Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-544/2021 08.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "uşaqla görüşə yaradılan maneənin aradan qaldırılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "uşaqla görüşə yaradılan maneənin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə ünsiyyətdə olmaq üçün Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş görüşə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, keçmiş gəlini Cavabdeh ilə oğlu X2 birgə nigahlarından xx.xx.2015-ci il tarixdə Əli adlı uşaqları anadan olmuşdur. Uşaq cavabdehin himayəsində yaşayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-293/20 saylı qətnaməsinə əsasən onlara görüş təyin edilmiş, lakin həmin qətnamə Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ləğv edilmişdir. xx xxxxxxx 2020-ci il tarixdə onlar Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə ilə müraciət etmişlər və Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə qərar qəbul edilməsinə baxmayaraq Cavabdeh bu qərarın həyata keçirilməsinə imkan vermir. Həmçinin nəvələri X1 diqqət göstərmir, təlim-tərbiyəsi ilə məşğul olmur. Nəvələrinin daha sağlam, tərbiyəli, təhsildən uzaqlaşmadan bir həyat keçirməsini təmin etmək məqsədi ilə X5 ilə ünsiyyətə yaradılmış maneənin aradan qaldırılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Odur ki, xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə ünsiyyətdə olmaq üçün Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş görüşə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrı-ayrılıqda iddia tələbini müdafiə etdiklərini, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbi ilə razı olmadığını, uşağın hələki 6 yaşı olduğunu, ana qayğısına ehtiyacı olduğunu, ayda bir dəfə nənə babası ilə ünsiyyətdə olmasına razı olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-293/2020 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı1(baba) və İddiaçı2(nənə) nəvələri xx.xx.2015-ci il təvəllüdlü X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 20:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaq hüququ təmin edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(104)-1973/2020 saylı qərardadından görünür ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-293/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı xx.xx.2015-ci il təvəllüdlü Əli adlı nəvələri ilə ünsiyyət tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № N-15-13S saylı məktubun surətindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına müraciət edərək, nəvələri xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 ilə ünsiyyət hüququnun müəyyən edilməsi barədə köməklik göstərilməsini xahiş etmiş, müraciət Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2019-cu il tarixli iclasında müzakirə edilmiş və Komissiya AR Ailə Məcəlləsinin 61.2 və 62-ci maddələrini rəhbər tutaraq azyaşlı xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X4 nənə və babası ilə hər həftənin şənbə və bazar günləri 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmaları barədə qərar qəbul edilmiş, əlavə olaraq bildirilmişdir ki, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 nənə və babası ilə ünsiyyətdə olmasına şərait yaradılması tələb olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1.-ci maddəsinin tələbinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1.-ci maddəsinin tələbinə görə, baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.2.-ci maddəsinin tələbinə görə, valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə görə, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə,uşaqların tərbiyəsi ilə bağlı iş üzrə məhkəmənin qətnaməsinin icrası mülki prosessual qanunvericiliyə əsasən icra qaydasında yerinə yetirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 74.2-ci maddəsinin tələbinə görə, valideynlər (onları əvəz edən şəxslər) məhkəmə qətnaməsinin icrasına mane olarlarsa, onlar barəsində mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı bəndinə görə, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Məhkəmə həmçinin nəzərə alır ki, uşağın öz yaxın qohumlarını yaxından tanımaq hüququ təmin edilməlidir. Bunun üçün uşağın babası və nənəsi ilə ünsiyyətdə olması zəruridir. Bu ünsiyyət isə uşaqla qohumların bir-birinə tədricən uyğunlaşmaları baxımından mərhələli olmalıdır. Uşaqla birlikdə yaşayan valideyn isə uşağın fiziki və psixi sağlamlığına, əxlaqi inkişafına zərər yetirməyən digər valideynin uşaqla ünsiyyətinə mane olmamalıdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı2 (nənə) və İddiaçı1 (baba) Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qəbul edilmiş qərarına əsasən azyaşlı xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 18:00-dək sərbəst qaydada görüşüb ünsiyyətdə olmalarında uşağın mənafeyinə zidd olan hər hansı bir hal müəyyən olunmadı. Eyni zamanda Cavabdeh tərəfindən bu barədə heç bir sübut təqdim edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə ünsiyyətdə olmaq üçün Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş görüşə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2015-ci il tarixdə anadan olmuş nəvələri X5 ilə ünsiyyətdə olmaq üçün Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş görüşə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddiaçılar tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-544/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-544/2021
08.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver