Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-557/2021 09.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Əlizarə Kamran Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mağazadan xx.xx.2018-ci il tarixə və sonrakı tarixdə “Nisyə alqı-satqı” müqaviləsi üzrə götürülmüş malların ödənilməmiş hissəsi olan 294 manat pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, Gəncə şəhəri Ş.İ.Xətai küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində yerləşən “Xoşbəxtlik” mağazasında əşyaların satışı ilə məşğul olur və onun adına Vergi İdarəsi tərəfindən sahibkarlıq fəaliyyətini təsdiq edən ********** saylı VÖEN açılmışdır. O, mağazada malların satışını həm nəğd, həmdə kredit yolu ilə həyata keçirir. Cavabdeh xx.xx.2018-ci il tarixdə mağazaya gələrək “Nisyə alqı-satqı” müqaviləsinə əsasən dəyəri 927 manat olan bir ədəd J-2/2018 cə J-3/2017 markalı telefonları 12 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Müqavilə əsasında hər ay qrafik üzrə 85.0 manat ödəyəcəyi barədə öhdəlik götürmüş, aylar üzrə 8 ay ödəniş etmiş, bundan sonra mağazadan yenidən həmin qrafiq üzrə etibardan istifadə edərək, dəyəri 100 manat olan “Oyuks” tozsoranı götürmüş, lakin sonradan mağazaya heç bir ödəniş etməmiş və hazırda cavabdehin mağazaya 294 manat məbləğində ödənilməmiş borcu vardır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmişdir. Cavabdeh “Nisyə alqı-satqı” müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, nisyə götürdüyü mallardan qalan pula görə mağazanın dövriyyəsinə pul daxil olmadığından mağazaya ziyan dəymişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün heesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 927 manat məbləğində nisyə mal satmış və bu məbləğdən cəmi 294 manat məbləğində borcu qalmışdır. məbləğində borc pul verməsi barədə aralarında kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətini təşkil edən xx.xx.2018-ci il tarixdə bağlanmış Nisyə alqı-satqı müqaviləsi əsasında cavabdehə satılmış 927 manat məbləğində nisyə malın pulundan 294 (iki yüz doxsan dörd) manat məbləğində pulu cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 294 (iki yüz doxsan dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 294 (iki yüz doxsan dörd) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-557/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-557/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver