Məhkəmə qərarları › İş №2(044)-685/2019

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-685/2019

16.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-685/2019 16.12.2019 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 qarşı kredit borcun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, ipoteka qoyulmuş əmlakın açıq hərracda satılması, mənzildən istifadə hüququnun itirilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli 06L000009661 saylı kredit xətti müqaviləsinə, 05.08.2014-cü il tarixli 06R000018356 saylı və 05.07.2016-cı il tarixli 006R********** saylı kredit razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 06R000018356 saylı kredit razılaşması üzrə 26200.18 ABŞ dolları məbləğində kredit borcu, 14300.30 ABŞ dolları məbləğində faiz borcu və 28107.33 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 68607 ABŞ dolları 81 sent məbləğində borcun, 006R********** saylı kredit razılaşması üzrə 2122.11 manat məbləğində kredit borcu, 1064.69 manat məbləğində faiz borcu və 2040 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5226 manat 80 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqlarının tutulması, tələbin Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə, Gəncə şəhəri Kəpəz rayonu Makayev küçəsi Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakların açıq hərracdan satılması və 06R000018356 saylı kredit razılaşması üzrə 68607 ABŞ dolları 81 sent, 006R********** saylı kredit razılaşması üzrə 5226 manat 80 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının xeyrinə müştərək qaydada tutulması, Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Gəncə şəhəri Kəpəz rayonu Makayev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 Oqray qızı və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verib iddia tələbinin həcmini azaldaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli 06L000009661 saylı kredit xətti müqaviləsinə, 05.08.2014-cü il tarixli 06R000018356 saylı razılaşmalarına xitam verilməsi, cavabdehlər Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşması üzrə 16700.18 ABŞ dolları məbləğində kredit borcu, 13372.99 ABŞ dolları məbləğində faiz borcu və 33580.42 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 63653 ABŞ dolları 59 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqlarının tutulması, tələbin Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə, Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 63653 ABŞ dolları 59 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqlarının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaçının xeyrinə müştərək qaydada tutulması, Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh4 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi, Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit 25.07.2014-cü il tarixdə 06L000009661 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə 300000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.75 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.07.2015-ci il tarixli 06R000018356S saylı, 05.07.2016-cı il tarixli 06R000018356SA saylı sazışlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.08.2016-cı il tarixdən banka qaytarmamışdır. İddiaçı iddia qaldırıldıqdan sonra məhkəmədə işə baxılan müddətdə Cavabdeh1 kredit razılaşmaları üzr ödəniş edərək 006R********** saylı kredit razılaşması üzrə 5226,80 manat borcunu tam olaraq ödəyərək bağlamış, 06R000018356 saylı kredit razılaşması üzrə də ödənişlər etmiş və hazırda iddiaçıya 06R000018356 saylı kredit razılaşması üzrə 16700,18 ABŞ dolları əsas, 13372,99 ABŞ dolları faiz, 33580,42 ABŞ dolları cərimə borcu olmaqla cəmi 63653,59 ABŞ dolları borcu qalmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, o, halhazırda da ödənişlərini davam etdirir, sadəcə olaraq anası xəstə olduğu üçün bir müddət ödəniş edə bilməmişdir. İddiaçı tərəfindən onun əsas borcu üzrə yeni ödəniş cədvəli tərtib olunarsa o, borcunu hissə-hissə ödəyəcəkdir. O, hesablanmış cərimə borcu ilə və ipoteka predmetlərinin müqavilədə qeyd olunan qiymətləri ilə razı deyildir. Sonda Cavabdeh1 iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək Cavabdeh1 izahatındakı xüsusatları təsdiq etdi və iddianın qismən təmin edilməsini xahiş etdi. Digər cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli, 06L000009661 saylı kredit xətti müqaviləsi üzrə 05.08.2014-cü il tarixli, 06R000018356 nömrəli Kredit Razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 aylıq 1,75% dərəcəsi ilə 24 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit verilmişdir. - 18.06.2019-cu il maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh1 İddiaçı KB QSC-yə 18500.18 ABŞ dolları əsas borc, 13372.99 ABŞ dolları faiz borcu, 33580.42 ABŞ dolları cərimə borcu ümumilikdə 65453.59 ABŞ dolları borcu vardır. - kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 02.07.2015- ci il tarixli, 06R000018356S nömrəli və 05.07.2016-cı il tarixli, 06R000018356SA nömrəli sazişlərdən görünür ki, Bank ilə kredit alan arasında 25 iyul 2014-cü il tarixli 06L000009661 saylı kredit xətti müqaviləsi üzrə 5 avqust 2014-cü il tarixdə bağlanmış 06R000018356 kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 05.07.2016cı il tarixdən aylıq 1,6667 faiz dərəcəsi ilə faizlər hesablanır və kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazışə əlavə olunan 05.07.2016-cı il tarixli ödəniş planına uyğun olaraq 22.06.2021-ci il tarixə qədər banka ödəməlidir. Kredit alan bu saziş bağlandıqdan sonra yenidən cari krediti üzrə restruktruzasiya olunmasını tələb etdikdə və cari kredit restrukrtuzasiya olunduğu halda kreditin qalıq məbləğinə aylıq 1.75 faiz dərəcəsi ilə faizlər hesablanacaq. Kredit alan saziş bağlandıqdan sonra cari kredit üzrə gecikmə etmədikdə Bank 05.07.2016-cı il tarixli ödəniş planında qeyd olunmuş cərimə məbləğini silməyi öz öhdəsinə götürür. Kredit alan kredit kartının bağlanması məqsədilə 05.07.2016-cı il tarixdə 06R000018356SA saylı kredit razılaşması üzrə verilmiş 3000 manat məbləğində krediti tam bağladıqdan sonra Bank ABŞ dollarında olan kreditin faiz dərəcəsini 1 faiz aşağı salmağı öz üzərinə götürür. - 05.08.2014-cu il tarixli, 06S000028692 və 06S000018878saylı zaminlik müqavilələrindən görünür ki, 25.07.2014-cü il tarixdə 06L000009661 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında müqavilə bağlanmış və borclu Cavabdeh1 Kredit Xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlərBank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürərək borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. - 06M000001288 saylı ipoteka müqaviləsindən görünür ki, 25.07.2014-cü il tarixdə 06L000009661 saylı kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsində 2-ci döngədə mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 32 kvatrat metr ümumi, 32 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı 3A-3B nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - 06M000001289 saylı ipoteka müqaviləsindən görünür ki, 25.07.2014-cü il tarixdə 06L000009661 saylı Kredit Xətti Müqaviləsinin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə görə Cavabdeh3 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində olan 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kvadrat metr yaşayış, 30.8 kvadrat metr ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlardan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngə, 3A-3B № li fərdi yaşayış evi və 0.0197 ha torpaq sahəsi, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 37 № li fərdi yaşayış evi və 0.04 ha torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 23.04.2018 və 26.07.2018-ci il tarixli xəbərdarlıq məktublarındangörünür ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngə, 3A-3B № li fərdi yaşayış evinə və 0.0197 ha torpaq sahəsinə, Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsi, 37 № li fərdi yaşayış evinə və 0.04 ha torpaq sahəsinətutmanın yönəldilməsi barədə Cavabdeh1na və Cavabdeh3 məlumat verilmişdir. - İddiaçıQSC-nin 01.05.2018 və 03.08.2018-ci il tarixli ərizələrinin və Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışların surətlərindən görünür ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 sayıl Ərazi İdarəsinə müraciətlər edilmiş və həmin müraciətlər qəbul olunmuşdur. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit razılaşmasına əsasən İddiaçı QSC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Mülki iş üzrə borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.06.2019-cu il tarixli, 2(044)-685/2019 saylı qərardadına əsasən məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın 19 noyabr 2019-cu il tarixli, 19035 saylı rəyində qeyd olunmuşdur ki, 05.08.2014-cü il tarixli kredit razılaşması və həmin razılaşmanın əsasında imzalanmış sazişlərin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı QSC-yə 18.06.2019cu il tarixə olan cəmi borcu 32858,65 ABŞ dolları (18500,18 ABŞ dolları əsas, 14358,47 ABŞ dolları faiz) məbləğində müəyyən edilir. 04.08.2014-cü il tarixli kredit razılaşması üzrə bank tərəfindən təqdim edilən sənədlərlə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün Cavabdeh1a borc hesablanan tarixə cərimə borcu hesablanmadı. Beləliklə, müəyyən edilmişdir ki, 04.08.2014-cü il tarixli kredit razılaşması üzrə ekspert rəyi ilə müəyyən edilmiş borcunun məbləği iddia ərizəsinə əlavədə göstərilmiş məbləğdən çoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, 05.08.2014-cü il tarixli kredit razılaşması üzrə borcun məbləği iddia tələbinə nisbətdə ekspert rəyində daha çox göstərildiyindən həmin müqavilə üzrə iddia tələbinə uyğun tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 30 ABŞ dolları müəyyən olunmalıdır. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərilərinə götürdüklərinə görə məhkəmə hesab edir ki, onlar da iddiaçı qarşısında üzərlərinə götürdükləri öhdəliklərə tam əməl etməmişlər. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsinə dair hissədə iddianı araşdırıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddələrinin tələblərini rəhbər tutmaqla hesab edir ki, iddia bu hissədə əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1 maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə və Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin əmlaklar açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan mənzillərin hazırki satış qiymətlərinin müəyyən olunması məqsədi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 yanvar 2019-cu il tarixli, 2(044)- 685/2019 saylı qərardadına əsasən iş üzrə ekspertiza təyin olunmuşdur. “xxxx” MMC-nin 06.05.2019-cu il tarixli, 0225/19/AB saylı və 0226/19/AB saylı rəylərində göstərilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngədə, Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.0 kvadrat metr ümumi, 32.0 kvadrat metr yaşayış, 0.0. kvadrat metr yardımçı sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinin dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində mənzilinin bazar dəyəri 55000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində, Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kvadrat metr ümumi, 30.8 kvadrat metr yaşayış, 0.0 kvadrat metr yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində mənzilinin bazar dəyəri 37000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyi ilə ipoteka predmeti olan əmlakların satış (likvid) qiyməti müəyyən edildiyindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi, 2-ci döngədə, Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32.0 kvadrat metr ümumi, 32.0 kvadrat metr yaşayış, 0.0. kvadrat metr yardımçı sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat, ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Makeyev küçəsində, Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kvadrat metr ümumi, 30.8 kvadrat metr yaşayış, 0.0 kvadrat metr yardımçı sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 37000 manat müəyyən olunmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3 və 59.4-cü maddələrində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetləri satıldıqdan 1 ay sonra cavabdehlər həmin əmlakları boşaldaraq çıxmalıdılar. Bununla belə cavabdehlər Cavabdeh1 və Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 müvafiq olaraq ünvan 1 ünvanına və ünvan 2irilməsinə dair iddia tələbini məhkəmə əsassız hesab edir və qeyd edir ki, ipotekaya qoyulmuş mənzillər satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçilərin və onların ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmamamışdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli 06L000009661 saylı kredit xətti müqaviləsinə, 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşmasına xitam verilməli, cavabdehlər Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşması üzrə 16700.18 ABŞ dolları məbləğində kredit borcu, 13372.99 ABŞ dolları məbləğində faiz borcu və 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 30103,17 ABŞ dolları məbləğində borc tutulmalı, tələb Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə, Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlakların ilkin satış qiyməti müvafiq olaraq 55000 və 37000 manat müəyyən edilməli, həmin əmlaklar açıq hərracdan satılmalı və hərrac satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borc ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçının xeyrinə müştərək qaydada tutulmalı, həmin əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin əmlaklardan çıxarılaraq həmin əmlaklar boşaldılıb alıcıya təhvil verilməlidir. Məhkəmə iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında debitor-kreditor hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməli olduğuna görə, cavabdehdən alınan vəsait ödənildiyi anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 42 manat xidmət haqqları müştərək qaydada Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSCnin xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2, Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25.07.2014-cü il tarixli 06L000009661 saylı kredit xətti müqaviləsinə, 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşmasına xitam verilsin. Cavabdehlər Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05.08.2014-cü il tarixli 06R000018356 saylı kredit razılaşması üzrə 16700.18 ABŞ dolları məbləğində kredit borcu, 13372.99 ABŞ dolları məbləğində faiz borcu və 30 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 30103,17 ABŞ dolları məbləğində borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. Tələb Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinə, Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın və hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulsun. İpoteka predmetləri olan: Gəncə şəhəri Nizami rayonu Zərrabi küçəsi 2-ci döngədə Cavabdeh1 mülkiyyətində olan 0.0197 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m ümumi sahədən ibarət 3A-3B nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 55000 manat; Gəncə şəhəri Kəpəz rayonu Makeyev küçəsində Cavabdeh3 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.8 kv.m ümumi sahədən ibarət 37 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 37000 manat müəyyən edilsin. İpoteka predmetləri olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh6 həmin əmlaklardan çıxarılaraq, həmin əmlaklar boşaldılıb alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 15 (on beş) manat məbləğində hissəsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 42 (qırx iki) manat xidmət haqqları müştərək qaydada Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə tutulsun. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 Oqatay oğlundan, Cavabdeh2 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar