Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-696/2021 16.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 950 manat pulun və bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğindən faizlərin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ona satdığı “iphone 7+” markalı telefona görə ödənilməmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olur. 23.09.2019-cu il tarixində Cavabdeh ona yaxınlaşaraq 950 manata satışda olan “İphone 7+” markalı mobil telefonu almaq istədiyini, lakin pulunu 23.04.2020-ci il tarixinə kimi ödəyəcəyini bildirmişdir. Onun sözlərinə inanaraq öz xətti ilə qəbzə imza etdirdikdən sonra telefonu ona vermişdir. Lakin qəbzdə göstərilən vaxtdan xeyli keçməsinə baxmayaraq, cavabdeh bugünə kimi ona olan borcunun hər hansı bir məbləğini qaytarmamışdır. Bununla əlaqədar olaraq o, dəfələrlə cavabdehə müraciət etmiş və bildirmişdir ki, onun pulunu qaytarsın. Lakin o, hər dəfə müxtəlif bəhanələr taparaq borcunu ödəməmişdir. Məhkəmədən iddianın təmin olunmasını və Cavabdeh ona satdığı “iphone 7+” markalı telefona görə ödənilməmiş 800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə əlavə edilmiş 23.09.2019-cu il tarixli əlyazmadan görünür ki, Cavabdeh “İphona 7+” markalı telefonu İddiaçı 950 manata aldığını bildirmiş və 950 manat pulu altı ay ərzində ödəyəcəyini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə də, göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bu səbəbdən də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 241.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 800 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qətnamənin ləğvi üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-696/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(044)-696/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver