Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-538/2021 07.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə edilmiş təbii qazın dəyərinə görə 509.00 manat məbləğində pulun və 30.40 manat dövlət rüsumunun, ümumilikdə isə 539.40 manat pulun tutularaq “Azəriqaz” İB-nin ABB 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZE50İBAZ******************** saylı bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsi arasında “Qaz paylayıcısı ilə məişət-qaz qurğusu istifadəçisi arasında 04.06.2020ci il tarixli, MY-231 nömrəli qazın alqı-satqısı barədə” bağlanılmış müqaviləyə əsasən Cavabdeh fərdi yaşayış evi X4 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Lakin Cavabdeh bağlanmış müqavilənin öhdəliklərinə əməl etməmiş və istifadə edilən təbii qazın dəyərini ödəməmişdir. Bunun da nəticəsində istifadə edilən təbii qazın dəyərinə görə cavabdehin “Azəriqaz” İB-nin X4 İstismar İdarəsinə 603.00 (altı yüz üç) manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPMnin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə cavabdehə 18.09.2020-ci il tarixli, XN-01/13-759 saylı məktubla xəbərdarlıq qaydasında müraciət olunmuş və borcun ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən bugünə kimi qismən ödənişlər aparılmış və 19.10.2020-ci il tarixə 509.00 (beş yüz doqquz) manat borcu vardır. Məhkəməyə qədər müddət ərzində cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq-bildirişlərin təqdim edilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X2 məhkəməyə “iddianın predmetinin dəyişdirilməsi”nə dair ərizə təqdim edərək, məhkəməyə qədər Cavabdeh qismən ödəniş edərək “Azəriqaz” İB-nə 451 manat 70 qəpik borcu qaldığını və 451 manat 70 qəpik borcun cavabdehdən tutularaq “Azəriqaz” İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək, “Azəriqaz” İB-nə 451 manat 70 qəpik borcu olduğunu və ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 04.06.2020-ci il tarixli MY-231 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi ilə fərdi istehlakçı Cavabdeh arasında ünvan 1 ünvana dair qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Məhkəmə göstərir ki, hazırda yaranmış mübahisə təbii qazdan istifadə ilə bağlı yaranmış mübahisədir və qanunvericiliyin aşağıdakı maddi hüquq normaları əsasında işin halları təhlil edilməlidir. Nəzərə almaq lazımdır ki, öhdəliklər yaranma əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növə bölünür. Hazırki iş üzrə cavabdehin yaranmış olan öhdəliyi müqavilə öhdəliklərindən qaynaqlanır. Təsadüfi deyildir ki, MM-nin 14.2.1-ci maddəsinə görə, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İş materialları və cavabdehin etirafı ilə müəyyən edilir ki, borclunun hazırda təbii qazdan istifadəyə görə “Azəriqaz” İB-nə olan borcu 451 manat 70 qəpik təşkil edir. Cavabdeh özü də vicdanlılıq prinsipindən yanaşaraq borcunu etiraf etmiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, MPM-nin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə işin göstərilən hallarını, cavabdehin etirafını maddi və prosssual hüquq normaları baxımından qarşılıqlı şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 451 manat 70 qəpik məbləğində pul alınıb iddiaçıya verilməlidir. MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanda quraşdırılmış qaz sayğacından istifadə olunması nəticəsində 451 manat 70 qəpik və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 451.70 (dörd yüz əlli bir manat, yetmiş qəpik) manat və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq, “Azəriqaz” ” İstehsalat Birliyinin ABB 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZE50İBAZ******************** saylı bank hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-538/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-538/2021
07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver