Məhkəmə qərarları › İş №2(044)-779/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-779/2022

27.04.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-779/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1280 (min iki yüz səksən) manat və bank uçot dərəcəsinə uyğun olaraq həmin vəsaitin məbləğindən faizlərin, həmçinin ödənilmiş 33 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, mobil telefonların alqı-satqısı və təmiri ilə məşğul olur və 02.03.2021-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona yaxınlaşaraq **********08273 İmei kodu “İPHONE 11 PRO” modelini almaq istədiyini ancaq pulunun bir hissəsini hissə-hissə vermək istədiklərini bildirmişlər. O, cavabdehlərdən öz şəxsiyyət vəsiqələrininin surətinə öz xəttləri ilə nə qədər borcları qaldığını qeyd edərək imza atmalarını bildirmiş və cavabdehlər onunla razılaşmışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcunu ödəməkdən boyun qaçırmışlar. Cavabdehlər ona 4 ay 160 manat pul ödəmişlər və nəticədə cavabdehlər 1280 manat borcu ödəməmişlər, borcu ödəməkdən boyun qaçırmışlar. O, məcburiyyət qarşısında qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02.03.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən şəxsiyyət vəsiqəsinin surətinə yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh1 **********08273 İmei kodlu “İPHONE 11 PRO” (256) modelini İddiaçı almış 1960 (min doqquz yüz altmış) manat borcunun qalmasını hər ay 16 manat ödəməklə 12 aya borcunu bağlayacağını qeyd etmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən şəxsiyyət vəsiqəsinin surətinə yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh2 **********08273 İmei kodlu Ayfon 11 pro (256) modelini İddiaçı almasını və 1920 (min doqquz iyirmi) manat borcu qalmış və hər ay 160 manat ödəməklə 12 aya borcunu bağlayacağını qeyd etmişdir. İş materiallarında olan 02.03.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən şəxsiyyət vəsiqəsinin surətinə yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh2 **********08273 İmei kodlu Ayfon 11 pro (256) modelini İddiaçı almasını və 1920 (min doqquz iyirmi) manat borcu qalmış və hər ay 160 manat ödəməklə 12 aya borcunu bağlayacağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı 1280 (min iki yüz səksən) manat məbləğində pul 12 ay müddətinə hər ay 160 manat ödənilməsi şərti ilə verilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının mülkiyyətini təşkil edən 1280 (min iki yüz səksən) manat məbləğində pulu cavabdehlər şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə onlar, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1280 (min iki yüz səksən) manat alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1280 (min iki yüz səksən) manat və ödənilmiş 33 manat alınaraq, İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar