Məhkəmə qərarları › İş №2(044)-470/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-470/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-470/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkləməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 85.5 manat, faiz borcu üzrə 17.49 manat, müqavilə müddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 10.88 manat, cəmi 113.87 manat və ödənilmiş 20 manat dövlət rüsumunun,40 manat bank xidmət haqqının tutularaq «xxxx» ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» ASC-nin Gəncə filialı ilə cavabdeh X7 arasında bağlanmış 5-xx.xx.2015-SM124 saylı xx.xx.2015-ci il tarixli kredit müqaqviləsinə əsasən X6 36 ay müddətinə 2150 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlərdən X7 vəfat etmiş və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmiş, nəticədə gecikdirilmiş borc nəticəsində cərimə borcu hesablanmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə mərhum anası X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaqviləsinə əsasən X6 36 ay müddətinə 2150 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi iddiaçı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Onun anası X7 vəfat etmişdir və o, iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 5-xx.xx.2015-SM124 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, «xxxx» ASC tərəfindən X6 36 ay müddətinə 2150 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi «xxxx» ASC ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli 920 saylı maliyyə arayışından görünür ki, X4 banka əsas borc üzrə 85.5 manat, faiz borcu üzrə 17.49 manat, müqaviləmüddəti bitəndən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 10.88 manat, cəmi 113.87 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, X2 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Odur ki, zamin Cavabdeh öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 85.5 manat, faiz borcu üzrə 17.49 manat, cəmi 102.99 manat və ödənilmiş 20 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı tutularaq «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 85.5 manat, faiz borcu üzrə 17.49 manat, cəmi 102.99 manat və ödənilmiş 20 manat dövlət rüsumu, 40 qəpik xidmət haqqı tutularaq «xxxx» ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar