Məhkəmə qərarları › İş №2(044)-648/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-648/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-648/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 əsas borc üzrə 4816.0 manat, faiz borcu 841.55 manat, cəmi 5657.55 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında öhdəliklərin icrasının təmini kimi girov qoyulmuş və Cavabdeh1 məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl – zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət qızıl – zinət əşyalarına yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təmini kimi Cavabdeh1 məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl – zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət qızıl – zinət əşyaları banka girov qoyulmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə cəmi 5657.55 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış 19.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təmini kimi ona məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl – zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət qızıl – zinət əşyaları banka girov qoyulmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci mmaddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19.06.2019-cu il tarixli 800840-557342/2 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. 19.06.2019-cu il tarixli 800840-557342/2 saylı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında girov müqaviləsi bağlanmışdır. 19.06.2019-cu il tarixli ******* saylı girovun qiymətləndirilməsi və saxlanca qəbul edilməsi aktının surətindən görünür ki, Cavabdeh1 məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl – zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət 3511.2 manat dəyəyində qızıl – zinət əşyaları qiymətləndirilərək saxlanca götürülmüşdür. İş materiallarında olan 24.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka əsas borc üzrə 4816.0 manat, faiz borcu 841.55 manat, cəmi 5657.55 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4816.0 manat, faiz borcu 841.55 manat, cəmi 5657.55 manat və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh1 məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl – zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət qızıl zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 4816.0 manat, faiz borcu 841.55 manat, cəmi 5657.55 (beş min altı yüz əlli yeddi manat əlli beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh1 məxsus 583 əyyarlı, 57.6 qram çəkidə 9 ədəd qızıl - zinət əşyaları (3 ədəd boyunbağı, 3 ədəd üzük, 2 ədəd sırğa, 1 ədəd kulon), 750 əyyarlı, 22.5 qram çəkidə 3 ədəd qızıl-zinət əşyaları (2 ədəd üzük, 1 cüt sırğa), 500 əyyarlı 5 qram çəkidə 1 ədəd üzük və 410 əyyarlı 6.5 qram çəkidə 2 ədəd üzükdən ibarət qızıl - zinət əşyalarına yönəldilsin və həmin qızıl-zinət əşyaları hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına banka olan cəmi 5657.55 (beş min altı yüz əlli yeddi manat əlli beş) manat və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar