Məhkəmə qərarları › İş №2(044)-793/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-793/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-793/2022 02.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X23 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğluna, 3-cü şəxslər İsmayılova Rəna Xəlil qızına, X15, X24, X34 və X35 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkləməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-ti Cavabdeh oğluna, 3-cü şəxslər İsmayılova Rəna Xəlil qızına, X15, X24, X34, X35 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan vurulmuş ziyana görə 53761 ABŞ dolları və 39537 manat məbləğində pul vəsaitinin və 30.40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 01.08.2006-cı il tarixdən "xxxx" ASC-nin Gəncə şəhər filialının yeni Gəncə şöbəsinin müdiri, 13.01.2016-cı il tarixdən isə həmin şöbənin baş mütəxəssis - əməliyyatçısı vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə fərqli şəxslərə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş qəbzlər verərək, həmin şəxslərdən müxtəlif məbləğlərdə bankda depozitə yerləşdirmə adı ilə vəsaitləri qəbul edərək, bankda həmin şəxslərin adına depozit hesablarına yerləşdirməmiş və mənimsəmişdir. Cavabdeh oğlunun törətdiyi əməllərlə bağlı cinayət təqibi aparılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-15/2019 saylı 18.10.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.4, 32.4, 312.1 və 313-cü m addələri ilə təqsirli bilinərək, barəsində qəti olaraq 04 il müddətinə dövlət və bələdiyyə özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-11/2019 saylı 11.09.2019-cu il tarixli hökmünə əsasən Cavabdeh oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.4, 32.4, 312.1 və 313-cü m addələri ilə təqsirli bilinərək, barəsində qəti olaraq 04 il müddətinə dövlət və bələdiyyə özünü idarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 12.07.2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 179.2.2-ci, 179.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək Cavabdeh qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin fevral tarixli 2021-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin həmin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qeyd olunan cinayət əməlləri ilə bağlı zərəçəkən şəxs qismində tanınmış şəxslər Banka qarşı mülki iddialar qaldıraraq Banka “Depozit qoymaq məqsədilə” Cavabdeh verdikləri vəsaitlərin onlara qaytarılmasını tələb etmişlər. Banka qarşı qeyd edilən iddia tələblərində əsaslandırma ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyimülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçinin vurduğu zərərin əvəzini ödəməlidir. Bildirilir ki, Cavabdeh qanunsuz əməlləri ilə bağlı cinayət təqibi aparılan zaman, eyni zamanda onunla bağlı məhkəmə hökm və qərarlarında da göründüyü kimi, iş üzrə zərəçəkən şəxs qismində tanınmış “müştərilər”in Cavabdeh tanışı və ya qohumluq münasibətlərində olduğu əxslər müəyyən edilmişdir. Beləliklə, həmin şəxslərlə Cavabdeh arasında onların uzunmüddətli tanışlıqlarından irəli gələn borc münasibətləri olmuş və sonuncunun Bankın əməkdaşı kimi fəaliyyəti ilə bağlı olmamışdır. Zərərçəkmiş şəxs qismində tanınan şəxslərin Cavabdeh verdikləri vəsaitlərin Bankda depozit hesablarında yerləşdirilmədiyinə dair əvvəldən məlumatları olmuşdur. Lakin cavabdehin hüquqazidd əməlləri ilə bağlı İsmayılova Rəna Xəlil qızı, X45, X46, X36 və X2 qarşı ayrı-ayrılıqda pul tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər Qeyd edilən iddia tələbləri üzrə yekun məhkəmə aktları qəbul edilmişdir. Banak qarşı təmin edilmiş iddialar üzrə qeyd edilən iddiaçılar qarşısında bankın öhdəlikləri aşağıdakı həcmdədir: Cavabdeh cinayət əməlləri Hökmlərlə müəyyən edilmiş Zərərçəkmiş şəxs qismində İlə bağlı zərərçəkən şəxs vurulmuş zərərin həcmi tanınmış şəxlər tərəfindən qismində tanınmış şəxslər, ABB-yə qarşı verilmiş mülki vurulmuş zərər iddialar üzrə təmin edilmiş tələblərin həcmi X36 4000 ABŞ dol /6800 manat 6830 manat X25 8000 ABŞ dol/036.15 manat 7900 ABŞ, 507 manat İsmayılova Rəna Xəlil qızı 9000 manat 10330 manat X46 20000 ABŞ dol/30475 20000 ABŞ dol və 30 manat manat X45 30000 manat, 30000 ABŞ 30030 manat, 30000 ABŞ Cəmi: 81075 manat dol Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2019-cu il tarixli 1(044)-15/2019 saylı hökmünə əsasən Cavabdeh qanunzidd əməlləri üzrə X25 və X24 zərər vurulması faktı üzrə "xxxx" ASC tərəfindən verilmiş mülki iddia təmin edilərək, Cavabdeh hökmlə həmin şəxslərə vurulduğu müəyyən edilən zərər həcmində-ümumilikdə 13836.15 manat məbləğində pul vəsaitinin və mülki iddianın verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulmasə qərar alınmışdır. Belə ki, hökmdə qeyd edilmişdir ki, M.Rzayevaya 7036.15 manat zərər vurulmuşdur. Hökmdə Cavabdeh tərəfindən mənimsənilmiş xarici valyutada olan vəsaitin həmin dövrə manat məzənnəsi qeyd edildiyi üçün "xxxx" ASC-nin mülki iddiası da həmin məbləğə uyğun təmin edilmişdir. Lakin M.Rzayeva tərəfindən Banka qarşı verilmiş iddia tələbi 8000 ABŞ dolları məbləğində maddi, 50000 manat məbləğində zərər tələbi olmuşdur. Yekun məhkəmə aktına əsasən qey edilən tələbinin təmin edildiyi son məbləğ 7900 ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi nəzərə alınmaqla), mənbəvi zərərə görə 500 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq müəyyən edilmiş nisbətinə əsasən 7 manat həddində olmuşdur. Həmi hökmdən verilmiş apelyasiya şikayətinə baxılarkən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.07.2019-cu il tarixli 1(104)-139/2019 saylı hökmünə əsasən hökm həmin hissədə dəyişdirilmədən saxlanılmaışdır. İsmayılova Rəna Xəlil qızı tərəfindən Banka qarşı verilmiş iddia tələbi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 02.08.2021-ci il tarixli 2(104)- 2783/2021 saylı qətnaməsi ilə tələb 9000 manat məbləğində vəsaitin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. X46 tərəfindən Banka qarşı verilmiş iddia tələbi üzrə yekun məhkəmə aktına əsasən tələb 20000 ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) məbləğində vəsatətin və iddia tələbinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. X45 tərəfindən Banka qarşı verilmiş iddia tələbi üzrə yekun məhkəmə aktına əsasən tələb 30000 ABŞ dolları (ödəniş vaxtına manatın məzənnəsi üzrə) və 30000 manat məbləğində vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilmişdir. Qeyd edilən mülki iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktları üzrə Cavabdeh qanunsuz əməlləri ilə iddiaçılaravurulmuş zrər məbəğləri Bank tərəfindən iddiaçılara ödənilmişdir. Cavabdeh Banka vurmuş olduğu maddi zərəri bank iddiaçılara qaytarsa da, cavabdeh tərəfindən vurulmuş maddi zərər bu günə qədər banka ödənilməmiş və vurulmuş ziyan banka ödənilmədiyindən bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" ASC-nın direktoru X28 tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktları üzrə Cavabdeh qanunsuz əməlləri ilə iddiaçılara vurulmuş zərər məbləğləri Bank tərəfindən iddiaçılara ödənilmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Cavabdeh qanunsuz əməlləri nəticəsində maddi zərər vurduğu (cavabdeh tərəfindən maddi ziyan vurulması faktı iddia ərizəsinə əlavə edilən məhkəmə hökmü ilə də təsdiqini tapmışdır) X16 banka qarşı iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edərək Bankdan 2500 manat məbləğində dəymiş maddi zərərin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra bank tərəfindən hökmlə də təsdiqini tapmış həmin məbləğ 11.01.2022-ci tarixdə T.Hüseynovaya ödənilmişdir. İddia tələbində qeyd olunan mülki iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktları və hazırkı ərizədə göstərilən iddia tələbi üzrə Cavabdeh qanunsuz əməlləri ilə iddiaçılara vurulmuş zərər məbləği Bank tərəfindən iddiaçılara ödənilmişdir. Cavabdeh banka vurmuş olduğu maddi zərəri Bank iddiaçılara qaytarsa da, cavabdeh tərəfindən vurulmuş maddi zərər bu günə qədər Banka ödənilməmişdir. Odur ki, Cavabdeh oğlundan vurulmuş ziyana görə 53761 ABŞ dolları və 42037 manat məbləğində pul vəsaitinin və 30.40 manat dövlət rüsumunun tutularaq, "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X40 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Cavabdeh oğlu və 3-cü şəxslər İsmayılova Rəna Xəlil qızı, X25, X36, X46, X45 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. X10 cəza çəkən Cavabdeh məhkəməyə ünvanladığı ərizədə, iddiaçı "xxxx" ASC-nin iddiası üzrə mülki işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.02.2019-cu il tarixli 1(100)-11/2019 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 179.2.2-ci, 179.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, ona CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 313-cü maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona, 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 aprel 2018-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Cavabdeh təyin edilmiş 03 il müddətə dövlət və yerli özünü idarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrumetmə əlavə cəzasının əvvəlki əsas cəzanın çəkilib qurtardığı andan hesablanması, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı "xxxx" ASC-nin mülki iddiası əsaslı olduğundan təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 1500 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X26 nümayəndəsi Etibar Musayevin ərizəsinin nəzərə alınması və onun mülki iddiasının baxılmamış saxlanılması, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X4 mülki iddiası əsaslı olduğundan təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 16350 manat məbləğində pul tutularaq X6 ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X7 mülki iddiası əsaslı olduğundan təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 25500 manat məbləğində pul tutularaq, X11 ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X8 mülki iddiası əsaslı olduğundan təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 2800 manat məbləğində pul tutularaq, X12 ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 mülki iddiası qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 14000 ABŞ dolları (pulun alındığı günə məzənnəsi ilə 14700 manat) vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərər görə təqsirləndirilən şəxs Cavabdeh 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X20 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X9 mülki iddiası əsaslı olduğundan təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 3000 manat məbləğində vurulmuş zərərin əvəzi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq X13 ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X48 qızının mülki iddiası əsaslı olduğundan qismən təmin edilmiş, təqsirləndirilən şəxs Cavabdeh 30000 manat məbləğində vurulmuş zərərin əvəzi, eyni zamanda ona dəymiş mənəvi zərərə görə təqsirləndirilən şəxs Cavabdeh 500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, X18 ödənilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X19 ərizəsinin nəzərə alınması və onun mülki iddiasının baxılmamış saxlanılması, cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş - X3 xəzinəyə 1500 manat mədaxil edilməsinə dair 08.12.2017-ci il tarixli 502 saylı qəbz və 1000 manat mədaxil edilməsinə dair 13.03.2018ci il tarixli 500 saylı qəbz, X29 xəzinəyə 30000 manat və 30000 ABŞ dolları mədaxil edilməsinə dair 15.05.2017-ci il tarixli 500 saylı qəbzlər, X19 xəzinəyə 20000 manat mədaxil etməsinə dair 30.03.2018-ci il tarixli 500 saylı qəbz, X26 xəzinəyə 22000 manat mədaxil etməsinə dair 31.10.2017-ci il tarixli 500 saylı qəbz, X3 adına tərtib edilmiş 15.12.2017-ci il tarixli 502 saylı kassa məxaric orderi, Elçin Abbasovun adına 01.02.2018ci il tarixdə 1778.000 ABŞ dolları məbləğində pulunun mədaxil edilməsinə dair 01.02.2018-ci il tarixli klassik əmanət hesabı haqqında müqavilə və eyni tarixli 500 nömrəli qəbz cinayət işinin saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılması hökm edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.07.2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarından görünür ki, məhkum Cavabdeh, onun müdafiəçisi X21 və zərəçəkmiş şəxs X37 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.02.2019cu il tarixli 1(100) -11/2019 saylı hökmü məhkum Cavabdeh iğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 mülki iddiasına dair hissədə dəyişdirilməsi, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-c maddəsinə əsasən təyin edilmiş 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki vətəyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə endirilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən haqırkı qərarla təyin edilmiş əsas və əlavə cəzaları CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər mə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 mülki iddiası qismən təmin edilmiş, Cavabdeh 14000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq zərərəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X51 qızına verilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.10.2019-cu il 1(044)-15/2019 saylı hökmdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.1., 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 32.4, 312.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 02 il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 313-cü maddəsi ilə həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin 12.07.2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə təyin edilmiş 03 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər tutma hüquqndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərinin məcmusu üzrə Əlizadə Cəlil Tofik oğluna qəti olaraq 04 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli 2(044)-3163/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, 30000 ABŞ dolları məbləğində pul ödəniş vaxtına manatın məzənnəsi üzrə və 30000 manat məbləğində pul, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən alınaraq, iddiaçı X35 ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2019-cu il tarixli 2(103)- 10822/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X29 cavabdeh "xxxx" ASCnə qarşı pul tələbinə dair iddiası üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.06.2019-cu il tarixli 2(044)-3163/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 27.02.2020-ci il tarixli 291020-1430/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2019-cu il tarixli 2(103)- 10822/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.10.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.05.2021-ci il tarixli 2(102)-2377/2021 saylı qərarından görünür ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5055/2020 saylı iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi qəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(006)-1492/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, maddi zərərə görə 7900 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, mənəvi zərərə görə 500 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 7 manatı məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X14 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.09.2020-ci il tarixli 2(103)- 6999/2020 saylı qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(006)- 1492/2020 saylı qətnaməsi cavabdeh "xxxx" ASC-nə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli 2(102)-1943/2021 saylı qərarından görünür ki, iddiaçı X30 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.09.2020-ci il tarixli 2(103)-6999/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(006)-215/2020 saylı qıtnaməsinin surətindən görünür ki, iddiaçı X22 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 4000 ABŞ dolları (6800 manat ekvivalentində) məbləğində pul və 30 manat dövlət rüsumualınaraq iddiaçı X24 ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2020-ci il tarixli 2(103)- 6532/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X22 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10.06.2020-ci il tarixli 2(006)-215/2020 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.05.2021-ci il tarixli 2(102)-2172/2022 saylı qərarından görünür ki, iddiaçı X22 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə cavabdeh "xxxx" ASC-ti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli 2(103)-6532/2020 saylı qıtnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli 2(103)- 6530/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X14 cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə cavabdeh "xxxx" ASC-ti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.03.2020-ci il tarixli 2(006)- 1492/2020 saylı qıtnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(044)-344/2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" ASC-dən 9000 manat, o cümlədən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 450 manat, cəmi 9450 manat pul tutularaq İsmayılova Rəna Xəlil qızına verilməsi, iddia tələbinin Cavabdeh Tofiq oğluna münasibətdə və qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.04.2021-ci il tarixli 2(102)-1594/2021 saylı qərarından görünür ki, iddiaçı İsmayılova Rəna Xəlil qızının kassasiya şikayəti təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2277/2020 saylı 22 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(104)-2783/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı İsmayılova Rəna Xəlil qızının cavabdeh "xxxx" ASC-nə qarşı pul tələbinə dair iş üzrə cavabdeh "xxxx" ASC-ti tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17.02.2020-ci il tarixli 2(044)-344/2020-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-dən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 450 manat pulun tutularaq İsmayılova Rəna Xəlil qızına verilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqlaiddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə cavabdeh "xxxx" ASC-dən 9000 manat pulun tutularaq, İsmayılova Rəna Xəlil qızına verilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. 09.07.2021-ci il tarixli (VÖEN **********) BPM**********81 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən X24 4017.61 ABŞ dolları məbləği ödənilmişdir. 04.02.2021-ci il tarixli (VÖEN **********) FJB**********746 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən X15 7900 ABŞ dolları məbləği ödənilmişdir. 31.08.2021-ci il tarixli (VÖEN **********) FJB**********253 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən X31 (etibarnamə əsasında Əliyeva Aynurə) 30030 manat məbləği ödənilmişdir. 31.08.2021-ci il tarixli (VÖEN **********) FJB**********253 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən X31 (etibarnamə əsasında Əliyeva Aynurə) 30000 ABŞ dolları məbləği ödənilmişdir. 16.08.2021-ci il tarixli (VÖEN **********) FJB**********118 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən X34 34030 manat məbləği ödənilmişdir. 11.01.2022-ci il tarixli (VÖEN **********) FJB**********404 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən Hüseynova Tinatin Ağamməd qızına 2500 manat məbləği ödənilmişdir. 05.01.2022 il tarixli (VÖEN **********) FJB**********574 saylı məxaric orderindən görünür ki, "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən İsmayılova Rəna Xəlil qızına 9000 manat məbləği ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh oğlu 01.08.2006-cı il tarixdən "xxxx" ASC-nin Gəncə şəhər filialının yeni Gəncə şöbəsinin müdiri, 13.01.2016-cı il tarixdən isə həmin şöbənin baş mütəxəssis - əməliyyatçısı vəzifəsində işlədiyi müddət ərzində öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmə məqsədi ilə fərqli şəxslərə "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmiş qəbzlər vermiş, həmin şəxslərdən müxtəlif məbləğlərdə bankda depozitə yerləşdirmə adı ilə vəsaitləri qəbul edərək, bankda həmin şəxslərin adına depozit hesablarına yerləşdirməyərək mənimsəmişdir. Cavabdeh törətdiyi cinayət əməlləri ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.02.2019-cu il tarixli 1(100)-11/2019 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci, 179.2.2-ci, 179.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilinərək, Cavabdeh oğlu CM-nin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 179.2.2 və 179.2.3-cü maddələri ilə həmin məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası, CM-nin 313-cü maddəsi ilə 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona, 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12.07.2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11.02.2019-cu il tarixli 1(100) -11/2019 saylı hökmü, məhkum Cavabdeh təyin edilmiş azadlıqdan məhrum etmə cəzası və zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 mülki iddiasına dair hissədə dəyişdirilmiş, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə həmin məcəllənin 46.2-c maddəsinə əsasən təyin edilmiş 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki vətəyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il 06 ay müddətə endirilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən haqırkı qərarla təyin edilmiş əsas və əlavə cəzaları CM-nin 179.2.2, 179.2.3, 308.1 və 313-cü maddələri ilə təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında seçki və təyinetmə yolu ilə rəhbər mə maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X17 mülki iddiası qismən təmin edilmiş, Cavabdeh 14000 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə alınaraq zərərəkmiş şəxs, eyni zamanda mülki iddiaçı X51 qızına verilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X1, X14, X27, X30, İsmayılova Rəna Xəlil qızının iddia tələbləri əsasında cavabdeh "xxxx" ASC-nin Gəncə şəhər filialı tərəfindən 09.07.2021-ci il tarixdə X24 4017.61 ABŞ dolları, 04.02.2021-ci il tarixdə X15 7900 ABŞ dolları, 31.08.2021-ci il tarixdə X31 (etibarnamə əsasında Əliyeva Aynurə) 30030 manat, 31.08.2021-ci il tarixdə X31 (etibarnamə əsasında Əliyeva Aynurə) 30000 ABŞ dolları, 16.08.2021-ci il tarixdə X34 34030 manat və 05.01.2022 il tarixdə İsmayılova Rəna Xəlil qızına 9000 manat məbləği ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələri zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdiriliməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh oğlundan 42037 (qırx iki min otuz yeddi) manat və 53761 (əlli üç min yeddi yüz altmış bir) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə, ödənilmiş 30.40 manat dövlət rüsumu alınaraq, "xxxx" ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119, 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 42037 (qırx iki min otuz yeddi) manat, 53761 (əlli üç min yeddi yüz altmış bir) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30.40 manat dövlət rüsumu alınaraq, "xxxx" ASC-nə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar