Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-547/2021 02.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 689 manat əsas borc, 270.77 manat cərimə borcu, cəmi 959.77 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində alqı-satqı müqaviləsi bağlamış, müqavilənin şərtinə görə, dəyəri 1299 manat olan “Proton” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə satılmış və müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 100 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1199 manatı isə hər ay 50 manat olmaqla 24 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtlərini pozaraq xx.xx.2017-ci il tarixdən qalıq borcu ödəməkdən imtina etmiş və nəticədə cavabdehin 959.77 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq börc öhdəliklərini icra etməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci tarixdə məhkəməyə daxil olmuş ərizədə keçiriləcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirərək, keçiriləcək məhkəmə iclaslarında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan işə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 1299 manata “Proton” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları satılmışdır (ilkin ödəniş 100 manat ödəmişdir). xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, “Sual” şirkətinin Gəncə filialı ilə fiziki şəxs İddiaçı müştəri Cavabdeh arasında xx.xx.2016-cı il tarixli M106 saylı kredit müqaviləsi bağlanaraq 24 ay müddətinə, gecikmə olarsa qalıq məbləği 0.1 faiz ödəmək şərti ilə, dəyəri 1299 manat “Proton” modelli su təmizləmə avadanlığı verilmiş, nəticədə Cavabdeh xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 689 manat, cərimə 270.77 manat borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən “SUAL” şirkətində problemli şöbənin rəhbəri vəzifəsində işləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə arasında bağlanmış “Proton” modelli su təmizləmə avadanlığına görə xx.xx.2017-ci il tarixdən ödənilməmiş qalan 689 (altı yüz səksən doqquz) manat əsas borcu, cərimə 5 (beş) manat, cəmi 694 (altı yüz doxsan dörd) manat pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının hüququ müdafiə edilməli və Cavabdeh əsas borc 689 (altı yüz səksən doqquz) manat, cərimə 5 (beş) manat, cəmi 694 (altı yüz doxsan dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əsas borc 689 (altı yüz səksən doqquz) manat, cərimə 5 (beş) manat, cəmi 694 (altı yüz doxsan dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-547/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-547/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver