Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-729/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyan tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh sadə elektron qolbağı itirdiyinə görə, ondan dəyəri 637,91 manat məbləğdə vəsaitin alınıb Ədliyyə Nazirliyinin hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin 1(066)-39/2019 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həbsdə saxlandığı müddət nəzərə alınmaqla üzərində 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh yaşadığı ünvana üç ədəd ev siqnal ötürücüsü quraşdırılmış və onun ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı Cavabdeh bir ədəd mobil nəzarət qurğusu və onun adapteri təhvil verilmişdir. Həmin elektron nəzarət vasitələrinin dəyəri və həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi yaxud digər üsulla yarasız vəziyyətə salacağı halda dəyərinin Cavabdeh tutulacağı elan edilmiş və bu barədə protokol tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh şöbəyə gələrək sadə elektron qolbağın ayağından açılıb düşdüyünü bildirmişdir. O, verdiyi izahatda qolbağın harada düşməsindən xəbəri olmadığını və buna görə də onu tapa bilmədiyini bildirmişdir. Cavabdeh həmçinin, sadə elektron qolbağın dəyərinin ondan tutulacağını bildiyini, lakin onun dəyərini ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin verdiyi maliyyə arayışına görə sadə elektron qolbağın dəyəri 637,91 manat təşkil edir. Məhkum Cavabdeh təklif olunsa da vurulmuş ziyanın dəyərini könüllü ödəməkdən imtina etmişdir. Gəncə şəhər Probasiyqa şöbəsinin rəisi X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh çəza çəkdiyi 16 saylı Cəzaçəkmə Müəssisəsinə iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdehin iddiaya etiraz və ya mülahizəsi məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş: - Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzana məhkum edilməsi, Cavabdeh yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulması, Cavabdeh üzərinə yaşayış yerini 23:00dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməməsi elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Cavabdeh üzərinə yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, çəzaçəkmə müddətinin əvvəli Cavabdeh yaşayış yeri üzrə İcra və Probasiya qrumunda qeydə alındığı vaxtdan hesablanması, narkomaniyadan məcburi müalicə olunduğu müddətdə onun yaşayış yeri cəzanı icra edən orqan tərəfindən müvəqqəti olaraq, yerləşdirildiyi müvafiq tibb müəssisəsinin yerləşdiyi ərazi hesab olunması və göstərilən müddət ərzində cəzanın icrasına nəzarət həmin tibb müəssisəsinin yerləşdiyi ərazi üzrə icra və probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. - Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(066)39/2020 saylı hökmdə olan anlaşılmazlığın aradan qaldırılması haqqında qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin x xxxx 2020-ci il tarixli, 1(066)-39/2020 nömrəli hökmünün hökm etdi hissəsinin ikinci abzasında yazılmış “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun” sözləri “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx xxxx 2020-ci tarixdən xx xxxx 2020-ci tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki gününə bərabər hesablanmaqla bu hökmdə ona təyin olunmuş cəza müddətinə hesablansın və ona qəti olaraq 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun” kimi oxunması qərara alınmışdır. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-39/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş , tutulduğu müddət nəzərə alınmaqla üzərində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Cavabdeh ayağına sadə elektron qolbaq bağlanmışdır. Bununla yanaşı qolbağın poverbankı, mobil nəzarət qurğusu, adapteri, 3 ədəd ev nəzarət stansiyaları məhkuma təhvil verilmişdir. Məhkuma məhkəmə hökmünün (qərarlarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaddaş kitabçası verilmişdir. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Göygöl Rayon Məhkəməsinin 1(066)-39/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş tutulduğu müddət nəzərə alınmaqla üzərində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri, həmçinin həmin vasitələri itirəcəyi və ya onu zədələcəyi, yaxud digər üsulla onu yarasız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı izah edilmişdir. Biometrik məlumatların yoxlanması üçün lisenziyalar 88,26 manat, ev siqnal ötürücüsü 1 ədəd 108,32 manat, mobil nəzarət qurğusu xüsusi proqram təminatı ilə 1346,03 manat, elektron qolbaq (stasionar və mobil enerji qida nənbəyini dəstəkləyən cihazlarla birlikdə) 637.91 manat. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(044)-3/2021 saylı qərarından görünür ki, Cavabdeh Göygöl Rayon Məhkəməsinin 02/072020-ci il tarixli, 1(066)-39/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi, yəni 02 il 10 günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 il 05 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin faktiki hallarından görünür ki, Cavabdeh ona təhvil verilmiş sadə elektron qolbağı itirərək Ədliyyə Nazirliyinə 637,91 manat məbləğində maddi ziyan vurmuş, buna görə də o, vurulmuş zərərin əvəzini ödəməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 637,91 manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.15-ci maddəsinə əsasən məhkəmələrə verilən başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, dövlət mənafeyinin müdafiəsi üçün verilən ərizələr üzrə dövlət orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qiyməti 500 manatdan çox olduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 637 (altı yüz otuz yeddi) manat 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat məbələğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-729/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-729/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver