Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-441/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızıl sepin və sırqanın dəyərinin, yəni 3400 manat pulun, dəmir girişçıxış qapının dəyərinin, yəni 100 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Cavabdeh küçədə əlində bel, sərxoş halda görmüş, İsa onu görən kimi heç bir səbəb olmadan onu söyüb təhqir edərək dalaşmağa başlamışdır. O da İsaya niyə belə etdiyini soruşanda İsa əsəbiləşmiş və əlindəki bellə onun evinin giriş qapısını vurub yararsız hala salmışdır. Sonra onu vurmaq istəyəndə əlini qabağa tutmuş və bel alnına dəymişdir. Bu vaxt İsanın qardaşı Ceyhun onları aralamış və o, evlərinə gələndən sonra üstündə olan 2000 manat dəyərində, 583 əyyarlı qızıldan hazırlanmış, 30,5 qram çəkidə olan sepi və 1400 manat dəyərində olan 583 əyyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan bir cüt ortası sapfir, kənarları brilyant qaşlı (1,2 karat) sırğası itmişdir. Küçəyə çıxıb axtarsa da, tapa bilməmiş və Cavabdeh qızıllarını istəmiş, İsa isə onu söyərək heç nə bilmədiyini demişdir. Hazırda Cavabdeh qızıl sepin və sırqanın dəyərinin, yəni 3400 manat pulun, dəmir giriş-çıxış qapının dəyərinin, yəni 100 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə qonşudurlar, aralarında daima narazılıqlar olur, hətta bir dəfə iddiaçı ondan polisə şikayət etmiş, lakin material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda da iddiaçı ona şər atır, onun İddiaçı qızıllarından xəbəri yoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh ilə aralarında olan dava-dalaş zamanı onun 3400 manat dəyərində olan qızıl sepi və sırqası itmiş, həmçinin həmin dava-dalaş zamanı cavabdehin onun dəmir qapısını əzməsi nəticəsində ona 100 manat zərər dəymişdir. Lakin İddiaçı irəli sürdüyü tələblə bağlı istinad etdiyi hallara dair hər hansı sübutlar məhkəməyə təqdim edə bilməmişdir. İş materiallrına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir. İddiaçı iddia tələbi ilə bağlı həmin qərara istinad etsə də, həmin qərarda Cavabdeh ilə aralarında olan dava-dalaş zamanı onun 3400 manat dəyərində olan qızıl sepinin və sırqasının itməsini, həmçinin cavabdehin onun dəmir qapısını əzməsi nəticəsində ona 100 manat zərər dəyməsini təsdiq edən hər hansı məlumatlar öz əksini tapmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Qanunvericiliyinə əsasən hər bir tərəf məhkəmədə irəli sürdüyü öz tələblərini və etirazlarını əsaslandırmalı, öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutemə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı irəli sürdüyü iddia tələbi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilmədiyi və tələbində göstərdiyi hallar məhkəmə tədqiqi zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığı üçün onun iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-441/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-441/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver