Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-8/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» ASC-ti cavabdehlər Cavabdeh və X2 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və X1 xx xxxxxxx 2015-ci il tarixli, SHAO-6234-RESİ saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 565.21 manat, cəmi 6996.81 manat və ödənilmiş 20 manat dövlət rüsumu «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-5676/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri, Nizami rayonu, S.Vurğun küçəsi ev 118-də yaşayan Cavabdeh və xx.xx.1984-cü ildə gəncə şəhərində anadan olmuş, Kəpəz rayonu, Şəddadilər küçəsi, 2-ci döngə, ev 12 ünvanda yaşayan X1 əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 565.21 manat, cəmi 6996.81 manat və ödənilmiş 20 manat dövlət rüsumu «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(044)-5676/2016 saylı qərardadının surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(044)-5676/2016 saylı məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmiş və məhkəmə baxışına təyin edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 5760 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdeh X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər üzərlərinə düşən öhdəliyi vaxtında və lazımınca yerinə yetirmədiklərindən hazırda banka əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 565.21 manat, cəmi 6996.81 manat məbləğində borc yaranmışdır. Məhkəmədən cavabdehlər Cavabdeh və X1 xx xxxxxxx 2015-ci il tarixli, SHAO-6234-RESİ saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 565.21 manat, cəmi 6996.81 manat və ödənilmiş 20 manat dövlət rüsumu «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxx» ASC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi Mansur Osmanov məhkəməyə teleqram göndərərk, iddianı tam müdafiə etdiyini və işə onların iştirakı olmadan baxaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər Cavabdeh və X3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli SHAO-6234 RESİ saylı mikro-kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxx» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 5760 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdeh X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2016-cı il tarixdə «xxxxxxxxxx» ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixə olan borcu əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 565.21 manat, cəmi 6996.81 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə 5760 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdeh X3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliyinə əməl edilmədiyinə görə, kredit müqaviləsinin müddətinin bitdiyi dövrə (kredit xx.xx.2015-ci il tarixdə 36 ay müddətinə götürülmüş və müddəti xx.xx.2018-ci il tarixdə bitir), yəni xx xxx 2016-cı il tarixinə banka əsas borc üzrə 2118.72 manat, faiz borcu 113.61 manat, cəmi 2232.33 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və X1 əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 5 manat, cəmi 6436.6 (altı min dörd yüz otuz altı manat altmış qəpik) manat və ödənilmiş 20 manat dövlət rüsumu «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin həcmi 500 (beş yüz) manatdan yüksək olduğundan və məhkəmə əmri icraatından iddia icraatına kecdiyindən, Dövət rüsumunun ödənilməmiş 10 (on) manat hissəsi cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X1 əsas borc üzrə 5652.71 manat, faiz borcu üzrə 778.89 manat, cərimə (dəbbə) 5 manat, cəmi 6436.6 (altı min dörd yüz otuz altı manat altmış qəpik) manat və ödənilmiş 20 manat dövlət rüsumu «xxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh və X1 dövlət rüsumunun ödənilməmiş 10 manat hissəsi tutulub dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-8/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-8/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver