Məhkəmə qərarları › İş №2(044)-719/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-719/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-719/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 ilə arasında bağlanmış 17.12.2019-cu il tarixli 006A********** saylı və 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 2388.58 manat, faiz borc 20.98 manat, cərimə 943.07 manat, cəmi 3352.63 manat, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 5622.91 manat,faiz borcu 50.82 manat, cərimə 2476.22 manat, cəmi 8149.95 manat və ödənilmiş 135.03 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi əsasında sonuncuya 60 ay müddətinə 2388.58 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş nəticədə 2388.58 manat məbləğində borcu yaranmışdır. 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi əsasında sonuncuya 60 ay müddətində 5622.91 manat məbləğində kredit verilmiş, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş nəticədə 8149.95 manat məbləğində borcu yaranmışdır. Kredit müqavilələrinin təmini kimi bank ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır. Cavabdehlərə banka olan borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borc ödənilməmiş qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətində 5622.91 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır. 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 60 ay müddətinə 2388.58 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2019cu il tarixli 006A********** saylı və 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 2388.58 manat, faiz borc 20.98 manat, cərimə 10 manat, cəmi 2419.56 manat, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 5622.91 manat, faiz borcu 50.82 manat, cərimə 10 manat, cəmi 5683.73 manat və ödənilmiş 135.03 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17.12.2019-cu il tarixli 006A********** saylı və 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqavilələri ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 2388.58 manat, faiz borc 20.98 manat, cərimə 10 manat, cəmi 2419.56 manat, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 17.12.2019-cu il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə əsas borc 5622.91 manat, faiz borcu 50.82 manat, cərimə 10 manat, cəmi 5683.73 manat və ödənilmiş 135.03 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən: Gündüz Şı̇ rı̇ nov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar