Məhkəmə qərarları › İş №2(044)-436/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-436/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-436/2022 16.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 1784.70 manat məbləğində əsas kredit borcunun, 06.12.2021-ci il tarixə 15.89 manat məbləğində hesablanmış faiz borcunun, ümumilikdə 1800.59 manat kredit borcun və 38.01 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən ona illik 1 faiz dərəcəsi ilə 1785.15 manat məbləğində kredit verilmiş və o, 60 ay müddətində kreditin əsas məbləği və ona illik 1 % dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməsini öhdəsinə götürmüşdür. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Hal – hazırda cavabdehin iddiaçıya 1784.70 manat məbləğində əsas kredit borcunun, 06.12.2021-ci il tarixə 15.89 manat məbləğində hesablanmış faiz borcunun, ümumilikdə 1800.59 manat kredit borcu vardır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği iddiaçıya ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxmağı və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - 17.12.2019-cu il tarixli ******* problemli kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC 1785.15 manat məbləğində Cavabdeh kredit verilmiş, sonuncu isə istifadə etmiş olduğu vəsaiti və ona hesablanmış faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. - 06.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Banka bağladığı 17 dekabr 2019-cu il tarixli, ******* № li kredit müqaviləsi üzrə 06.12.2021-ci il tarixə ödənilmiş əsas borcu 0.45 manat, ödənilmiş faiz borcu 19.55 manat, son ödəniş tarixi və məbləği 18.01.2021-ci il 1.45 manat, iddia qaldırılan günə əsas kredit borcu 1784.70 manat, 06 dekabr 2021-ci il tarixə faiz borcu 15.89 manat, borc üzrə iddia tələbinin məbləği cəmi 1800.59 manat təşkil edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki halları ilə müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də iddiaçının cavabdehdən borcun ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, İddiaçı Açıq Səhdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehdən əsas borc üzrə 1784.70 manat, 06.12.2021-ci il tarixə faiz borcu üzrə 15.89 manat, cəmi 1800.59 manat kredit borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş 38.01 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Açıq Səhdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 1784.70 manat, faiz borcu üzrə 15.89 manat, cəmi 1800 (min səkkiz yüz) manat 59 (əlli doqquz) qəpik məbləğində borc və 38 (otuz səkkiz) manat 01 (bir) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar