Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-634/2021 13.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh nümayəndəsi (vəkil) X10, Cavabdeh X3 nümayəndəsi (oğlu) X1, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “reqres qayada pulun qaytarılması və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qayada pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 211539,26 ABŞ dolları məbləğində pulun və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" QSC arasında 20.08.2010-cu il tarixli 06L000002829 saylı kredit xətti müqaviləsi bağlanılmış və cavabdehə 120 ay müddətinə 500000 ABŞ dolları məbləğdə kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə onunla bank arasında 20.08.2010-cu il tarixli, 06S000004568 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Sonradan bank ilə cavabdeh arasında 10.10.2014-cü il tarixli, 06L000028229S saylı kredit xəti müqaviləsi dəyişiklik və əlavələr edilməsi barədə saziş bağlanmış, kredit xəttinin müddəti 168 aya, kredit məbləği isə ******* ABŞ dolları məbləğinə artırılmışdır. Həmçinin onunla həmin tarixli 4568 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmış və kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icra edilməsi üçün onunla birgə məsuliyyət daşımasını təkrar olaraq üzərinə götürmüşdür. Həmçinin kredit xətti müqavilələri üzrə Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən əmlak kompleksləri, habelə ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh 10.01.2014-cü il tarixli, 06R000014999 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 12 ay müddətinə 70000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06R000014999 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 80000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06K000000033 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 36 ay müddətinə 70000 ABŞ dolları, 28.01.2014-cü il tarixli, 06R000015243 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 ABŞ dolları, 13.10.2014-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə aylıq 1,3333 faiz dərəcəsi ilə 28 ay müddətinə 310000 ABŞ dolları məbləğdə kredit verilmişdir. Devalvasiya baş verdikdən sonra Ələddən Qəhrəmanov bank qarşısında götürdüyü öhdəlikləri icra etməkdən imtina etmiş, 2016-cı ilin yanvar ayından 2020-ci ilin mart ayına kimi məhkəmənin hökmü ilə məhkum olunmuşdur. Ələddən Qəhrəmanovun bank qarşısında götürdüyü öhdəlikləri zamin kimi o, icra etmişdir. Nəticədə banka cavabdehin əvəzinə 211539,36 ABŞ dolları ödəniş etmişdir. Hazırda isə bu tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək, göstərmişdir ki, X8 digər cavabdehin arvadı olduğundan, onunla birgə məsuliyyət daşıdığından işə cavabdeh qismində cəlb edilməlidir. Həmçinin cavabdehlər onun tərəfindən ödənilmiş pulu vaxtında qaytarmadıqları üçün maddi və mənəvi ziyana uğramışdır. Odur ki, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 211539,36 ABŞ dolları məbləğində pulun, 250000 manat əldən çıxmış faydanın, cavabdehlərin hər birindən 50000 manat olmaqla 100000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, nümayəndəsi olduğu şəxsin borclunun yerinə pul ödəməsi onun zamin kimi vəzifəsindən yaranır. Əks halda borc ondan da tələb ediləcəkdi. Həmçinin nümayəndəsi olduğu şəxsin mülkiyyətində olan fərdi yaşayış evi belə ipoteka ilə yüklü edilmişdir. Öhdəliklərin icra olunmaması tələbin evinə yönəldilməsi ilə nəticələnəcəkdir. Doğrudur ki, borclunun oğlu tərəfindən də kredit razılaşmaları üzrə ödəniş edilmişdir. Nümayəndəsi olduğu şəxs yalnız özünün ödədiyi və cavabdehin ona qaytarmadığı pulları təqdim edir. Hansı ki, ödənişlər kassa mədaxil orderləri ilə təsdiq edilir. Qəbzlərin əsilləri də iddiaçıdadır. Bundan başqa nümayəndəsi olduğu şəxs 2014-cü il tarixdə etdiyi ödənişi tələb etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X13 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ilə nümayəndəsi olduğu şəxsin şərikli biznesi olmaqla qohumluq münasibətindədirlər. İddiaçı tərəfindən edilmiş ödənişlərin hamısı Cavabdeh tərəfindən kreditin ödənilməsi üçün ona verilmiş pullar ilə həyata keçirilmişdir. Nümayəndəsi olduğu şəxsin kredit razılaşmaları üzrə banka kifayət qədər kredit borcları olmuşdur. İddiaçının ödədiyi illər ərzində Cavabdeh oğlu tərəfindən də ödənişlər həyata keçirilmişdir. Kassa mədaxil orderlərinin əsillərinin iddiaçıda olması ödənişin onun tərəfindən həyata keçirilməsi demək deyildir. Əgər nümayəndəsi olduğu şəxsin ödəmə qabiliyyəti olmasa idi bank tərəfindən ona xəbərdarlıq ediləri və sonda məhkəmədə iddia qaldırılardı. Bu halları isə heç biri olmamışdır. Bundan başqa iddiaçının ödədiyi pullar kredit razılaşmaları üzrə bütöv pulun ödənilməsi anlamına gəlmir. Cavabdeh oğlu tərəfindən də ödənişlər edilmiş və kredit razılaşmaları üzrə öhdəliklər tam icra edilmişdir. Bütün bunlar Cavabdeh ödəmə qabiliyyətinin olması və ödənişlərin məhz onun verdiyi pullar əsasında həyata keçirildiyinə dəlalət edir. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi (oğlu) X5 iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı onun qayınatasıdır. Atası Cavabdeh ilə İddiaçı şərikli biznesləri olmuşdur. Banka olunan ödəniş atası cəzaçəkmə müəsissəsində olsa da onun vəsaiti hesabına həyata keçirilmişdir. Bəzi ödənişlərin qəbzinə diqqət yetirilsə onun tərəfindən də həyata keçirildiyi müəyyən edilər. İddiaçının həmin ödənişləri həyata keçirməyə maddi imkanı yoxdur. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" QSC-nin nümayəndəsi X16 iddia tələbi üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, "xxxx" ASC-ti filial müdiri işləyir. Əvvəllər "xxxx" QSC-nin Gəncə filialında kredit mütəxəssisi işləmişdir. İddiaçı ilə Cavabdeh bankdan müştəri kimi tanıyır və onların qohum olduqların bilir. Onun bildiyinə görə tərəflərin şərikli biznesi olmuşdur. Cavabdeh "xxxx" QSC-də bir neçə kredit razılaşması olmuşdur və hamısını ödəmişdir. Kredit razılaşmaları üzrə ödənişlər həm iddiaçı, həm də cavabdehin oğlu tərəfindən həyata keçirilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərin bildirməmişlər. Onları nümayəndə və vəkilləri təmsil etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Kreditor "xxxx" QSC ilə zamin İddiaçı arasında bağlanmış 20.08.2010-cu il tarixli 06S000004568 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh 20.08.2010-cu il tarixli 06L000002829 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəlikləri icra etməsi üçün onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. Kreditor "xxxx" QSC ilə zamin İddiaçı arasında bağlanmış 10.10.2014-cu il tarixli, 4568 saylı zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, zamin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliyinin icrasını təmin etmək üçün onunla birgə məsuliyyət daşımağı üzərinə götürmüşdür. Kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.10.2014-cü il tarixli, 06L000002829S saylı kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında sazişdən görünür ki, 20.08.2010-cu il tarixli 06L000002829 saylı kredit xətti müqaviləsinə dəyişiklik edilmiş borcalana ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kreditor "xxxx" QSC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.01.2014-cü il tarixli, 06K000000033 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 12 ay müddətinə 70000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06R000014999 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 80000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06K000000033 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 36 ay müddətinə 70000 ABŞ dolları, 28.01.2014-cü il tarixli, 06R000015243 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 ABŞ dolları, 13.10.2014-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə aylıq 1,3333 faiz dərəcəsi ilə 28 ay müddətinə 310000 ABŞ dolları, 13.10.2014-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə aylıq 1,2917 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 ABŞ dolları məbləğdə pul vəsaitləri kreditor tərəfindən borcalana verilmişdir. Kreditor "xxxx" QSC tərəfindən təqdim edilmiş 11.04.2019-cu il tarixli məktubdan görünür ki, həmin tarixə borcalan Cavabdeh "xxxx" QSC-nin Gəncə filialı qarşısında heç bir öhdəliyi olmadığından həmin kreditlər üzrə zamin kimi İddiaçı da öhdəliyi yoxdur. Kreditor "xxxx" QSC-yə məxsus 49 ədəd kassa mədaxil orderlərinin əsillərindən görünür ki, zamin İddiaçı tərəfindən borcalan Cavabdeh kredit razılaşmaları üzrə öhdəliklərinin icrası üçün 15.12.2014-cü il tarixdən 13.08.2018-ci il tarixə kimi müxtəlif vaxtlarda cəmi 211539,36 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki və ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında 20.08.2010-cu il tarixli 06L000002829 saylı kredit xətti müqaviləsi bağlanılmış, cavabdehə 120 ay müddətinə 500000 ABŞ dolları məbləğdə kredit xətti açılmış, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədi ilə İddiaçı ilə bank arasında 20.08.2010-cu il tarixli, 06S000004568 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Sonradan bank ilə Cavabdeh arasında 10.10.2014-cü il tarixli, 06L000028229S saylı kredit xəti müqaviləsi dəyişiklik və əlavələr edilməsi barədə saziş bağlanmış, kredit xəttinin müddəti 168 aya, kredit məbləği isə ******* ABŞ dolları məbləğinə artırılmış, eyni zamanda İddiaçı ilə də həmin tarixli 4568 nömrəli zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında saziş imzalanmış və kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icra edilməsi üçün onunla birgə məsuliyyət daşımasını zamin üzərinə götürmüşdür. "xxxx" QSC tərəfindən Cavabdeh arasında bağlanmış 10.01.2014-cü il tarixli, 06K000000033 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 12 ay müddətinə 70000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06R000014999 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 80000 ABŞ dolları, 10.01.2014-cü il tarixli, 06K000000033 saylı kredit razılaşması üzrə aylıq 1,41 faiz dərəcəsi ilə 36 ay müddətinə 70000 ABŞ dolları, 28.01.2014-cü il tarixli, 06R000015243 saylı kredit razılaşması üzrə aylıq 1,4167 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 ABŞ dolları, 13.10.2014-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə aylıq 1,3333 faiz dərəcəsi ilə 28 ay müddətinə 310000 ABŞ dolları, 13.10.2014-cü il tarixli, 006R********** saylı kredit razılaşması üzrə aylıq 1,2917 faiz dərəcəsi ilə 24 ay müddətinə 150000 ABŞ dolları məbləğdə pul vəsaitləri verilmişdir. İddiaçı tərəfindən borcalan Cavabdeh kredit razılaşmaları üzrə öhdəliklərinin icrası üçün 15.12.2014-cü il tarixdən 13.08.2018-ci il tarixə kimi müxtəlif vaxtlarda cəmi 211539,36 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Hazırda iddiaçı həmin pulun alınıb verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında yaranmış mübahisə vurulmuş reqres qaydada pulun alınması, əldən çıxmış faydaya görə maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normaları əsasında həll edilmişdir. İlk növbədə məhkəmə göstərir ki, mülki dövriyyənin normal inkişafı və və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirmələrindən ibarətdir. Müəyyən hallarda mülki hüquq subyektləri müqavilə və ya digər öhdəlikləri yerinə yetirmirlə, ya da lazımınca yerinə yetirmirlər. Bununla da onlar mülki hüquq pozuntuları törətmiş olurlar. Bu cür pozuntuların qarşısının alınması üçün isə mülki qanunvericilik mülki hüquq məsuliyyəti müəyyən edir. Hansı ki, mülki hüquq məsuliyyəti törədilmiş hüquq pozuntusuna görə tətbiq edilən mülki hüquq sanksiyası rolunda çıxış edir. Hazırda mübahisə üzrə iddiaçı zamin olaraq ödədiyi pulların cavabdehlərdən alınmasını xahiş edir. Bununla bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə zaminlikə bağlı göstərir ki, kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlik əvəzsiz müqavilədir və zaminin əsas borclunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor "xxxx" QSC ilə borcalan Ələddin Qəhərmanov arasında bağlanmış kredit razılaşmaları üzrə İddiaçı müvafiq zaminlik müqaviləsi üzrə borcalanla birlikdə məsuliyyəti öz üzərinə götürdüyündən və onun “subsidiar” məsuliyyət daşıması müqavilədə göstərilmədiyindən kredit razılaşmaları üzrə aylıq məbləğlər ödənilməyəcəyi halda borcun müştərək qaydada zamindən də tələb edilməsi qanundan irəli gələn bankın hüququ olacaqdır. Çünki subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. (MM-in 453-cü maddəsi). İddiaçı tərəfindən bu cür halların yaranmaması üçün Cavabdeh kredit razılaşmaları üzrə müəyyən məbləğlər 15.12.2014-cü il tarixdən 13.08.2018-ci il tarixə qədər banka hesaba köçürülmüşdür. İşin bu halı tərəflərin izahatları və kassa mədaxil orderləri ilə sübut edilir. Cavabdeh tərəf iddiaçının bu dəlilləri ilə bağlı göstərir ki, iddiaçının tələb etdiyi pul məbləğlərinin ödənilməsini təsdiq edən mədaxil orderləri olsa da, bu o demək deyildir ki, həmin pullar iddiaçı tərəfindən ödənilmişdir. İddiaçının ödədiyi pulları məhz cavabdeh Ələddən Qəhrəmanov vermişdir. Sadəcə olaraq ödəniş onun tərəfindən həyata keçirilmişdir. Məhkəmə cavabdeh tərəfindən bu arqumentləri ilə bağlı aşağdakıların qeyd olunmasını zəruri hesab edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 18.03.2019-cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq göstərir ki, hazırda iddiaçı qanunla üzərinə düşən sübutetmək vəzifəsinin öhdəsindən gəlmişdir. Belə ki, onun tərəfindən etdiyi ödənişlər barədə 49 ədəd kassa mədaxil orderinin əsli təqdim edilmişdir. Cavabdeh tərəf də həmin ödənişlərinin icrasının iddiaçı tərəfindən həyata keçirildiyini inkar etmir, lakin bununla yanaşı bildirir ki, icra iddiaçı tərəfindən həyata keçirilmiş olsa, habelə mədaxil orderlərinin əsli onda olmuş olsa belə ödənişlərin məğzini təşkil edən pullar Cavabdeh məxsusdur. Bu zaman isə yuxarıda adıçəkilən qərara uyğun olaraq göstərilən halın təsdiqi üçün mötəbər sübutların təqdim edilməsi cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf bu vəzifənin öhdəsindən gələ bilməmiş, həmin halı təsdiq edə bilməmişdir. Onların bu mövqeyi yalnız özlərinin izahatları ilə məhdudlaşdırlaraq sübuta yetirilməmişdir. Ona görə də məhkəmə iddiaçının mövqeyini əsaslı sayır və göstərir ki, iddiaçı reqres qaydada pulu tələb edə bilər. Reqres məsuliyyətlə bağlı məhkəmə mövqeyini daha da işıqlandırmaq üçün göstərir ki, reqres məsuliyyət mülki hüquq məsuliyyətinin bir növüdür. Reqres qayıtma və geriyə hərəkət deməkdir. Reqres məsuliyyət odur ki, bu məsuliyyət əsas öhdəlik üzrə borclunun bilvasitə zərərvuranın yerinə zərərin əvəzini kreditora ödəməsini və bundan sonra onun bilavasitə zərərvurana geriyə tələb (reqres) irəli sürməsini nəzərdə tutur. Reqres məsuliyyət isə reqres öhdəlikdən yaranır və reqres öhdəliklər həmişə əsas öhdəliyin icrası anında əmələ gəlir və əsas öhdəlik üzrə borclu reqres öhdəlik üzrə kreditora, bilvasitə zərərvuran isə borcluya çevrilir. Deməli reqres məsuliyyəti bilavasitə zərurvuranın yerinə zərərin əvəzini ödəyən şəxsin əmlak sferasının bərpa olunmasına yönəlir. Mülki Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 509.1-ci maddəsində göstərilmişdir ki, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının onun əvəzinə ödədiyi pullar alınaraq ona qaytarılmalıdır. Təqdim edilmiş kassa mədaxil orderləri ilə müəyyən edilir ki, iddiaçı tərəfindən Cavabdeh yerinə 15.12.2014-cü il tarixdən 13.08.2018-ci il tarixə kimi müxtəlif vaxtlarda cəmi 211539,36 ABŞ dolları ödəniş həyata keçirilmişdir. Bununla belə iddiaçının nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, 2014-cü il tarixdə edilmiş ödənişi tələb etmirlər. Ona görə də həmin məbləğ ümumi ödənilmiş məbləğdən çıxılmalı və geridə qalan 207881,34 ABŞ dolları (211539,36-3658,02=207881,34) Cavabdeh alınaraq, İddiaçı verilməlidir. İddia tələbinin əldən çıxmış faydaya görə 250000 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə göstərir ki, iddia tələbi bu hissədə əsassızıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Məhkəmə göstərir ki, iddiaçı tərəfindən Cavabdeh yerinə pul ödənilsə də, iddiaçının bu zaman həmin ödədiyi pullar ilə mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də, iddianın əldən çıxmış fayadya görə pul tələbi hissəsi təmin edilə bilməz. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın 41-ci maddəsində göstərilmişdir ki, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan mübahisələr, Azərbaycan Respublikası Mülki Məcəiləsinin «Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlikləri müəyyən edən İX bölməsinin qaydalarına əsasən nizamlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qanunvericiliyin göstərilən normalarının tələblərindən görünür ki, iddiaçının ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etməsi əsaslıdır. Lakin bununla yanaşı iddiaçının Plenum qərarına müvafiq olaraq mənəvi sarsıntı keçirməsi müəyyən edilməmişdir. Çünki iddiaçının zamin kimi cavabdehin əvəzinə pul ödəməsi onun zaminlik müqaviləsi bağlayan zaman bu halın baş verə biləcəyini ehtimal etdiyi bir durumdur. Çünki müqavilə onun tərəfindən oxunulmuş, şərtləri qəbul edilmiş və könüllü imzalanmaqla iddiaçının öhdəlikləri üzrə birgə məsuliyyət daşımışdır. Yəni onun hadisənin sonunu gördüyü və şüurlu şəkildə bildiyi halda baş vermiş arzuolunmazın halın aradan qaldırılması zamanı həyata keçirdiyi tədbirlərə görə mənəvi sarsıntı keçirməsi ağlabatan hesab edilmir. İddia tələbinin hüquqi yardıma görə ödənilmiş dövlət rüsumunun qarşılığında 30 manat pulun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddianın verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, həmin məbləğ Cavabdeh alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə göstərir ki, iddia tələbi üzrə digər cavabdeh X8 tərəfindən iddiaçının hər hansı hüquqları pozulmadığından ona qarşı iddia əsaslı deyildir. Məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 207881,34 (iki yüz yeddi min səkkiz yüz səksən bir dollar otuz dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi ilə alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli, 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 207881,34 (iki yüz yeddi min səkkiz yüz səksən bir dollar otuz dörd sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, İddiaçı verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi kimi 30 manat pul Cavabdeh alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-634/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-634/2021
13.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver