Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-710/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü Selcan-xatun və xx.xx.2008-ci il təvəllüdlü Nəzrin adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızının və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh aylıq əmək haqqının 1/3 qədər alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)3685/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozularaq xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızı və xx.xx.2008-ci il təvəllüdlü X5 adlı uşaqlarının saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment tutulmasına dair qətnamə qət edilmişdir. Lakin bu məbləğ halhazırda uşaqların saxlanması üçün nəzərdə tutulmuş minumum ehtiyac meyarından çox aşağıdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində işləyir. Hazırda ərzaq, istehlak və s. mallarının qiymətləri baha olduğundan uşaqların minimum ehtiyyac meyarı həddində saxlanılmasında çətinlik çəkir. Maddi vəziyyəti çox aşağı olduğu üçün alimentin artırılmasına ehtiyacı vardır. Sonda iddiaçı göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərək səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyəcəyini, öz fikirini yazılı olaraq məhkəməyə göndərdiyini bildirərək işə onun iştirakı olmadan baxılmasını və etiraz ərizəsində qeyd etdiklərini nəzərə alaraq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə göndərdiyi etiraz ərizəsində qeyd etmişdir ki, o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)3685/2018 saylı qətnaməsinə əsasən hər ay vaxtında hər uşağa görə 100 manat aliment ödəyir. O, iddiaçının hazırkı iddia tələbini əsassız hesab edir və iddianı qəbul etmir. İddiaçının iddia etdiyi alimentin məbləği çox yüksəkdir və həmin məbləğdə aliment ödəməyə onun imkanı çatmır. O, Dövlət Gömrük Komitəsinin Balakən rayon Gömrük postunda xidmət edir və əmək haqqısından hər ay 200 manat aliment ödəyir. Onun himayəsində hər ay müntəzam müalicəyə ehtiyacı olan anası və heç yerdə işləməyən bacısı var, onların maddi tələbatlarını da o, ödəyir. O, xx.xx.2019-cu il tarixdə qeyri-rəsmi nikah bağlamaqla ikinci dəfə ailə qurmuş və ikinci arvadı 11 həftəlik hamilədir, müntəzam müalicəyə ehtiyacı vardır. Uşaqların baxıb saxlanılması hər iki valideynin borcudur, iddiaçı özü də xəstəxanada çalışaraq aylıq əmək haqqı alır və maddi vəziyyəti qeyd etdiyi qədər də aşağı deyil. 2020-ci ildə uşaqlar üçün yaşayış minumumu 170 manatdır və bu hər iki valideynin arasında bölünməlidir. O, uşaqların saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün 130 manat aliment tutulmasını xahiş etmişdir. Cavabdehin etiraz ərizəsinə əlavə etdiyi: - Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd X8 üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, cavabdeh həqiqətən Qullar kənd sakinidir və özünun deməyinə görə xx.xx.2019-cu il tarixdən Tülü kənd sakini X3 ilə qeyri rəsmi evlənib. Hal-hazırda anası İddiaçı Kamil qızının evində birgə yaşayırlar. - Uğur tibb mərkəzi tərəfindən verilmiş ultrasəs müayinə kartından görünür ki, Nəbiyeva Şadiyə 11 həftə 5 gün müddətinə uyğun hamilədir. Mülki iş materiallarında olan: - Doğum haqqında şəhadətnamələrin notarial qaydada təstiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızı adlı uşaqları doğulmuşdur. - X11 Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(044)-3685/2018 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında x xxxxxxx 2005-ci il tarixdə Balakən rayon Qullar kənd icra nümayəndəliyində 17 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızı və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi anaları İddiaçı yanında saxlanması, xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızı və xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi ataları X4 hər ay hər uşaq üçün 100 manat cəmi 200 manat məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş məktubundan görünür ki, həmin idarənin əməkdaşı Cavabdeh orta aylıq gəliri 2359.76 manat təşkil edir. Məhkəmə mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 76.1. və 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Cavabdeh etiraz ərizəsində anasının və bacısının onun himayəsində olduğunu, ikinci dəfə ailə qurduğunu əsas gətirək alimentin qismən, hər uşağa 130 manat olmaqla, cəmi 260 manata artırılmasını xahiş etmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ikinci dəfə ailə qurmaq, ana və bacısına maddi köməklik göstərmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. X10 Baş Gömrük İdarəsinin məktubundan da görünür ki, cavabdehin kifayət qədər sabit orta aylıq gəliri vardır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafelərini, onların normal qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, habelə təhsilləri ilə bağlı xərclərin olmasını və cavabdehin sabit orta aylıq gəlirinin olmasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin (əvvəl təyin edilmiş alimentin məbləği ilə hazırda təyin olunan alimentin məbləği arasında olan fərq nəzərə alınmaqla) məcmusu 500 manatdan çox olduğuna və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X11 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)3685/2018 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2006-cı il təvəllüdlü Həsənova Selcan-xatun Elnur qızının və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X11 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-710/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-710/2020
28.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver