Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-8/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh kreditor İddiaçı-nin xeyrinə 1628.94 ABŞ dolları əsas və 486.61 ABŞ dolları faiz borcunun, cəmi 2115.55 ABŞ dolları və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(044)- 5425/2016 saylı məhkəmə əmrinə əsasən xx.xx.1962-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Cavabdeh məhkəmə əmri icra olunan günə Azərbayacan manatı məzənnəsi ilə 1628.94 ABŞ dolları əsas, 486,61 ABŞ dolları faiz cəmi 2115,55 ABŞ dollari və ödənilmiş dövlət rüsumunun əvəzində 20 manat tutularaq kreditor İddiaçı-nin hesabına köçürülməsi əmr edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh məhkəmə əmrinin ləğv olunmasını, mülki işin iddia icraatına keçirilməsini xahiş etmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(044)-3420/2020 saylı qərardadına əsasən ərizə təmin edilmiş, mülki iş iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında ərizə verərək cavabdehin banka olan borcunu tam ödədiyi üçün ərizənin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizə verərək ərizənin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmiş və işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsinin ərizəsi təmin edilsin. İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-8/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-8/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver