Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-776/2022 19.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, 3-cü şəxs X7 və onun nümayəndəsi, vəkil X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X3 (hazırkı Cavabdehnə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı cavabdeh "xxxx" X3 (hazırkı Cavabdehnə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsində istifadə və sahiblik etmək üçün cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı maneələrin yaradılmasının qadağan edilməsi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı Ağalı oğluna təhvil verilməsi, 24000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh “KAT- 2020" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı Ağalı oğluna ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
2. 24 may 2014-cü il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X5 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyriyaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2 –dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur.
3. İş sənədlərindən görünür ki, "xxxx" X2 maliyyə arayışından görünür ki, İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və 24.05.2014-cü il tarixə firmaya borcu yoxdur.
4. İş sənədlərindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 05 saylı 2019-cu il yanvarın 1-dək mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazədən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 50, 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli (korpus 1 və 3) və 2 girişli, zirzəmili 10 mərtəbəli (korpus 2) yaşayış binaları 30.03.2020-ci il tarixdən istismarına icazə verilmişdir.
5. İş sənədlərindən görünür ki, 25 yanvar 2021-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında 38 nömrəli müqavilədən və qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili X11 arasında hüquqi yardıma görə müqavilə bağlanmış və İddiaçı eManat vasitəsi ilə Bakı şəhəri 7 saylı Vəkil bürosunun hesabına 460 manatı ödəniş etmişdir.
6. İş sənədlərindən görünür ki, 18.05.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X5 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” X8 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2 -dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur.
7. İş sənədlərindən görünür ki, "xxxx" X2 18.05.2007-ci il tarixli maliyyə arayışından görünür ki, X7 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və 18.05.2007-ci il tarixə firmaya borcu yoxdur.
Məhkəmədə icraat - iddia ərizəsi və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı cavabdeh "xxxx" X3 (hazırkı Cavabdehnə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsində istifadə və sahiblik etmək üçün cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı maneələrin yaradılmasının qadağan edilməsi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı Ağalı oğluna təhvil verilməsi, 24000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh “KAT- 2020" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı Ağalı oğluna ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2014-cü il tarixli müqaviləyə əsasən “Podratçı” "xxxx" X5 (VÖEN **********), hazırda Cavabdeh Mənzit-Tikinti Kooperativi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı təhvil verilməli idi. Müqavilənin 3-cü bəndinə əsasən binanın qeyriyaşayış sahəsinin 1 kv.m. qiyməti 1800 (min səkkiz yüz) manat olmaqla 137 kv.m. üçün 246600 (iki yüz qırx altı min altı yüz) manat təşkil etmişdir. Sifarişçi İddiaçı tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə tam əməl etməklə qeyri-yaşayış sahəsi üçün tələb olunan 246600 (iki yüz qırx altı min altı yüz) manat pulu "xxxx" X3 (hazırda Cavabdeh MTK) tam şəkildə ödəmiş, bu barədə müvafiq arayış verilmişdir. Podratçı tərəfindən verilmiş arayışdan göründüyü kimi, İddiaçı Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və 24.05.2014-cü il tarixə borcu yoxdur. Lakin cavabdeh göstərilən Müqavilə şərtlərinin tələblərini kobud şəkildə pozaraq sözügedən qeyri-yaşayış sahəsini bu günə qədər İddiaçı təhvil verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin təhvil verilməsi təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə 28 yanvar 2021-ci il tarixində yazılı pretenziya verilmiş, lakin cavabdeh növbəti dəfə də Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun mövcud olduğu halda əmlakı ona təhvil verməmiş, qeyri-yaşayış sahəsinə daxıl olmaq üçün şərait yaratmamış, pretenziyaya cavab belə verməmişdir, buna görə də qeyri-yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək üçün yaradılan maneələr cavabdehə qadağan edilməli, qeyri-yaşayış sahəsi ona təhvil verilməli, əmlak vaxtında təhvil verilmədiyinə görə ona vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin vaxtında, yəni 24 may 2016-cı il tarixində təhvil vermiş olsaydı, iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə edə bilərdi, 137 kv.m. sahə üçün icarə haqqı ən azı bir ay üçün 500 (beş yüz) manat təşkil edərdi, bu məbləği 48 (qırx səkkiz) ay üçün hesablandıqda 24000 (iyirmi dörd min) manat təşkil edir. Bundan başqa, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkil bürosu ilə 25 yanvar 2021-ci ildə Müqavilə imzalanmış, vəkil haqqı olaraq 460 manat ödəniş aparılmışdır.
10. İddiaya qarşı cavabdehin yazılı etirazı məhkəməyə daxil olmamışdır.
11. Cavabdeh "xxxx" X3 (hazırda Cavabdeh MTK) məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri və ya gəlməməsinin mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir.
12. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. 3-cü şəxs X9 məhkəmə iclasında bildirdi ki, həmin mübahisə predmeti olan Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini 18.05.2007-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 246600 manata almış və həmin 1a saylı qeyri-yaşayış binası onun sahibliyindədir. İddiaçıya məxsus olan 1 saylı qeyri-yaşayış sahəsi onlara aid binada deyil. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
14. 3-cü şəxs X7 nümayəndəsi, vəkil X6 məhkəmə iclasında 3-cü şəxsin izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Mülki Məcəllənin
752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
16. Mülki Prosessual Məcəllə:
Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 185.5. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə hesab edir ki, iddia aşağıdakılara əsasən əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə dair "xxxx" X5 ilə (hazırkı Cavabdeh Mənzil Tikinti Kooperativinin) 18.05.2007-ci il tarixdə X7 arasında müqavilə bağlanmış, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə dair "xxxx" X5 ilə (hazırkı Cavabdeh MənzilTikinti Kooperativinin) İddiaçı arasında 24 may 2014-cü il tarixdə müqavilə bağlanmışdır. Göründüyü kimi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında cavabdeh tərəfindən X8 1a saylı binada, İddiaçı isə 1 saylı binada qeyri-yaşayış sahəsi satılmışdır. Mübahisənin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı tərəf cavabdehlə aralarında bağlanmış qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair podrat müqaviləsinin şərtlərinə görə iddiaçı müəyyənləşdirilmiş muzdu ödəməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi öz öhdələrinə götürmüşdür. İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tam həcmdə ödədiyindən qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də Gəncə şəhəri, H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" X2 (hazırkı Cavabdeh MənzilTikinti Kooperativinin) üzərinə qoyulmalıdır. Tərəflər arasında bağlanmış 24 may 2014-cü il tarixli qeyri-yaşayış sahəsinin tikintisi haqqında fərdi müqavilədə cavabdehin qeyri-yaşayış sahəsini istifadəyə verməsi ilə bağlı hər hansı bir vəzifəsi və ya məsuliyyəti nəzərdə tutulmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbində cavabdehdən əldən çıxmış faydanın - 24000 manatın alınıb iddiaçıya verilməsi ilə bağlı tələb qoyulsa da həmin tələbi təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbi həmin hissədə təmin edilməməlidir. məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş məbləğ haqq cavabdeh "xxxx" X1 (hazırkı Cavabdehndən) alınaraq, İddiaçı verilməsinə dair nəticəyə gəlir. Məhkəmə iclasında təqdim edilmiş dəlilləri nəzərə alaraq qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
18. Yuxarıda göstərilənləri rəhbər tutaraq və nəzərə alaraq, məhkəmə
Qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı sahibliyinə təhvil verilməsi vəzifəsi Cavabdeh ("xxxx" X2) üzərinə qoyulsun. Cavabdeh ("xxxx" X2) məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 460 manat (dörd yüz altmış) manat tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər
Sədrlik edən: Gündüz Şirinov