Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-479/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərəkCavabdeh 5756 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onun istifadəsində olan Nissan X-trail markalı, 99EJ123 dövlət qeydiyyat nişanlı avtomobilin mühərriki yağ yediyi üçün o, həmin avtomobili mühərrik ustası Cavabdeh yanına aparmışdır. Cavabdeh Vaqif Həsəov mühərriki düzəltməyi öhdəsinə götürərək ondan əlmuzdu olaraq 600 manat pul istəmiş və o, xx.xx.2019-cu il tarixdə sonuncuya 450 manat pul verərək avtomibili təhvil vermiş, qalan pulu isə avtomobil düzəldikdən sonra verəcəyini bildirmişdir. Təxminən 3 ay sonra 2019-cu ilin may ayında cavabdeh zəng edərək avtomobilin hazır olduğunu bildirmişdir. O, avtomobili götürməyə gedərkən avtomobilin hazır olmadığını, avtomobilin elektrik avandanlığının, alışdırıcısının səhv qoşulduğunu görmüşdür. Avtomobilin mühərriki işə düşmədiyi üçün cavabdeh qoşqu ilə onun avtomobilini dartaraq işə salmaq istəmiş, nəticədə avtomobilin bir neçə ehtiyat hissəsi sıradan çıxmışdır. Həmin ehtiyat hissələrinin ümumi dəyəri 5306 manat təşkil edir, həmin hissələrin avtomobilə quraşdırılması üçün isə əlmuzdu olaraq 450 manat lazımdır. Bununla da cavabdehin əməli nəticəsində ona 5756 manat ziyan dəymişdir. O, cavabdehdən dəfələrlə dəymiş ziyanın ödənilməsini tələb etsə də, sonuncu bundan imtina etmişdir. O, xx.xx.2019-cu il tarixdə cavabdeh barəsində polis idarəsinə şikayət etmiş, ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Sonda iddiaçı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraata baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Mülki iş materiallarında olan fiziki şəxs X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Nissan X-trail markalı, 99EX123 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə dəymiş ziyan 5306 manat, həmin hissələrin quraşdırılmasına 450 manat hesablanmışdır. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddiatəmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. İşin faktiki halları ilə təsdiq olunur ki, iddiaçı avtomobilin mühərrikini təmir etmək məqsədi ilə cavabdehə təhvil vermiş, cavabdehin diqqətsizliyi üzündən iddiaçının avtomobilinin ehtiyyat hissələri zədələnmişdir. Buna görə də iddiaçının cavabdehdən dəymiş zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüquq vardır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 5756 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5756 (beş min yeddi yüz əlli altı) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonar 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün X3 Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-479/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-479/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver