Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-536/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı Gəncə şəhəri İddiaçı nümayəndəsi X2, cavabdeh X3 iştirakı ilə, iddiaçı Gəncə şəhər İddiaçı cavabdeh X4 qarşı vurulmuş maddi ziyanın tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhər İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ev siqnal ötürücüsünü yararsız vəziyyətə salındığına görə, ondan dəyəri 108.32 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdişdir ki, Cavabdeh Gəncə şəhər Kəpəz Rayon Məhkəməsiının 1(043)-116/2018 nömrəli, 09.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cı maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi və cəza müddəti 30.08.2020-ci il tarixdə başa çatmışdır. Cəza çəkdiyi müddətdə ona elektron nəzarət vasitələri tətbiq edilərək yaşadığı ünvana iki ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Həmin vaxt elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələr itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinın Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. 30.08.2020-ci il tarixdə cəzasının başa çatması ilə bağlı olaraq elektron nəzarət vasitələri ondan təhvil alınarkən ev siqnal ötürücüsünün zədələndiyi və yarasız vəziyyətə düşdüyü müəyyən edilmiş, lakin icra məmuru tərəfindən bu barədə protkol və ya akt tərtib edilməmişdir. Ev siqnal ötürücüsünün zədələnməsi barədə 21.01.2021-ci il tarixdə İDRAK texnoloji transfer MMC tərəfindən verilmiş texniki rəy alınmışdır. Ev siqnal ötürücüsünün dəyərinin könüllü olaraq ödənilməsi barədə 11.08.2021-ci il tarixdə Cavabdeh ünvanına rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq Cavabdeh vurulmuş ziyanı könüllü olaraq ödəməmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına görə ev siqnal ötürücüsünün dəyəri 108.32 manat təşkil edir. Sonda o, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddianı qəbul etməyərək bildirmişdir ki, o, elektron nəzarət vasitəsini icra məmuruna təhvil verərəkən işlək vəziyyətdə olmuş, hər hansı nasazlığı olmamışdır. Əgər o, həmin vasitəni ərizəyə əlavə edilmiş şəkildəki vəziyyətdə təhvil versə idi, icra məmuru ən azından iradını bildirər, ondan təhvil almazdır. O, həmin elektron nəzarət vasitəsinin zədələnməsindən xəbəri yoxdur, ola bilsin o, təhvil verdikdən sonra icra məmuru əlindən salaraq zədələmişdir. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş: - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 9 avqust 2018-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh bu iş üzrə şübhəli şəxs qismində həbsdə saxlandığı, 02 günün bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər, hesablanmaqla, təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 9 avqust 2018-ci il tarixli hökmünün icrası barədə göstəriş Gəncə şəhər İddiaçınə göndərilmişdir. - 13.09.2018-ci il tarixdə Gəncə şəhər İddiaçı icraatında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 09.08.2018-ci il tarixli hökmü ilə 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ayağına sadə elektron qolbağı bağlanmış, mobil nəzarət qurğusu, adapter, kabel, 2 ədəd ev siqnal ötürücü, M.MŞCəfərova təhvil verilmiş, ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən görünür ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş ev siqnal ötürücünün vintləri çıxarılmışdır. (İD: 619). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Çünki iddiaçı cavabdehin təqsiri nəticəsində elektron nəzarət vasitəsinin zədələndiyini bildirsə də, bu barədə məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Belə ki, cavabdehdən elektron nəzarət vasitəsi təhvil alınarkən hər hansı akt və protokol tərtib edilməyərək zədəli və ya işlək vəziyyətdə olması barədə qeyd aparılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən elektron nəzarət vasitəsinin cavabdeh tərəfindən zədələnməsi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Gəncə şəhər İddiaçı cavabdeh X4 qarşı vurulmuş maddi ziyanın tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-536/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-536/2022
26.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver