Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-609/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” MMC-in Cavabdeh oğluna qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********4659 Samsung Galaxy A20 markalı telefon üçün 376 manat ödənilməmiş hissə,113 manat dəbbə pulu-cəmi 489 manat, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31661 Samsung Galaxy A30 markalı telefon, DECT PANASONİC ev telefonu üçün 336 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu-cəmi 437 manat, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan, Philips üz qırxan üçün 1530 manat ödəniməmiş hissə, 297 manat dəbbə pulu-cəmi 1827 manat, ümumilikdə 2753 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxx” MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bağlanmış 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********4659 Samsung Galaxy A20 markalı telefon üçün 376 manat ödənilməmiş hissə,113 manat dəbbə pulu-cəmi 489 manat, 16.09.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31661 Samsung Galaxy A30 markalı telefon, DECT PANASONİC ev telefonu üçün 336 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu-cəmi 437 manat, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan, Philips üz qırxan üçün 1530 manat ödəniməmiş hissə, 297 manat dəbbə pulu-cəmi 1827 manat borc və 30 manat dövlət rüsumu olmaqla “xxxx” MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 13.08.2019-cu il tarixli müqaviləyə əsasən ona 12 ay müddətinə hər ay 47 manat ödəmək şərti ilə İMEİ kodu **********4659 Samsung Galaxy A20 markalı telefon satılmışdır; İş materiallarına əlavə edilmiş 16.09.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 42 manat ödəmək şərti ilə (129 manat ilkin ödəniş edilmişdir) İMEİ kodu **********31661 Samsung Galaxy A30 markalı telefon, DECT PANASONİC ev telefonu satılmışdır; İş materiallarına əlavə edilmiş 25.10.2019-cu il tarixli müqaviləyə əsasən 18 ay müddətinə hər ay 90 manat ödəmək şərti ilə (18 manat ilkin ödəniş edilmişdir) alqı-satqı qiyməti 1638 manat olan Samsung paltaryuyan, Philips üz qırxan satılmışdır. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, Cavabdeh 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********4659 Samsung Galaxy A20 markalı telefon üçün 376 manat ödənilməmiş hissə,113 manat dəbbə pulu-cəmi 489 manat, 16.09.2019-cu il tarixli müqviləyə əsasən İMEİ kodu **********31661 Samsung Galaxy A30 markalı telefon, DECT PANASONİC ev telefonu üçün 336 manat ödənilməmiş hissə, 101 manat dəbbə pulu-cəmi 437 manat, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan, Philips üz qırxan üçün 1530 manat ödəniməmiş hissə, 297 manat dəbbə pulu-cəmi 1827 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdeh X1 16.03.2019-cu il tarixli müqaviləyə əsasən, “Samsung” markalı kondisioner üçün 1050 (min əlli) manat ödənilməmiş hissə, 5 (beş) manat dəbbə pulu, 16.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********86244 olan “Samsung Galaxy S9 DUAL” markalı telefon üçün 1443 (min dörd yüz qırx üç) manat ödənilməmiş hissə, 7 (yeddi) manat dəbbə pulu, ümumilikdə 2505 (iki min beş yüz beş) manat və ödənilmiş 30 (otuz) manat məğləbində dövlət rüsumu tutularaq iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********4659 Samsung Galaxy A20 markalı telefon üçün 376 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 16.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********31661 Samsung Galaxy A30 markalı telefon, DECT PANASONİC ev telefonu üçün 336 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 25.10.2019-cu il tarixli müqaviləyə əsasən Samsung paltaryuyan, Philips üz qırxan üçün 1530 manat ödəniməmiş hissə, 10 manat dəbbə pulu olmaqla, ümumilikdə 2256 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-609/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-609/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver