Məhkəmə qərarları › İş №2(044)-481/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-481/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-481/2021 15.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7146 (yeddi min bir yüz qırx altı) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun oğlu Rauf Həmzəyev və qızı Gözəl Həmzəyeva cavabdehin əvvəllər işlədiyi sığorta şirkətində işləmiş və o, Cavabdeh həmin vaxtlardan tanımış, münasibətləri və bir-birlərinə inamları yaxşı olmuşdur. 2019-cu ilin mart ayında cavabdeh işində problemi olduğunu bildirərək ona 13000 manat pula ehtiyacı olduğunu və borc olaraq kömək etməsini bildirmiş, o, isə özündə o, qədər pulun olmamasını və yalnız kredit təşkilatlarından götürüb ona kömək edə biləcəyini bildirmişdir. O, özünə məxsus qızıl əşyalarının "xxxx" MMC-yə girov qoyaraq oradan götürdüyü kreditin üzərinə 54 manat qoyaraq cavabdehə vermiş, cavabdeh həmin pulun 8500 manatını ona bir il müddət ərzində ödəmiş, qalan pulu isə ödəməmiş və nəticədə o, lombarddan götürüb cavabdehə verdiyi pulun ödənilməsinə əlavə olaraq gecikmə günləri daxil olmaqla 2773 manat faiz və 4500 manat əsas borcu ödəyərək tam borcu bağlamışdır. Hazırda cavabdeh ona maddi zərər vuraraq hazırkı vaxtadək həmin pulları yəni, həm ona olan borcunu və faizi ödəməkdən yayınmışdır. Cavabdeh əsassız olaraq ondan götürdüyü pulla varlanaraq özünün işinin xeyrini görmüş, onu isə maddi ziyana salmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmənin 09.03.2021-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə Cavabdeh ona 1400 manat məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin ona 5746 manat məbləğində borcu qalmışdır. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 18.09.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı qızının şikayəti əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş A823 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı qızı tərəfindən 18.03.2020-ci il tarixdə 12 ay müddətinə götürdüyü 7146 manat məbləğində kredit puluna görə "xxxx" MMC-nə 8614.82 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 18.03.2020-ci il tarixli 00020451 saylı qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı qızına məxsus 8733.37 manat dəyərində qızıl-zinət əşyaları "xxxx" MMC-yə girov qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 18.03.2020-ci il tarixli A 823 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı qızına 12 ay müddətinə götürdüyü 7146 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş A 667 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı qızı tərəfindən 11.03.2019-cu il tarixdə 12 ay müddətinə götürdüyü 12146 manat məbləğində kredit puluna görə Fərid Rəhimova 14642.55 manat məbləğində ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş 11.03.2019-cu il tarixli 00030541 saylı qiymətləndirmə və təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı məxsus 12146.09 manat dəyərində qızıl-zinət əşyaları "xxxx" MMC-yə girov qoyulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətini təşkil edən 5746 (beş min yeddi yüz qırx altı) manat məbləğində pulu qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuş. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən tənmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 5746 (beş min yeddi yüz qırx altı) manat tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5746 (beş min yeddi yüz qırx altı) manat tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödınilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar