Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-436/2021 19.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Ramiz oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı Ramiz oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ramiz oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3419 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh obyektinin arxasında yerləşən 2x2-yə olan damı və 2x2-yə olan navesi ona verməsi üçün 3419 manat məbləğində pul vermişdir. Lakin 1 il 6 ay keçməsinə baxmayaraq, nə pulunu, nə də dam və navesi vermək istəmir. Dəfələrlə pulunu istəsə də, hazırki vaxta qədər pulunu qaytarmamışdır. Hesab edir ki, cavabdeh öhdəliyini icra etməmişdir. Odur ki, Cavabdeh 3419 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, mərhum əri onlara məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Səbuhi Xasayev küçəsi, 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv/m olan qeyri-yaşayış binasının ona məxsus hissəsini İddiaçı alqı-satqı müqaviləsi əsasında 5000 manata satmışdır. Satdıqları həmin qeyri-yaşayış sahəsi İddiaçı mülkiyyətinə verilmiş və mərhum əri həmin əmlakın müqabilində 5000 manat pulu İddiaçı götürmüşdür. İddiaçı ona 3419 manat pul verməmiş, ümumiyyətlə onların arasında bununla bağlı hər hansı razılaşma olmamışdır. Qeyd etdiklərini nəzərə alaraq iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı cababdeh tərəfindən hər hansı əmlakın ona verilməsi üçün cavabdehə 3419 manat pul verdiyini iddia etsə də, irəli sürdüyü tələblə bağlı istinad etdiyi hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və tələbində göstərdiyi hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün onun iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-436/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-436/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver