Məhkəmə qərarları › İş №2(044)-60/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-60/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-60/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı İKB ASC-nin (bundan sonra “xxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 1995.2 ABŞ dolları, 986.4 ABŞ dolları faiz borcu, 232.6 ABŞ dolları cərimə, cəmi 3214.2 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə və İddiaçı İKB ASC (“xxxx” ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2600 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018ci il tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Qeyd edilənlərə əsaslanaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1995.2 ABŞ dolları, 986.4 ABŞ dolları faiz borcu, 232.6 ABŞ dolları cərimə, cəmi 3214.2 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması barədə və İddiaçı İKB ASC (“xxxx” ASC) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini və xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının 12721 saylı rəyində göstərilən həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini və xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının 12721 saylı rəyində göstərilən həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” ASC-dən illik 28 faizlə 24 ay müddətinə 2600 ABŞ dolları kredit verilmişdir, xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilmiş, Cavabdeh2 ilə xx.xx.2015ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının 12721 saylı rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixinə (iddia üzrə tarixə) İddiaçı İKB ASC (“xxxx” ASC) olan borcu 2204.96 ABŞ dolları, yəni əsas borc üzrə 1967.46 ABŞ dolları, faiz borcu üzrə 237.50 ABŞ dollarıdır. Eyni zamanda qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2018-ci il tarixdən sonra 958.53 ABŞ dolları məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza zamanı borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 958.53 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmadı. İş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edilməsə də, xx.xx.2019-cu il tarixli məhkəməmühasibatlıq ekspertizasının 12721 saylı rəyindən və iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən sonra 958.53 ABŞ dolları məbləğində ödəniş edildiyindən həmin ödənişin edilməsi nəzərə alınmalıdır. Həmçinin ekspertiza xərci olan 200 manat pul cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı İKB ASC (“xxxx” ASC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1008.93 ABŞ dolları, faiz borcu üzrə 237.50 ABŞ dolları, cərimə 10 ABŞ dolları, cəmi 1256.43 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilsin. Məhkəmə ekspertiza xərci olan 200 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar