Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-51/2020 05.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank «xxx» ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank «xxx» ASC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il taruixli 540 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2018-ci il tarixinə olan əsas borc üzrə 38416.55 manat, faiz borcu üzrə 1353.36 manat, 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, cəmi 39769.91 manat və 60.40 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı Bank «xxx» ASC-nin xeyrinə tutulması, cavabdehlər X6 və Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli 540 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı fərdi yaşayış evinə və 0.0246 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər X2 və Cavabdeh2 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxardılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlər X6 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehlərə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 288 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 40000 manat məbləğində, aylıq əsaslarla qaytarmaq şərti ilə kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixdə “xxxxxxxxx” ASC ilə və satıcı X9 ilə 540 saylı alqısatqı və ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə və xx.xx.2015-ci il tarixli arayışa əsasən, ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 45.8 kv.m olan, Gəncə şəhəri, Nizami Rayonu, Bayan küçəsi, 91 saylı ünvanda mülkiyyətində olan 0.0246 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmiş, satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 50000 manat qiymətləndirilmiş, fərdi yaşayış evinin dəyərinin 10000 manatı alıcı-ipotekaya qoyanın özü tərəfindən, 40000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. Alıcı-ipotekaya qoyan satılan fərdi yaşayış evi bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla kreditor-ipoteka saxlayan arasında bağlanmış xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Cavabdehlərin xx.xx.2018-ci il tarixinə hesablanmış əsas borc üzrə 38416.55 manat, faiz borcu üzrə 1353.36 manat, cəmi 39769.91 manat təşkil edir. xx.xx.2016-cı il tarixdə X5 Palatasının müvafiq qərarına əsasən “xxxxxxxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziya ləğv edilmişdir. Azərbaycan İpoteka fondu ASC-ilə Bank “xxx” ASC arasında imzalanmış xx.xx.2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq xx.xx.2016-cı il tarixli 31- 2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxxxxxxx” ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş ipoteka kreditləri Bank “xxx” ASC-nə təhkim edilmişdir. Bu barədə cavabdehlərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə onun və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən onlara ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 288 ay müddətinə 40000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə onların arasında, xx.xx.2015-ci il tarixdə “xxxxxxxxx” ASC ilə və satıcı X9 ilə 540 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. həmin müqaviləyə əsasən, ümumi sahəsi 76 kv.m, yaşayış sahəsi 45.8 kv.m olan, Gəncə şəhəri, Nizami Rayonu, Bayan küçəsi, 91 saylı ünvanda mülkiyyətində olan 0.0246 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi onun mülkiyyətinə verilmişdir. O, ilk vax ödənişlər etmiş, lakin sonradan həyat yoldaşı xəstə olduğundan, onun müalicəsi üçün pul xərclədiyindən, maddi vəziyyəti pisləşmiş və banka olan borcundan ödənişlər edə bilməmişdir. Bank tərəfindən onun borcu qrafikə salınarsa o, maddi imkanını düzəldib ödənişlər edə bilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən X4 və Cavabdeh2 288 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli 540 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxx” ASC tərəfindən X6 və Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin təmini kimi Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvanda mülkiyyətində olan 0.0246 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka qoyulmuşdur. xx.xx.2015-ci il tarixəi ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvan “xxxxxxxxx” ASC-nə ipoteka qoyulmuşdur. xx.xx.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvan Cavabdeh1 adına qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon VVADQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə Süleymanova (Əmrahova) Elnurə Elman qızının nikahları xx xxxxxxx 2011-ci il tarixdə bağlanmışdır. xx.xx.2015-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə, X7 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvanda, istifadədə olan 0.0246 ha torpaq sahəsində yerləşən, 2 otaqlı fərdi yaşayış evinin əri Cavabdeh1 tərəfindən alınmasına və “xxxxxxxxx” ASC-nə ipoteka qoyulmasına razılıq vermişdir. Alqı-satqı və ipoteka müqvailəsinin şərtləri ilə tanışdır və banka olan kredit öhdəliyi ödənilmədiy təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin mənzilə yönəldilməsinə razıdır və bu halda Bankın tələbinə əsasən mənzili könüllü boşaltmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə Cavabdeh3 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə, X7 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvanda yerləşən fərdi yaşayış evinin satılmasına, özgəninkiləşdirilməsinə, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka qoyulmasına, həmçinin sair qaydada üzərində sərəncam verilməsinə etiraz etməmişdir. Mülkiyyətçiyə qarşı heç bir iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 284 saylı rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişləri özündə əks etdirən arayış məlumatları, xx.xx.2015-ci il tarixli 540 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh1 iddia tələbinin tarixinə, yəni xx.xx.2018-ci il tarixinə iddiaçı Bank “xxx” ASC-nə olan borcu 39769.91 manat, əsas borc üzrə 38416.55 manat, faiz borcu üzrə 1353.36 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli Ç-535 saylı “xxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirməsinə dair hesabatdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı ünvanda, istifadədə olan 0.0246 ha torpaq sahəsində yerləşən, 2 otaqlı fərdi yaşayış evinin hazırkı bazar dəyəri 50000 (əlli min) manat təşkil edir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X11 tərəfindən verilmiş məktubdan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 116,117 və 118-ci maddələrinə müvafiq olaraq mühəndis-qiymətləndirici tərəfindən əmlakın qiymətləndirilməsi vəbu barədə müvafiq rəyin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər X2 və Cavabdeh2 tutulması hissəsinə qiymət verərək hesab edir ki, hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehlərin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, girov predmetinin dəyəri 50000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehlərin iddiaçıya olan borcu isə 39769.91 manat dəyərində müəyyən edilmişdir. Göründüyü kimi girov predmetinin dəyəri faktiki mövcud olan borcun ödənilməsini tam təmin etmək qabliyyətindədir. Məhkəmə iddia tələbinin həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh4 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə və həmin fərdi yaşayış evinin boşaldılması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “xxxxxxxxx” ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il taruixli 540 saylı kredit müqaviləsi ləğv edilməi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 38416.55 manat, faiz borcu üzrə 1353.36 manat, cəmi 39769.91 manat və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank «xxx» ASC-nin xeyrinə tutulması, tutma ipoteka predmetinin təmini kimim Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı fərdi yaşayış evinə və 0.0246 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına banka olan borcun ödənilməsi təmin edilməlidir. İş üzrə xx.xx.2019-cu il tarixli 284 saylı rəyi üzrə məhkəmə ekspertiza xərci 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxxxxxxx” ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il taruixli 540 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 38416.55 manat, faiz borcu üzrə 1353.36 manat, cəmi 39769.91 manat və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank «xxx» ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka predmetinin təmini kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı fərdi yaşayış evinə və 0.0246 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılsın. İlkin satış qiyməti 50000 (əlli min) manat məbləğində qiymətləndirilmiş Gəncə şəhəri, Nizami rayonu, Bayan küçəsi, 91 saylı fərdi yaşayış evinə və 0.0246 ha torpaq sahəsi açıq hərracda satılsın və ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına banka olan cəmi 39769.91 manat və 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank «xxx» ASC-nə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh1 qaytarılsın. İş üzrə xx.xx.2019-cu il tarixli 284 saylı rəyi üzrə məhkəmə ekspertiza xərci 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: STREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, büdcə səviyyəsinin kodu 3, hesab № AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319-a ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-51/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-51/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver