Məhkəmə qərarları › İş №2(044)-705/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-705/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-705/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı–“X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı –“X4 Azərbaycan” QSC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərrracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m üə y y ə n e t d i : İddiaçı –“X4 Azərbaycan” QSC məhkəmədə idddia qaldıraraq cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 94.791.60 AZN (doxsan dörd min yeddi yüz doxsan bir manat 60 qəpik) manat əsas kredit borcunun, 11.107.36 AZN (on bir min yüz yeddi manat 36 qəpik) manat əsas məbləğə hesablanmış faiz borcunun, 5.877.10 AZN (beş min səkkiz yüz yetmiş yeddi manat 10 qəpik) manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə: 111.776.05 AZN (bir yüz on bir min yeddi yüz yetmiş altı manat 05 qəpik) manat məbləğində kredit borcunun və 342 AZN (üç yüz qırx iki) manat məbləğində əmlakın sığortalanmasına görə bank tərəfindən şəkilmiş sığorta haqqı, 30 AZN (otuz manat) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc və dövlət büdcəsinə ödənilmiş 30 AZN (otuz) manat dövlət rüsumunun “X4 Azərbaycan QSC-nin xeyrinə tutulması barədə, habelə Banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətinə olan Gəncə şəhəri, Nizami rayonu, “Sənayerabitə” zavodunun qarşısında icarəsində olan 0.0375 ha torpaq sahəsində yerləşən 3 girişi, 347.4 kv.m ümumi, 321.7 kv.m əsas, 25.7 kv.m köməkçi sahəsindən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (mağaza) yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış 180.000 AZN (bir yüz səksən min) manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka 1lə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayyət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehlərdən tutulmasının təmin edilməsi, hərracda mənzil X4 Azərbaycan QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 (on) gün müddətində boşadılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı–“X4 Azərbaycan” QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq cavabdehlə aralarında yaranan mübahisə məhkəmədən kənar qaydada həll olunduğu üçün iddia ərizəsinin hazırlıq iclasından geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini (vəsatətini) iş materialları ilə birlikdə əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, vəsatət qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin vəsatət qəbul olunmalı, iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 254, 255, 261.0.1-261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.2.-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı –“X4 Azərbaycan” QSC-nin Cavabdeh2 MMC-yə və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərrracdan satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmənin hazırlıq iclasından iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar