Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-51/2021 12.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada onun xeyrinə, 06R000010566 saylı kredit razılaşması üzrə 7463.46 ABŞ dolları məbləğində kredit borcu, 3041.96 ABŞ dolları məbləğində faiz borcu və 6296.09 ABŞ dolları məbləğində cərimə borcu, 06R000018645 saylı kredit razılaşması üzrə 3320.94 ABŞ dolları məbləğində kredit borcu, 1205.48 ABŞ dolları məbləğində faiz borcu və 2867.4 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24195 ABŞ dolları 33 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 24195 ABŞ dolları 33 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması; Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə, 06R000010566 saylı kredit razılaşması üzrə 7463.46 ABŞ dolları məbləğində kredit borcu, 3041.96 ABŞ dolları məbləğində faiz borcu və 6296.09 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 06R000018645 saylı kredit razılaşması üzrə 3320.94 ABŞ dolları məbləğində kredit borcu, 1205.48 ABŞ dolları məbləğində faiz borcu və 2867.4 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 24195 ABŞ dolları 33 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və 24195 ABŞ dolları 33 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması; Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu mqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 06R000010566 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş panı üzrə hissə hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 06R000010566S saylı, xx.xx.2016-cı il tarixli 06R000010566SA saylı, xx.xx.2016-cı il tarixli 06R000010566SB saylı, xx.xx.2016-cı il tarixli 06R000010566SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır .Cavabdeh1 götürdüyü kedit borcundan 22536.54 ABŞ dolları ödəmiş və onun 7463.46 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bİr gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 515 gün üçün hesablanmış faiz borcu 3041.96 ABŞ dolları təşkil edir.xx.xx.2018-ci il tarixə 515 gün üçün hesablanmış cərimə 6296.09 ABŞ dolları təşkil edir.Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 06R000018645 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6700 ABŞ dolları məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2016-cı il tarixli 06R000018645S saylı, xx.xx.2016-cı il tarixli 06R000018645SA saylı, xx.xx.2016-cı il tarixli 06R000018645SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3379.06 ABŞ dolları ödəmiş və onun 3320.94 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 483 gün üçün hesablanmış faiz borcu 1205.48 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixə 483 gün üçün hesablanmış cərimə 2867.4 ABŞ dolları təşkil edir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2013-cü il tarixli 06M000000963 saylı ipoteka müqaviləsi (Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunun notariusu tərəfindən təsdiq edilib) əsasında mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən 9 №-li reyestr kitabının 69 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kv.m ümumi, 23.8 kv.m yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş xx.xx.2018-ci il tarixdə ünvana çatdırılmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2018-ci il tarixdə Elektron Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin tarixdə idarədə qeydə alınmışdır. İddiaçı “xxxx” QSC ipoteka bildirişlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh3 və Cavabdeh1 arvadı olmuş və o, Cavabdeh1 qarşı Kəpəz Rayon Məhkəməsində iddia qaıdıraraq Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev pr.1-ci döngə 37 nömrəli ünvanda yerləşən 0,0357 ha torpaq sahəsində yerləşən evin 2/3 hissəsində onun payının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin x xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək həmin əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunmaqla evin ½ hissəsinə Cavabdeh3 mülkiyyət payının tanınması qət edilmişdir. Həmin qətnamədən göründüyü kimi, Cavabdeh3 ilə Cavabdeh1 xx.xx.1994-cü ildə nikahlarını rəsmləşdirməklə ailə qurmuş, x xxxxxx 2018-ci il tarixli məhkəmə qətnaməsi ilə də nikahları pozulmuşdur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin x xxxxxxx 2018-ci il tarixli qətnaməsindən sonra Cavabdeh3 tək zamin kimi deyil, həm də ipoteka predmetinin mülkiyyətçisi kimi də məsuliyyət daşıyır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasına dair qətnamə çlxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdikləri ilə razı deyil, belə ki, Cavabdeh1 onun sabiq həyat yoldaşıdır. O, həyat yoldaşı ilə cəmi bir dəfə İddiaçıa gedib kredit götürülməsi üçün razılıq vermişdir. Onun 2-ci dəfə, 2014-cü götürdüyü 6700 ABŞ dollarından xəbəri olmamışdır. Həmin məbləğlə bağlı o, banka getməmiş və heç bir sənədə imza etməmişdir. 2015-ci ilin yaz aylarında onun Samirin bankdan təkrar pul götürdüyü və özü üçün xərclədiyi barədə məlumatı olmuşdur. Həmin vaxt Samir özü də pulu ondan xəbərsiz götürdüyünü etiraf etmişdir. O, bank işçilərinə onun Bakı şəhərində olduğunu və guya zamin kimi təkrar ona pul verilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra o banka gedib, həmin məsələni aydınlaşdırmışdır. Bank işçiləri ona deymişlər ki, 2-ci kredit pulunun götürülməsinə onun razılığı alınmamışdır. Samir onlara demişdir ki, arvadı Bakıdadır və razılığı vardır. O, samirlə 2014-cü ildən aralarında olan narazılığa görə ayrılmışdır. O, bank işçilərinə onunla arasında olan narazılığı bildirməmiş, bank işçiləri onun iştirakını təmin etmədən ona kredit vermişlər. O, hesab edir ki, bank işçiləri Samirlə qanunsuz razılaşma əldə ediblər. Sonda o iddianın qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək Cavabdeh3 izahatındakı xüsusatları təsdiq etdi və iddianın qismən təmin edilməsini xahiş etdi. Digər Cavabdeh1 məhkəmə iclaslasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış x xxxx 2010-cu il tarixli, 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə 06R000010566 nömrəli Kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2% dərəcəsi ilə 36 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2015-ci il tarixli, 06R000010566S nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2013-cü il tarixdə bağlanmış 06R000010566 kredit razılaşmasının ayrılmaz hissəsi olan xx xxxxx 2013-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan xx xxxx 2015-ci il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Kredit alanın yeni ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı yeni ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq sayda olduqda yeni ödəniş planı üzrə 0 faiz hesablanmış aylar üzrə kreditin qalıq məbləğlərinə Bank kredit razılaşması ilə müəyyən olunmuş faiz dərəcəsi ilə faizləri hesablayaraq kredit alandan tələb edə bilər və bu halda kredit alan həmin faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli, 06R000010566SA nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2013-cü il tarixdə bağlanmış 06R000010566 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.4167 faiz dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən aylıq 0 faiz ilə hesablanır və xx xxxx 2016-cı il tarixə qədər banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 649 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli, 06R000010566SB nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2013-cü il tarixdə bağlanmış 06R000010566 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 1734.72 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016cı il tarixli, 06R000010566SC nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxx 2013-cü il tarixdə bağlanmış 06R000010566 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2018-ci il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 1918.64 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış x xxxx 2010-cu il tarixli, 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə 06R000018645 nömrəli Kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 2% dərəcəsi ilə 36 ay müddətinə 6700 ABŞ dolları məbləğində kredit verilmişdir. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında x xxxx 2016-cı il tarixli, 06R000018645S nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 06R000018645 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.75 faiz dərəcəsi ilə faizlər hesablanır. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 324.80 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxx 2016-cı il tarixli, 06R000018645SA nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 20143-cü il tarixdə bağlanmış 06R000018645 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 845.76 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx xxxxxx 2016cı il tarixli, 06R000018645SB nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx xxxx 2010-cu il tarixli 06L000002377 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2014-cü il tarixdə bağlanmış 06R000018645 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx xxxxxx 2016-cı il tarixli ödəniş planına uyğun olaraq Banka ödəməlidir. Kredit alan ödəniş planı üzrə aylıq ödənişi 7 təqdim günündən artıq gecikdirdikə hər gecikdirilən gün üçün Bank kreditin qalıq məbləğində bu sazişdən əvvəl kredit razılaşması ilə nəzərdə tutulmuş aylıq faiz dərəcəsi ilə faizlər hesablaya və kredit alandan tələb edə bilər. Bank tərəfdən belə bir tələb olduqda kredit alan dərhal bu bənd üzrə hesablanmış faizləri də Banka ödəməyi öhdəsinə götürüb. Kredit alanın müraciətinə əsasən Bank hesablanmış faiz məbləğinə yenidən baxa bilər. Kredit alan ödəniş planı üzrə sonuncu aylıq ödənişi edə bilmədikdə restruktizasiya üçün Banka müraciət edə bilər, Bank isə restrukturizasiya ilə bağlı tətbiq etdiyi qaydalar çərçivəsində müvafiq restrukturizasiyanı etməlidir. Kredit alanın ödəniş planı üzrə ödənişləri gecikdirdiyi günlərin ümumi sayı ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda Bank bu ödəniş planında qeyd olunmuş 906.87 ABŞ dolları məbləğində ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürmüşdür. - xx xxxxxx 2011-ci il tarixli, 06S000006502 və 06S000006503 saylı zaminlik müqavilələrindən görünür ki, x xxxx 2010-cu il tarixdə 06L000002377 saylı kredit xətti müqaviləsinin və həmin müqavilənin ayrılmaz hissəsi olan Kredit razılaşmalarının təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər Bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - xx.xx.2018-ci il maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 06R000010566 saylı xx.xx.2013-cü il tarixli kredit razılaşması üzrə İddiaçı KB QSC-yə 7463.46 ABŞ dolları əsas borc, 3041.96 ABŞ dolları faiz borcu, 6296.09 ABŞ dolları cərimə borcu ümumilikdə 16801.51 ABŞ dolları borcu vardır. - xx.xx.2018-ci il və xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kredit müqavilələri üzrə borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. - 06M000000963 saylı ipoteka müqaviləsindən görünür ki, xx xxxxx 2013-cü il tarixdə xx.xx.2010-cu il tarixli, 06L000002377 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi evinə tutmanın yönəldilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. - İddiaçıQSC-nin xx.xx.2018-ci il tarixli ərizəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışın surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət qəbul edilmişdir. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)- 3665/2018 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(104)- 1408/2019 saylı qətnamələrindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, H.Əliyev prospekti, 1-ci döngə, 37 saylı ünvanda yerləşən fərdi yaşayış evi ərarvadın ümumi birgə mülkiyyəti hesab olunmuş və evin ½ hissəsinə Cavabdeh3 mülkiyyət payı tanınmışdır. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit razılaşmasına əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(044)-498/2019 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx xxxxx 2020-ci il tarixli, 5117 saylı rəyində qeyd olunmuşdur ki, xx xxxxx 2013-cü il tarixli, 06R000010566 saylı kredt razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx xxxxx 2013-cü il tarixli, 06R000010566 saylı kredit razılaşması; xx xxxx 2015-ci il tarixli saziş; xx xxxx 2016-cı il tarixli saziş və xx xxxxxx 2016-cı il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia tarixinə) banka olan borcu 10.505,42 ABŞ dolları məbləğində müəyyən olunur (əsas borc üzrə 7463.46 ABŞ dolları, faiz borcu üzrə 3041.96 ABŞ dolları), xx xxxxxx 2014-cü il tarixli, 06R00001845 saylı kredit razılaşması üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları; xx xxxxxx 2014-cü il tarixli, 06R000018645 saylı kredit razılaşması; xx xxxx 2016-cı il tarixli saziş; xx xxxx 2016-cı il tarixli saziş və xx xxxxxx 2016-cı il tarixli sazişin şərtlərinə müvafiq olaraq Cavabdeh1 xx.xx.2018-ci il tarixə (iddia tarixinə) banka olan borcu 4526.42 ABŞ dolları məbləğində müəyyən olunur (əsas borc üzrə 3320,94 ABŞ dolları, faiz borcu üzrə 1205,48 ABŞ dolları). Beləliklə, müəyyən edilmişdir ki, xx xxxxx 2013-cü və xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə ekspert rəyi ilə müəyyən edilmiş borcunun məbləği iddia ərizəsinə əlavədə göstərilmiş məbləğlə eynidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə 06R000010566 saylı kredit razılaşması üzrə cərimə azaldılaraq 7 ABŞ dolları, 06R000018645 saylı kredit razılaşması üzrə 3 ABŞ dolları müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlar da iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş: - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan mənzilin ilkin satış (likvid) qiymətinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(044)- 78/2020 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci 01/646 saylı rəyində göstərilmişdir ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 42000 manat, likvid dəyəri 36000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakların satış (likvid) qiyməti müəyyən edildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetləri satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin əmlakı boşaldaraq çıxmalıdılar. Bununla belə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış ünvanına istifadə hüquqlarının itirilməsinə dair iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 06R000010566 nömrəli Kredit Razılaşması üzrə 7463,46 ABŞ dolları məbləğində kredit borcu, 3041,96 ABŞ dolları məbləğində faiz borcu və 7 ABŞ dolları məbləğində cərimə borcu, 06R000018645 nömrəli Kredit Razılaşması üzrə 3320,94 ABŞ dolları məbləğində kredit, 1205,48 ABŞ dolları məbləğində faiz və 3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 15041.84 ABŞ dolları məbləğində borc tutulmalı, tələb Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətində olan Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 36000 manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə ümumi qaydada tutulmalı, həmin əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin evdən çıxarılaraq boşaldılıb alıcıya təhvil verilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqları müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 06R000010566 nömrəli Kredit Razılaşması üzrə 7463,46 ABŞ dolları məbləğində kredit borcu, 3041,96 ABŞ dolları məbləğində faiz borcu və 7 ABŞ dolları məbləğində cərimə borcu, 06R000018645 nömrəli Kredit Razılaşması üzrə 3320,94 ABŞ dolları məbləğində kredit borcu olmaqla, 1205,48 ABŞ dolları məbləğində faiz borcu və 3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 15041 (on beş min qırx bir) ABŞ dolları 84 (səksən dörd) sent məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Tələb Cavabdeh1 və Cavabdeh3 birgə mülkiyyətindəki Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə olan 0.0357 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə ümumi qaydada tutulsun. İpoteka predmeti olan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 1-ci döngədə mülkiyyətində olan 0.0357 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 23.8 kvatrat metr yaşayış sahəsindən ibarət 37 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 36000 manat müəyyən edilsin. İpoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin əmlakdan çıxarılaraq, həmin əmlak boşaldılıb alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 (on beş) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 21 (iyirmi bir) manat xidmət haqqları müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-51/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-51/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver