Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-500/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı «dəymiş maddi ziyanınm ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı «dəymiş maddi ziyanınm ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5934.57 manatməbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 5964.57 manat pulun məcburi qydada tutularaq “İddiaçı” İB-nin ABB Sabunçu filialı Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİKİBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBA:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2012-ci il tarixli, 2704 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə əsasında Cavabdeh fərdi yaşayış evinin təbii qazla təhciz edərək, həmin ünvana iddiaçının Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 saylı abonent kodu verilmiş, qeyd olunan ünvanda mənzilin təbii qazla təhciz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmış, lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və “X2”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşilmaqla, həmçinin qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı tərəfindənbirliyin balansında və istismarında olan küçə qaz xəttinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Cavabdehə birliyin nümayəndələri tərəfindən 5934.57 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata jkeçirilməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat Verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyi işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiq ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 2704 saylı müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi ilə fərdi istehlakçı Cavabdeh arasında Sabunçu rayonu, Zabrat İİ Şahbazov ev 27 ünvana dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “İddiaçı” İstehsalat Birliyi tərəfindən istehlakçı Cavabdeh istifadəsində olan Sabunçu rayonu, Zabrat İİ Şahbazov ev 27 ünvanda itirilmiş təbii qazın dəyəri, xx.xx.2017-ci il tarixdə 4226 kub.m, xx.xx.2017-ci il tarixdə1296 kub.m, xx.xx.2017-ci il tarixdə 216 kub.m, xx.xx.2017-ci il tarixdə 1411 kub.m, xx.xx.2018-ci il tarixdə 2067 kub.m, xx.xx.2018-ci il tarixdə 2251 kub.m, xx.xx.2018-ci nil tarixdə 690 kub.m, xx.xx.2018-ci il tarixdə 1231 kub.m, xx.xx.2018-ci il tarixdə 546 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2018-ci il tarixdə 648 kub.m, xx.xx.2019-cu il tarixdə 1098 kub.m, xx.xx.2019-cu il tarixdə 648 kub.m, xx.xx.2019-cu il tarixdə1008 kubm, xx.xx.2019-cu il tarixdə 1008 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 324 kub.m, xx.xx.2019-cu il tarixdə 1008 kub.m, xx.xx.2019-cu il tarixdə 2520 kub.m, xx.xx.2020-ci il tarixdə 2520 kub.m, xx.xx.2020-ci il tarixdə 2952 kub.m, xx.xx.2020-ci il tarixdə 2520 kub.m və xx.xx.2020-ci il tarixdə 504 kub.m olduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan Sabunçu rayonu, Zabrat İİ Şahbazov ev 27 ünvana baxış keçirilən zaman qaz sayğacının hesablama mexanizminin plastmas örtüyü açılmış, ana platada kənar təsir izi aşkar olunduğu müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan Sabunçu rayonu, Zabrat İİ Şahbazov ev 27 ünvana baxış keçirilən zaman abonent sayğacdan kənar rezin boru ilə qeyri-qanuni istifadə etməsi müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli 0166692, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* sayl, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı Aktın surətindən görünür ki, istehlakçı Cavabdeh istifadəsində, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı Aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixdə ******* saylı Aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh istifadəsində olan Sabunçu rayonu, Zabrat Şahbazov ev 27 ünvana baxış keçirilən zaman abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Sabunçu rayonu, Zabrat - Şahbazov ev 27 ünvanda Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi nəticəsində 5934.57 manat məbləğində iddiaçıya ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən Sabunçu rayonu, Zabrat Şahbazov ev 27 ünvanda təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadəyə görə hesablanmış 5934.57 (beş min doqquz yüz otuz dörd manat əlli yeddi qəpik) manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5934.57 (beş min doqquz yüz otuz dörd manat əlli yeddi qəpik) manat ziyan və və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, “İddiaçı” İB-nin ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilsin. Qiyabi qətnamədən cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-500/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-500/2021
10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver