Məhkəmə qərarları › İş №2(044)-541/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-541/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-541/2021 01.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-ti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” MMC-nin əmlakına vurulmuş ziyana görə Cavabdeh 869 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmış, ilkin olaraq cavabdeh xx.xx.2017ci il tarixdə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3 haqqında müqavilə imzalanmış, xx.xx.2018-ci il tarixli 490-K Əmrinə əsasən baş satıcı vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında 105-K saylı əmrlə vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermiş, xx.xx.2020-ci il tarixində Oba-Gəncə 27 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2020-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən 1248 manat məbləğində malın çatışmazlığı məlum olmuşdur. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, lakin hal-hazıradək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı MMC-ninnümayəndəsi X1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədə, işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh Satış əməliyyatları şöbəsi, İddiaçılər şəbəkəsi, satıcı-kassir vəzifəsinə 3 (üç) ay müddətinə işə qəbul edilmişdir. İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 185-K saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2017-ci il tarixinə 3 (üç) aylıq sınaq müddəti müəyyən edilməklə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi əmrı verilmişdir. “X5” MMC-nin xx.xx.2018-ci il tarixli 184-K saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinin İddiaçılər Şəbəkəsinə xx.xx.2018-ci il tarixdən 3(üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 153 manat olmaqla ödənilməsi əmr edilmişdir. “X5” MMC-nin xx.xx.2018-ci il tarixli 490-K saylı əmrindən çıxarışın surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinə xx.xx.2018-ci il tarixdən Adinistrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat olmaqla ödənilməsi əmr edilmişdir. xx.xx.2018-ci il tarixli X3 haqqında müqavilənin surətindən görünür ki, “X5” MMC ilə Cavabdeh ilə X3 haqqında müqqavilə imzalanmışdır. “X5” MMC-nin xx.xx.2020-ci il tarixli 105-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış 3 şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 1248 manat çatışmazlıq müəyyən edilmiş və həmin çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 379 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş və Cavabdeh 869 manat borcu qalmışdır. Borcun etirafı və ödəniş qaydası haqqında xx.xx.2020-ci il tarixli müqaviləsinin surətindən görünür ki, xx.xx.2020-ci tarixində OBA Gəncə 27 (876) mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsinə Cavabdeh 1248.35 manat məbləğində zərər vurması müəyyən edilmiş, tərəflər arasında X3 haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu 1248.35 manat məbləğində Cəmiyyətə zərər vurduğunu tam etiraf etməsi barədə aralarında müqavilə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən 869 manat pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehdən 869 (səkkiz yüz altmış doqquz) manat və 30 manat dövlət rüsumu alınıb, İddiaçı MMC-nə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 869 (səkkiz yüz altmış doqquz) manat və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı MMC-nə verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar