doğum haqqında akt qeydindən görünür ki, X18 ilə X1 birgə nikahlarından 31 dekabr 1923-cü il tarixdə X8 anadan olmuşdur. 26.09.1989-cu il tarixdə Kirovabad şəhər Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Süleyman M.Qafar oğlu 26 sentyabr 1989-cu il tarixdə vəfat etmişdir. 01.12.1965-ci il tarixdə Kirovabad şəhər Bağmanlar qəsəbə sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Süleyman M.Qafar oğlu ilə Bayramova Urqiyə Əli qızının birgə nikahlarından 01 noyabr 1968-ci il tarixdə Əliyeva Gülşən Süleyman qızı anadan olmuşdur. 19.03.1945-ci il tarixdə Nizami rayonu X33 Komissariatı tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X9 nikahları 19 mart 1945-ci il tarixdə 15 saylı akt qeydi ilə bağlanmışdır. 06.12.2005-ci il tarixdə Gəncə şəhər Nikah Evi tərəfindən verilmiş arayışdan görünür ki, X13 ilə X9 birgə nikahlarından 27 dekabr 1947-ci il tarixdə X15 anadan olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyldirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respubliksı Ailə Məcəlləsinin 162.2.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin atası X14 1913-cü ildə anadan omuş, atası - “X17”, anası isə “X7”dır. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, ərizəçinin atası X3 1913-cü ildə Gəncə şəhərində doğulması faktı müəyyən edilməli, ata qrafasında - “X17”, ana qrafasında “X7” yazılmalı, doğum haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 26 sentyabr 1989-cu il tarixdə vəfat etmiş X3 1913-cü ildə Gəncə şəhərində doğulması faktı müəyyən edilsin. X11 doğum haqqında şəhadətnamənin verilməsi Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Doğum haqqında şəhadətnamə verilərkən ata qrafasında “X17”, ana qrafasında “X7” yazılsın. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-430/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-430/2022
22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver