Məhkəmə qərarları › İş №2(044)-612/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-612/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-612/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-in cavabdehlər Cavabdeh oğluna və Zamin qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” MMC cavabdehlər Cavabdeh oğluna və Zamin qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh oğlundan və Zamin müştərək qaydada 28.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED televizor, Sonorous Surefix üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s üçün 605 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, ümumilikdə 1104 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh oğlu ilə iddiaçı arasında bağlanmış 28.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED televizor, Sonorous Surefix üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, 03.12.2019cu il tarixli müqviləsinə əsasən İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s üçün 605 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu, ümumilikdə 1104 manat borcu yaranmış, cavabdehin cəmi ödədiyi məbləğ 624 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq 28.09.2019-cu il və 03.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış Zamin “xxxx” MMC qarşısında Cavabdeh oğlu ilə birgə məsuliyyət daşıyır. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” MMC etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh oğluna və Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC ilə cavabdeh Cavabdeh oğlu arasında bağlanmış 28.09.2019-cu il tarixli müqaviləyə əsasən 11 ay müddətinə hər ay 45 manat ödəmək şərti ilə alqı satqı qiyməti 495 manat olan LG LED televizor, Sonorous Surefix və 03.12.2019-cu il tarixli müqaviləyə əsasən 12 ay müddətinə hər ay 55 manat ödəmək şərti ilə İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s satılmışdır. İş materiallarına əlavə edilmiş 28.09.2019-cu il və 03.12.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Zamin ilə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən borclu öz öhdəliklərini yerinə yetirmədikdə zamin borclunun müqavilə üzrə icra etməli olduğu bütün öhdəlikləri yerinə yetirməlidir. İş materiallarına əlavə edilmiş maliyyə ödəniş cədvəlindən görünür ki, cavabdehin 28.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED televizor, Sonorous Surefix üçün 270 manat ödənilməmiş hissə, 81 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s üçün 605 manat ödənilməmiş hissə, dəbbə pulu 148 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə onu da qeyd edir ki, hazırki mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehlər Cavabdeh oğlundan və Zamin müştərək qaydada 28.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED televizor, Sonorous Surefix üçün 270 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 03.12.2019cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s üçün 605 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 882 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh oğlundan və Zamin müştərək qaydada 28.09.2019-cu il tarixli müqaviləyə əsasən LG LED televizor, Sonorous Surefix üçün 270 manat ödənilməmiş hissə, 2 manat dəbbə pulu, 03.12.2019-cu il tarixli müqviləyə əsasən İMEİ kodu **********57620 Samsung Galaxy A30s, X4 Samsung A30s üçün 605 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 882 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar