Məhkəmə qərarları › İş №2(044)-450/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-450/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-450/2022 25.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi ilə, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomaşına dair alqı- satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomaşının üzərindən bütün məhdudiyyətlərin götürülməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «avtomaşına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və avtomaşının üzərindən bütün məhdudiyyətlərin götürülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə aralarında “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair bağlanmış alqı-satqı müqaviləsinin tanınması, onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilməsi, “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29.06.2021-ci il tarixdə onun istifadəsində və idarəçiliyində olan “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı (buraxılış ili 2013, BAN: KNALN414BES120211, mühərrik: G6DC031516) avtomobilini o, Cavabdeh2 dəyərini tam şəkildə, yəni razılaşdıqları kimi 32000 (otuz iki min) manat məbləğində ödəniş etməklə almış və Cavabdeh2 ilə aralarında şifahi olaraq alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh2 “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair 29.06.2021-ci il tarixdə Cavabdeh1 və 17.09.2021-ci il tarixdə ona etibarnamə vermişdir. Hazırda onun həmin şəxsləri iddia tələbi üzrə cavabdeh kimi göstərməkdə məqsədi, həmin şəxslərin gələcəkdə ona qarşı mübahisə predmeti olan “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair olacaq və ya yaradıla biləcək problemlərin qarşısının alınmasıdır. O, hazırda istifadəsində və idarəçiliyində olan “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair olan istifadə və sərəncam vermək hüququnu rəsmiləşdirmək üçün aidiyyəti orqana müraciət etmiş, lakin “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobili nəzarətə götürüldüyündən bu mümkün olmamışdır. Bu səbəbdən də o, hazırda istifadədə və sahibliyində olan “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə olan istifadə və sərəncam vermək hüququndan məhrum edilmişdir. İddiaçının nümayəndəsi, vəkil X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, özünə məxsus “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı ilə şifahi razılaşaraq 32000 manata satmış və İddiaçı 17.09.2021-ci il tarixdə etibarnamə vermişdir. Hazırda onların arasında heç bir mübahisə yoxdur. Məhkəmə tərəfindən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsindən görünür ki, İddiaçı verilmiş sürücülük vəsiqəsi 15.09.2021-ci il tarixdən 15.09.2031-ci il tarixədək etibarlıdır. 29.06.2021-ci il tarixli ƏN-Vİİ 833086 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair 29.06.2021-ci il tarixdə Cavabdeh1 bir il müddətinə etibarnamə vermişdir. 17.09.2021-ci il tarixli ƏN-V 772607 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair 17.09.2021-ci il tarixdə İddiaçı 09 ay 12 gün müddətinə etibarnamə vermişdir. 06.03.2021-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X2 ilə Cavabdeh1 arasında Gəncə şəhəri, X5 küçəsi, 42 saylı ünvanda 5 il müddətinə qalmaq üçün kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə iclası zamanı araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh2 “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilini İddiaçı ilə şifahi razılaşaraq 32000 manata satmış və 29.06.2021-ci il tarixdə Cavabdeh1 və 17.09.2021-ci il tarixdə İddiaçı etibarnamə vermişdir. Hazırda həmin nəqliyyat vasitəsinin üzərinə məhdudiyyət qoyulduğundan iddiaçı avtomobilə olan istifadə və sərəncam hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məclləsinin 157.1-ci madəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtyarı vardır. Həmin Məcəllənin 158.4-cü maddəsinin tələbinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1-ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirmənin onun mülkiyyətçi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı nəqliyyat vasitəsinin dəyərini ödəyərək, onu faktiki mülkiyyətinə qəbul etdiyindən, avtomaşına mövcud vəziyyətdə vicdanlı sahibliyi həyata keçirdiyindən, onun əmlak hüquqları istənilən şəxs, o, cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının nəqliyyat vasitəsi üzərində malik olduğu hüquqlarının müdafəsini təmin etmək məqsədi ilə nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətlər götürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinin tələbinə görə alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında müəyyən edildi ki, nəqliyyat vasitəsi mülkiyyətçinin etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən İddiaçı avtomaşın verilmiş olsa da, faktiki olaraq onlar arasında alqı-satqı müqaviləsi bağlanmış və daşınar əmlak Cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətinə verilmiş və bunun əvəzində İddiaçı nəqliyyat vasitəsinin dəyərini ödəmişdir. Göründüyü kimi tərəflər arasında nəqliyyat vasitəsinə görə faktiki alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci madəsinin tələbinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 405.1-ci maddəsinin tələbinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlamış sayılır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ilə Cavabdeh2 arasında “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair bağlanmış alqı-satqı müqaviləsi tanınmalı, iddiaçının adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilməli, “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş bütün məhdudiyyətlər götürülməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilinə dair bağlanmış alqı-satqı müqaviləsi tanınsın. İddiaçı adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinə həvalə edilsin. “KİA CADENZA” minik markalı ** LZ *** Dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş bütün məhdudiyyətlər götürülsün. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar